MOZALAN
MÖCÜZƏKAR, MÖCÜZƏGÖSTƏRƏN
OBASTAN VİKİ
İqtisadi möcüzə
İqtisadi möcüzə — hansısa ölkənin və ya regionun müəyyən zaman ərzində sürətli iqtisadi inkişafını bildirmək üçün istifadə olur.
Möcüzə həkim
Möcüzə Həkim- "MF Yapım" tərəfindən imzalanmış, ilk seriyası 12 sentyabr 2019-cu ildə yayımlanmış, ssenari müəllifi Pınar Bulut və Onur Koralp tərəfindən yazılmış tibbi dram üslubunda Türk televiziya serialıdır. 2013-cü ildə Cənubi Koreyanın "Good Doctor" dramından uyğunlaşdırılmışdır. 2 mövsümdən ibarət serial "MF Yapım" tərəfindən 14 may 2021-ci ildə elan edilən rəsmi son tarix olan 27 may 2021-ci ildə yayımlanan 64-cü seriya ilə sona çatdı.
7-ci Palatadakı Möcüzə
Xəzərdə möcüzə (film, 1961)
== Məzmun == Film Xəzər dənizində əfsanəvi neftçilər şəhərinin-Neft Daşlarının yaradılmasından, byrada çalışan əmək adamlarından, onların fədakar əməyindən bəhs edir.
Yaşıl möcüzə (film, 1979)
== Məzmun == Xlorellanın nə olduğunu yəqin ki, çoxları bilmir. Halbuki bu yaşıl yosunlar kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində mühüm rol oynaya bilər. Xlorellada çoxlu zülallar və digər qidalı maddələr vardır. Bunlardan iri buynuzlu mal-qaranın, quşların və balıqların yemlərinə əlavə kimi istifadə olunur. Elmi-kütləvi film yosunların xüsusiyyətini, onların xalq təsərrüfatı üçün əhəmiyyətini öyrənmək məqsədilə yaradılmışdır. Filmin çəkilişləri xlorelladan geniş istifadə olunan yerlərdə — Şəki bölgəsində, Özbəkistanda və Moskvada aparılmışdır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Cəlal Əliyev, Vaqif Hümmətoğlu Operator: Sərdar Vəliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
7-ci kameradakı möcüzə (film, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.
7-ci palatadakı möcüzə (film, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.
7-ci kameradakı möcüzə (Türkiyə filmi, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.
Möcüzə qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Möcüzə (film, 1992)
Chamatkar (mənası: Möcüzə) komediya janrında olan hind filmidir.
Möcüzə (film, 2014)
Möcüzə — rejissoru və ssenaristi Mahsun Qırmızıgül olan 2014-cü il istehsalı film. Film 1 yanvar 2015-ci ildə kinoteatrlarda göstərilmişdir. Çəkilişləri Foça, Qars, Uşak və Kağızmana bağlı bir kənddə aparılmışdır. == Məzmun == Film 1961-ci ildə baş vermiş gerçək hekayəyə əsaslanır. Çox rahat şəraiti olan sahil qəsəbəsindən Anadolunun dağ kəndinə təyin olunan Mahir müəllimin kəndə gəlməsi ilə kəndlilər uşaqlarının savadlancağına ümid edirlər. Lakin kənddə təhsil üçün məktəb binası belə yoxdur. Mahir qızların da məktəbə göndərilməsi şərti ilə kənddə qalmağı qəbul edir. Kəndxudanın Aziz adlı əngəlli oğluna da dərs verən Mahir onun inkişafına səbəb olur. Kəndxuda Azizdən başqa bütün övladlarını evləndirmişdir. Azizin evlənmək istəyini atası hər dəfə rədd etmək məcburiyyətində qalır.
