YUBANMAQ

f. Bir işə vaxtında başlamamaq, tələsməmək; gecikdirmək, ləngimək, gecikmək.
Yubanma, işə başla! – Daxmalarda balıqçılar oyanmış; Bir parası çox gecikib yubanmış. A.Səhhət.
Xan nökəri çağırıb dedi ki, getsin poçta tərəf və görsün Novruzəli harda qaldı və nə bais oldu ki, belə yubandı. C.Məmmədquluzadə.
[Müəllim:] Ancaq şərtimiz bu oldu ki, yubanmayıb, təyin etdiyimiz saatda gəlsin, daha məni çox gözlətməsin. Qantəmir.

Синонимы

  • YUBANMAQ yubanmaq bax gecikmək
  • YUBANMAQ ləngimək — gecikmək

Антонимы

  • YUBANMAQ YUBANMAQ – TƏLƏSMƏK – Oğlum niyə belə yubanmısan? (S.Vəliyev); ...Məclisimizin bitməsinə tələsirdim (Mir Cəlal)
YUBANMADAN
YUBATMA

Значение слова в других словарях

безымённый загора́ние приближённость профессионали́ст пятиалты́нничек самово́льный скла́дывание сребри́ться та́ловый бланширова́ть копа́тельный на сча́стье наркозави́симость перловый bergerette coachman galliard pro tanto source West End wych-elm иловатый мрачный несогласование туристка