ağıl dişi

a wisdom tooth зуб мудрости
ağıl dəryası deyil (dahi deyil)
ağıl eləmək
OBASTAN VİKİ
Ağıl dişi
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. == Tarixi == Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Dişi ayıdöşəyi
Dişi ayıdöşəyi (lat. Athyrium filix-femina) — qalxansız cinsinə aid bitki növü.
İnsan dişi
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan. İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir.
Süd dişi
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir. Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir.
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn. XIX əsrdə alman filosofu Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.
Sosial ağıl
Sosial intellekt — özünü və başqalarını tanıma qabiliyyəti, cisimləri və ya səsləri bilmək qabiliyyəti kimi humanitar şərtlərin əvəzsiz bir hissəsidir və bir çox cəhətdən araşdırılmağa dəyər. Sosioloq Ross Hanivillə görə, sosial intellekt sosial inancları, münasibətləri və mürəkkəb sosial dəyişikliyi idarə etmək qabiliyyətini inkişaf etdirən özünün və sosial şüurun kollektiv bir ölçüsüdür. Psixoloq Nikolas Hamfrey insan olaraq kim olduğumuzu müəyyən etmənin kəmiyyət ağlından başqa ictimai ağıl olduğunu irəli sürmüşdür. Edvard Torndayk 1920-ci ildə ictimai ağıl anlayışını böyük kişilər və qadınları, gənc kişilər və qızları, insan münasibətlərində müdrik olmağı anlamaq və idarə etmək bacarığı olaraq izah etdi. Bu Hovard Gardnerin çoxsaylı intellekt nəzəriyyəsində təsvir olunan insanlararası ağıla bərabərdir və zehin nəzəriyyəsi ilə sıx əlaqəlidir. Bəzi müəlliflər sosial intellekt tərifini yalnız sosial-psixoloji reklam və marketinq strategiyalarına baxaraq sosial vəziyyət haqqında məlumatlı olmaq şəklində bildirmişdilər. Şon Folenoya görə sosial intellekt, fərdin ətraf mühiti ən yaxşı şəkildə başa düşmək və uğurlu sosial davranışa müvafiq reaksiya vermək bacarığıdır. Sosial intellektin qabiliyyət, şifahi və qeyri-şifahi işarələri oxumaq, məlumatdan istifadə etmək, insanları məlumatlandırmaq kimi bir çox fərqli komponentə sahib olduğu müşahidə edilmişdir. Sosial qarşılıqlı əlaqələrdə bacarıqlı olan şəxslərin emosiyalarına nəzarət etmərində də müvəffəq olduqları müəyyənləşdirilmişdir. Bundan əlavə, empatiya sosial zəka quruluşunun tərkib hissəsi olaraq ortaya çıxır.
Uçan ağıl
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Ağıl dişləri
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Fil Dişi Sahili
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Ağıl oyunları (film)
Ağıl oyunları (ing. A Beautiful Mind — "Əla ağıl" ("dərrakə")) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi. Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi. Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Ağıl dəryası (veriliş, 2009)
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl oyunları (film, 2001)
Ağıl oyunları (ing. A Beautiful Mind — "Əla ağıl" ("dərrakə")) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi. Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi. Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Uçan ağıl yaşayış yeri
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Romul, Rem və dişi canavar
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib. Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər.