1. Sökülmüş, uçulmuş, dağılmış halda olan. Sökük divar. Sökük döşəmə. Sökük daxma.
– O zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi.
[Cinayətkar adamlar] …dar dalanlar, sökük hasarlar, ucqar məhəllələr, kimsəsiz səhralar axtarır, öz çirkin işlərini belə yerlərdə görürdülər.
// is. Binanın və s.-nin sökülmüş yeri. Evin sökükləri görünür. Divarın söküklərini təmir etmək.
2. Tikişi, sapı, hörgüsü açılmış, sapı qaçmış. Sökük xalça. Sökük papaq. Sökük ətək.
– [Mürsəl:] …Sınıq qələm, sökük zənbil heç kəsin evində yoxdur.
// is. Paltarın və s.-nin tikişi, sapı açılmış yeri. Paltarın söküyünü tikmək. Corabın söküyünü gözəmək.