Möcüzə (film, 2017)
Möcüzə (ing. Wonder) — 2017-ci ildə çəkilmiş Amerikan komediya-dram filmi olan Wonder rejissor Stiven Çboski, ssenari-müəllifi Cek Torn, Stiv Konrad və Çboski olmaqla yazıçı R. C. Palasio 2012-ci ildə çap edilmiş eyni adlı romanı əsasında çəkilmişdir. Filmin əsas aktyor heyəti Culiya Roberts, Ouen Vilson, Ceykob Tramble, Mendi Patinkin və Devid Diqs olmuşdur. Treacher Collins sindromlu bir uşağın cəmiyyətə uyğunlaşmasından bəhs edən bu film, 17 noyabr 2017-ci ildə Lionsgate şirkəti tərəfindən Amerika Birləşmiş Ştatlarında çəkilmişdir. Film tənqidçilər və tamaşaçılar tərəfindən müsbət rəylər qəbul etmişdir. Filmin büdcəsi 20 milyon dollar təşkil etməklə filmdən 305 milyon dollar gəlir əldə edilmişdir. Film 90-cı Oskar Mükafatlarında ən yaxşı saç düzümü və makyaj nominasiyası üzrə namizədliyini təqdim etmişdir. == Məzmun == Ouqust "Oqi" Pulman Nyu-Yorkda, yuxarı Manhettenda, Şimal Çay Yüksəkliyində anası İzabel, atası Neyt, böyük bacısı Oliviya və iti Deysi ilə yaşayan 10 yaşlı oğlandır. Onda nadir görünən tibbi üz deformasiyası olduğundan 27 müxtəlif əməliyyat keçirmişdir. Ouqi evdə təhsil alsa da, 5-ci sinfə çatanda valideynləri qərara gəlirlər ki, onu özəl məktəbə göndərsinlər.
Möcüzəsiz Möcüzə (kitab)
Möcüzəsiz Möcüzə (kitab) — Ərşad Əzimzadə tərəfindən qələmə alınmış kitab. Kitabda müxtəlif növ xəstəliklərin müalicəsinin qarşısını almaq üçün qidalanma normaları barədə məlumat verilir. Müəllif şəxsən bu normalara əməl edərək özünü ağır xəstəliklərdən müalicə etmişdir. Qidalanma sistemi yapon alimi Nişşinin tədqiqatları əsasında formalaşdırılmışdır. Azərbaycanda bu qidalanma sisteminin kifayət qədər davamçısı var. Kitab 2002-ci ildə Bakıda Sabah Nəşriyyatı tərəfindən çap olunub.
Dənizdə möcüzə (film, 1966)
Möcüzə göstərən Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. == Ümumi məlumat == 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Möcüzə qadın (film, 2017)
"Ecazkar qadın" (ing. Wonder Woman) — "DC Comics" nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının dördüncü filmidir. Film, Allan Heynberin ssenarisi əsasında Petti Cenkinsin rejissorluğu ilə çəkilmişdir; ssenari əsasında durmuş hekayə Heynberq, Zak Snayder və Ceyson Fuşs tərəfindən yazılmışdır. Əsas personaj Qal Qadot, digər personajlar isə Kris Payn, Robin Rayt, Denni Hyuston, Devid Tyulis, Konni Nilsen və Yelena Anaya tərəfindən canlandırılmışlar. Betmen Supermenə qarşı filmində Ecazkar qadının ilk dəfə layv-ekşn filmində görünməsindən sonra, bu film personaja həsr olunmuş ilk individual layv-ekşn filmidir. Filmdə, Femiskira adasında qəzaya düşmüş ABŞ pilotu Stiv Trevor Dayanaya Birinci Dünya Müharibəsi haqqında məlumat verir və müharibəni dayandırmaq üçün doğma evini tərk edən Şahzadə Dayana Ecazkar qadına çevrilir. Personaj haqqında individual film çəkilməsi ideyası 1996-cı ildən inkişşaf etdirilməyə başlanılmış, 2015-ci ildə Petti Cenkins rejissorluğu öz üzərinə götürməklə bağlı müqavilə imzalamışdır. 21 noyabr 2015-ci ildə əsas çəkilişlərə start verilmiş, çəkilişlər Böyük Britaniya, Fransa və İtaliyada həyata keçirilmiş və 19 may 2016-cı ildə tamamlanmışdır.
Alisa möcüzələr adasında
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. == Süjet == Alisa Ağ Dovşanı izləyərək "Möcüzələr ölkəsi"nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır.
