I
(Xanlar, Tovuz)
tərkibində yağı az olan və ya yaxşı qaynadılmayan ayrandan əmələ gələn pis keyfiyyətli şor. – Şoru çürüdüllər, onun üzü hor oloy (Xanlar); – Ayranı yaxşı çürütmüyüfsən də:n, hor oldu; – A:z, ayranın özü:n yağı azıydı, ona görə dənəvər yox, hor oluf (Tovuz)
II
(Meğri, Şamaxı, Zəngilan)
1. içərisinə qab-qacaq yığılan iri xurcun (Meğri, Zəngilan). – Hora qab-qacaq yığallardı dağa gedəndə (Zəngilan)
2. kisə. – Bu, hor çüyaldı, munu Mələx’ fağır toxuyup (Meğri)
III
(Cəlilabad)
balqabaqdan hazırlanan duru xörək