MÖHÜRLƏMƏK

f.
1. Hər hansı sənədi təsdiq etmək üçün ona möhür basmaq, möhür vurmaq. Arayışı möhürləmək. Vəkalətnaməni möhürləmək. Diplomu möhürləmək.
2. Bir şeyin müəyyən vaxt bağlı qalması üçün ağzına möhür vurmaq, möhür basmaq. Qapını möhürləmək. Zərfi möhürləmək.
– Müfəttiş cibindən kəndir çıxarıb, şkafın halqalarından keçirdi, surğuc yandırıb tutdu və möhürləyib qurtardı. S.Rəhimov.

MÖHÜRLƏMƏ
MÖHÜRLƏNMƏ

Значение слова в других словарях