Alisa möcüzələr ölkəsində
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. == Süjet == Alisa Ağ Dovşanı izləyərək "Möcüzələr ölkəsi"nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır.
Alisa möcüzələr ölkəsində (cizgi filmi, 1951)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrolun eyniadlı əsəri əsasında hazırlanmış cizgi filmidir. "Alisa möcüzələr ölkəsində" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 13-cü klassik qısametrajlı cizgi filmidir. == Məzmun == On yaşlı qız Alisa yuxuda Ağ Dovşanı görür. Alisa Ağ Dovşanın arxasınca qaçmağa başlayır. Bu zaman möcüzələr adasına düşür. Möcüzələr adasında Alisa müxtəlif macəralarla qarşılaşır. Alisa Ağ Dovşanın evinə gəlir. Ağ Dovşan Alisanı dayəsi Meri Enlə səhv salır... == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (dəqiqləşdirmə)
Əsərlər Alisa möcüzələr ölkəsində — Luis Kerrolun 1865-ci ildə nəşr olunmuş bədii əsəri. Filmlər Alisa möcüzələr ölkəsində — 1903-cü ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1915-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1949-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1972-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1985-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1988-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1999-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 2010-cu ildə çəkilmiş film. Cizgi filmləri Alisa möcüzələr ölkəsində — 1951-ci ildə çəkilmiş cizgi filmi.
Alisa möcüzələr ölkəsində (film, 1903)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1910)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış qısametrajlı səssiz filmdir. Alisa rolunu Qledis Hulett ifa edir. == İstinadlar == == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1915)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış film, səssiz rejimdə çəkilmişdir. == Məzmun == Alisanın yeddi yaşı vardır. Onun hündür boyu vardır və bəzən uşaq kimi ağlayır. Bu səbəbdən onunla anası və bacısı yaxşı rəftar etmir. Bir dəfə Alisa yuxu görür. Yuxuda Alisa meşədə gəzən zaman Ağ Dovşanı izləməyə başlayır. Alisa Ağ Dovşanı izləyərək gözlənilmədən möcüzələr ölkəsinə düşür. Möcüzələr ölkəsində Alisa qəribə heyvanlar görür. Amma heyvanlar onun səsinin kobudluğu üzündən qaçırlar.
Alisa möcüzələr ölkəsində (film, 1933)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. == Həmçinin bax == ABŞ filmlərinin siyahısı == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1949)
Alisa Möcüzələr Ölkəsində — rejissor Luis Kerroll tərəfindən 1949-cu ildə mövzusu hazırlanan və ingilis kökənli rejissor Dallas Bauer tərəfindən ərsəyə gətirilən, orijinalı fransız dilində çəkilmiş fentezi janrda film. Möcüzələr Ölkəsi adlanan xəyali məkanın əksər iştirakçıları çoxkadrlı animasiya texnologiyasından istifadə edilərək Lu Banin tərəfindən kuklalarla yaradılmışdır. Filmdəki digər canlı aktyorların hamısı canlı çəkiliş səhnələrində görünür. Ancaq onlar yalnız Möcüzələr Ölkəsi simvollarını və İngiltərədə səhnələrin hazırlanması zamanı bir neçə əsas çəkiliş epizodlarını səsləndirirlər. Digər canlı aktyorlardan Pamela Braun Harts kraliçası kimi çıxış edir. Filmin çəkilişlərində 20 yaşında olan Kerol Marş müəllif tərəfindən 7 yaşında təsvir edilir. == Yayımı == Harts kraliçası obrazı Kraliça Viktoriyanın şanına təhqir olaraq qəbul edildiyi üçün İngiltərədəki yayımına qadağa qoyuldu. Bununla yanaşı film Volt Disney studiyası ilə hüquqi anlaşılmazlıqlar səbəbindən ABŞ kino səhnələrində ön planda mövqe tuta bilmədi. Disney filmin ingilis versiyasının ABŞ-də yayımlanmasının qarşısını almaq məqsədi ilə məhkəməyə müraciət etdi və mühakimənin gedişatına "Time" jurnalında geniş yer verildi. Yayımçı şirkət isə öz növbəsində Disneyi filmin orijinal versiyasının süjet xəttindən istifadə etməkdə ittiham etdi.
