TİKİŞ

is.
1. Tikmək işi, tikmə, tikim. Tikiş dərnəyi. Tikiş maşını.
[Gülnisə:] Bu saat duraram, ana, tikişimin bir azca yeri qalıb, onu qoy qurtarım. Ə.Haqverdiyev.

□ Tikiş tikmək – iynə-saplayan tikiş maşınında bir şey tikməklə, tikişlə məşğul olmaq.
Hacı Mehdinin ikinci övrəti Güllü oturub tikiş tikir… Ə.Haqverdiyev.
Pinəçi Qafar başmaq yamarkən oxuyur, Şahsənəm də tikiş tikir. S.S.Axundov.

2. Tikilmiş parça, dəri və s. parçalarının birləşdiyi yer. Köynəyin tikişi. Tikişi sökülmək.
3. Bir şeyin hissələrinin bitişdiyi, calaşdığı, bənd olduğu yer, bitişmə yeri. Borunun tikişi.
// tex. Eyni mənada detallar, qurğular və s. haqqında. Qaynaq edilmiş metalın tikişi.
// tib. Cərrahiyyə əməliyyatında toxumaların tikilib bitişdirildiyi yer. Yaranın tikişi sökülüb.
// Bu cür tikiş nəticəsində dəridə əmələ gələn qırış; qırışıq. Üzündə yara tikişi var.
◊ Tikiş qoymaq – yaranın kənarlarını birləşdirib xüsusi materialla tikmək.
Tikişi açmaq – tikilmiş yara sağaldıqdan sonra onun saplarını açmaq, çıxarmaq.

Синонимы

  • TİKİŞ sap
  • TİKİŞ bəxyə
TİKİRTGƏ
TİKİŞÇİ
OBASTAN VİKİ
Tikiş maşını
Tikiş maşını (ingiliscə: sewing machine) — tikiş üçün istifadə edilən məişət əşyası. == Tarixi == İlk tikiş maşınını icad edən dəqiq olaraq bilinmir. Bunun səbəbi bir çox icadçının olmasıdır. 1790-cı ildə ilk patenti alan adam olaraq qeydlərdə Tomas Saint görünür. Daha sonralar Isaac Singer və Elias Hove Jr. kimi ixtiraçıların tapdığı bir çox yenilik komitə tərəfindən reallaşdırılmamışdır. Bir çox patent alındı, ancaq heç biri biznes müvəffəqiyyəti əldə edə bilmədi. 1830-cu ildə Fransada yaşayan Barthelemy Thimmonier ticari müvəffəqiyyət qazanan ilk tikiş maşının patentini aldı. Zəncir tikiş edə bilən bu maşınlardan 80 dənə hazırlalndı və ordunun paltarlarının tikililişində istifadə edildi. Bu maşınların işlərinə zərər verəcəyini düşünən bir qrup dərzi bütün maşınları talan etdi.

Значение слова в других словарях

азотобактери́н аксессуа́рный зага́дывание майо́ликовый муари́ровать мусульма́нин нани́зываться перви́нка поля́ки третьеку́рсница чесану́ться э́такий блаже́нствовать номинали́стский подгрыза́ние ражой сойма шкали aorist citrean facing Lettish Oshkosh tibiae ребячий