AŞİR

məhərrəm ayının 10-cu günü (661-ci ildə Kərbəlada İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi gündür). Adətən, bu gündə doğulan uşaqlara verilir.
AŞİNA
AŞKİN
OBASTAN VİKİ
Aşir Atlı
Aşir Atlı (türk. Aşir Atlı) (1881, Kilis – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == 1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi. == Hərbi fəaliyyəti == 27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi.
Aşirabad
Aşirabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonu ərazisində kənd. == Tarixi == Ərzini kəndinin yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Nairi rayonu təşkil edilənədək (15 mart 1972) kənd Əştərək rayonunun tərkibində olmuşdur. Toponim tayfa mənasında işlənən əşirət sözü ilə (əşirət sözündəki -ət şəkilçisi ixtisar edilmişdir) «şəhər, kənd, yaşayış yeri» mənasında işlənən abad sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 180 nəfər, 1914-cü ildə 281 nəfər, 1916-cı ildə 277 nəfər yalnız azərbaycanlı yaşamışdır. Burada 1918-ci ilə kimi yalnız azərbaycanlılar yaşasa da, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1918-ci ilə kimi azərbaycanlı və ermənilərin yaşadığı göstərilir. Halbuki Aşirabad kəndində azərbaycanlılarla ermənilər qarışıq şəkildə 1922-ci ildən yaşamağa başlamışlar.

Значение слова в других словарях