Alisa möcüzələr ölkəsində (film, 1972)
Alisa möcüzələr ölkəsində və ya Alisanın möcüzələr diyarında macəraları (ing. Alice's Adventures in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin baş makiyajçısı olan Stüart Friborn (1914–2013) film heyəti üçün Luis Kerrolun orijinal əsərindəki personajların şəkilləri əsasında makiyajlar hazırlamışdır. == Məzmun == Alisa Ağ Dovşanı izləyən zaman gözlənilmədən dərin dəlikdə büdrüyür və möcüzələr aləminə düşür. Burada onu çoxlu macəralar gözləyir. Bu aləmə düşmək üçün sehrli məhlullar sayəsində onun boyu gah kiçilir, gah da böyüyür. Alisa müxtəlif möcüzəvi varlıqlarla qarşılaşır və bundan heyrətlənir… == Rollarda == == Mükafatlar == == Həmçinin bax == Böyük Britaniya filmlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Təbiətin yeddi möcüzəsi
Təbiətin yeddi möcüzəsi layihəsi Dünyanın yeddi möcüzəsi layih'sinin möhtəşəm uğurundan sonra İnternetdə növbəti kampaniya ilə başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir. Dünyadakı 800-dən artıq palçıq vulkandan 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir. Assoşieyted Press agentliyi xəbər verir ki, “Təbiətin yeddi möcüzəsi” Beynəlxalq internet-müsabiqəsinin təşkilatçısı olan İsveçrənin “New 7 Wonders Foundation” qeyri-kommersiya təşkilatı 222 ölkədən 261 təbiət möcüzəsi seçmişdir. Həmin siyahıya Azərbaycanın palçıq vulkanları, Fudzi dağı (Yaponiya), Atakama səhrası (Çili), Böyük Baryer rifi (Avstraliya), Monblan dağı (Fransa), Vezuvi vulkanı (İtaliya), keçmiş SSRİ-nin ən yüksək dağ zirvələrindən biri olan Lenin piki (Qırğızıstan, Tacikistan), “Oxuyan barxan” adı ilə məşhur olan “Altın Emel” Milli Parkı (Qazaxıstan), İsıkgöl (Qırğızıstan), Belovejsk meşəsi (Belarus, Polşa), Dnepr çayı (Rusiya, Belarus, Ukrayna), Kurşskaya Kosa (Litva, Rusiya), Baykal gölü (Rusiya) daxil olmuşdur. Təbiətin bu möcüzələri yeddi kateqoriya üzrə seçilmişdir: landşaft, adalar, süxur törəmələri, vulkanlar, milli parklar, meşələr və dəniz törəmələri. Layihənin təşkilatçılarından biri olan Tia Viyerinq demişdir: “Biz bütün bəşəriyyəti planetimizin təbiətinin ən füsunkar guşələrini birlikdə seçməklə, təbiəti nə dərəcədə qiymətləndirdiklərini fəal surətdə göstərməyə çağırırıq”. Təbiətin möcüzələrinə təxminən bir milyard adamın səs verəcəyi gözlənilir. İyulun 7-dək davam edəcək səsvermədə iştirak etmək üçün qeydiyyata düşmək lazımdır.
Ukraynanın yeddi möcüzəsi
Ukraynanın yeddi möcüzəsi (ukr. Сім чудес України) — Ukraynanın yeddi tarixi-mədəni abidələri, müəyyən edilmiş eyniadlı Ümumukrayna müsabiqəsi. == Aksiya == Aksiya 2007-ci ilin may ayında Ukraynalı siyasətçi Nikolay Tomenkonun təşəbbüsü ilə başlamışdır. Regional təşkilat komitələri müsabiqəyə müxtəlif obyektlər qoydular. Məqsədli təxminən min obyekt seçildi. Yüz min nəfərdən (mədəniyyətşünas, tarixçi, turizm mütəxəssisi) ibarət olan bu min nəfərdən ibarət ekspert məclisindən əvvəl siyahıdan 100, ondan sonra isə internetdən səsvermə üçün 21 obyektdən seçilmişdir. Müsabiqənin yekun nəticələri 21 avqust 2007-ci il tarixində elan edilmişdir. Səsvermə 7 iyul 2007-ci ildə başlamışdır. Nəticələri saxtalaşdırmaq cəhdləri səbəbindən səsvermə dayandı. "Ukraynanın yeddi möcüzəsi" seçimi İnternet səsverməsi və yüzlərlə insanın ekspertlər şurasının — kültürşünaslar, tarixçilər, turizm mütəxəssisləri fikrini nəzərə alaraq həyata keçirildi.
