MIRILDANMAQ

qayıd.
1. Dodaqaltı söylənmək, deyinmək, donquldanmaq.
Xan özözünə mırıldanıb başladı hirsindən saqqalının tüklərini yolmağa. Çəmənzəminli.
Kəblə Novruzqulu səsdən təngə gəlib mırıldanırdı. H.Sarabski.

2. Mırıltı səsi çıxarmaq (itlər haqqında).
Tüfəngi çiyninə salıb səs-küysüz tövləyə girəndə ala köpək həyətdə mırıldandı… M.Rzaquluzadə.

Синонимы

  • MIRILDANMAQ mırıldanmaq bax donquldanmaq
MIRILDANMA
MIRILTI

Значение слова в других словарях