Yapon iqtisadi möcüzəsi
Yaponiyanın iqtisadi möcüzəsi — 1950-ci illərin ortalarında başlayan və 1973-cü il neft böhranına qədər davam edən Yaponiya iqtisadiyyatında rekord artımın tarixi bir fenomeni. İqtisadi möcüzə dövründə iqtisadiyyatın böyüməsi hər il demək olar ki, 10% idi, bu o dövrün inkişaf etmiş ölkələri arasında ən yüksək artım tempi idi. "Möcüzənin" səbəbləri arasında - vergilərin az olması və yapon elminin yeni texnologiyaları intensiv mənimsəməsi olmuşdur. Hansı ki, İkinci Dünya Müharibəsindən əvvəl hakimiyyətin təcrid siyasəti səbəbiylə yeni elmi məlumatların Yaponiyaya daxil olması mümkünsüz idi. Qısa müddətdə sürətli böyümə Yaponiyaya nəinki müharibədəki məğlubiyyətdən tam şəkildə xilas olmağa, həm də iqtisadi gücdə (nominal dəyəri) Fransa, İtaliya, Kanada, Böyük Britaniya, Almaniya, SSRİ-ni geridə qoyaraq, ABŞ-dən sonra dünyanın ikinci iqtisadi dövləti yerini tutmağa imkan verdi. Yaponiya 40 ildən çox dünyanın ikinci iqtisadiyyatı sayılmışdır: 1968-ci ildən bu yana, yalnız 2010-cu ildə ikinci yeri Çinə uduzmuşdur . "İqtisadi möcüzə" dövründə Yaponiya iqtisadiyyatının fərqli xüsusiyyətləri bunlar idi: istehsalçılar, maddi-material tədarükçüləri, məhsul satıcıları və bankların "keiretsu" adlanan yaxından əlaqəli qruplarda birləşməsi; sahibkarların hökumətlə qarşılıqlı faydalı münasibətləri; iri korporasiyalarda ömürlük işlə təminat; fəal həmkarlar ittifaqı hərəkatı. İqtisadi elmlər doktoru Andrey Belousov "möcüzə"nin 1985-ci ildə bitməsinin səbəbini, Yaponiyanın məşhur Plaza Sazişini (imzalandığı otelin adından götürülüb) imzalamaqda görür. Sazişdən sonra yenin 1,5 dəfə revalifasiyaya uğradılması (böyüdülməsi) Yaponiyada iqtisadi artım tempini aşağı saldı. Bu temp ildə təqribən 8% -dən 2% -ə düşdü .
Yaponiyanın iqtisadi möcüzəsi
Yaponiyanın iqtisadi möcüzəsi — 1950-ci illərin ortalarında başlayan və 1973-cü il neft böhranına qədər davam edən Yaponiya iqtisadiyyatında rekord artımın tarixi bir fenomeni. İqtisadi möcüzə dövründə iqtisadiyyatın böyüməsi hər il demək olar ki, 10% idi, bu o dövrün inkişaf etmiş ölkələri arasında ən yüksək artım tempi idi. "Möcüzənin" səbəbləri arasında - vergilərin az olması və yapon elminin yeni texnologiyaları intensiv mənimsəməsi olmuşdur. Hansı ki, İkinci Dünya Müharibəsindən əvvəl hakimiyyətin təcrid siyasəti səbəbiylə yeni elmi məlumatların Yaponiyaya daxil olması mümkünsüz idi. Qısa müddətdə sürətli böyümə Yaponiyaya nəinki müharibədəki məğlubiyyətdən tam şəkildə xilas olmağa, həm də iqtisadi gücdə (nominal dəyəri) Fransa, İtaliya, Kanada, Böyük Britaniya, Almaniya, SSRİ-ni geridə qoyaraq, ABŞ-dən sonra dünyanın ikinci iqtisadi dövləti yerini tutmağa imkan verdi. Yaponiya 40 ildən çox dünyanın ikinci iqtisadiyyatı sayılmışdır: 1968-ci ildən bu yana, yalnız 2010-cu ildə ikinci yeri Çinə uduzmuşdur . "İqtisadi möcüzə" dövründə Yaponiya iqtisadiyyatının fərqli xüsusiyyətləri bunlar idi: istehsalçılar, maddi-material tədarükçüləri, məhsul satıcıları və bankların "keiretsu" adlanan yaxından əlaqəli qruplarda birləşməsi; sahibkarların hökumətlə qarşılıqlı faydalı münasibətləri; iri korporasiyalarda ömürlük işlə təminat; fəal həmkarlar ittifaqı hərəkatı. İqtisadi elmlər doktoru Andrey Belousov "möcüzə"nin 1985-ci ildə bitməsinin səbəbini, Yaponiyanın məşhur Plaza Sazişini (imzalandığı otelin adından götürülüb) imzalamaqda görür. Sazişdən sonra yenin 1,5 dəfə revalifasiyaya uğradılması (böyüdülməsi) Yaponiyada iqtisadi artım tempini aşağı saldı. Bu temp ildə təqribən 8% -dən 2% -ə düşdü .
İndiki uşaqlar möcüzədir (roman)
İndiki uşaqlar möcüzədir - Əziz Nesinin 1967-ci ildə yazdığı romandır. 2014-cü ilin aprel ayından etibarən 68-ci nəşri olan bu kitab indiyədək 525.000 tirajla nəşr olunub və yazıçın ən çox satılan kitabıdır. == Haqqında == Əhməd və Zeynəb adlı iki uşaq ayrılır və bir-birlərinə yaşadıqlarını məktublar vasitəsilə danışırlar. Əhməd və Zeynəb əvvəllər eyni məktəbdə oxuyublar, lakin sonradan Zeynəb Ankaraya köçüb. Məktub yazacaqlarına söz verdilər. Zeynəbin Mətin adlı qardaşı, Əhmədin isə Fatoş adlı bacısı var. Əhməd Zeynəbə, Zeynəb isə Əhmədə məktəbdə və evdə yaşadıqları hadisələri danışır. Bu kitab uşaqların analarına, atalarına və müəllimlərinə necə baxdıqlarını təsvir edir və uşaqlara özlərini necə müdafiə etməyi öyrədir. == Xarici keçidlər == Şimdiki Çocuklar Harika [1] Şimdiki Çocuklar Harika [2] == İstinadlar == "İndiki uşaqlar möcüzədir". "Kitab evim".
Möcüzələr Akademiyası
Möcüzələr Akademiyası — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoy və həyat yoldaşı Zəhra Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Uşaq Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. == Məzmunu == Nağıllar aləminin mənfi personajları artıq xeyirlə mübarizədən yorulmuşdular. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar.
Alisa porno möcüzələr ölkəsində
Alisa porno möcüzələr ölkəsində (it. Alice nel paese delle pornomeraviglie) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin məzmunu pornoqrafik olduğuna görə orijinal əsərdən fərqlənir. Filmin ilk çıxış tarixi Portuqaliyada 1 noyabr 1993-cü il tarixində baş tutmuşdur. == Məzmun == Alisa yetkin qızdır. Yuxudan ayılan zaman Alisa gözlənilmədən başqa aləmə düşür. Bu zaman Alisa müxtəlif erotik macəralarla qarşılaşır. Uzun müddətdən sonra yuxudan ayılan Alisa gördüyü hər şeyin bir yuxu olduğunu başa düşür. == Xarici keçidlər == Alisa porno möcüzələr ölkəsində — Internet Movie Database saytında.

Значение слова в других словарях