A

A, a

n (pl A’s, a’s) ingilis əlifbasının 1-ci hərfi.

a

1. qeyri-müəyyənlik artikli; 2. bir; a minute bir dəqiqə; Wait a minute, please Zəhmət olmasa, bir dəqiqə gözlə / gözləyin; a man bir kişi; A man wants to see you Bir kişi səni / sizi görmək istəyir; 3. Hər hansı bir sinfə daxil olan əşya və şəxslərdən biri haqqında danışılarkən həmin şəxs və ya əşyanı bildirən ismin qarşısında işlədilir. Bu halda qeyri-müəyyənlik artiklı dilimizə tərcümə edilmir: a book kitab; a teacher müəllim; She is a teacher O, müəllimdir; 4. Hər hansı bir zümrəyə daxil olan isimlərin haqqında ümumi mənada danışarkən ismin qarşısında işlədilir. Bu halda qeyri-müəyyənlik artiklı dilimizə ya tərcümə edilmir, ya da hər (bir) söz birləşməsi vasitəsilə tərcümə edilir: A horse has four legs Atın (hər bir atın) dörd ayağı olur / var; 5. biri; a friend of mine dostlarımdan biri; 6. Sayıla bilməyən isimlərin qarşısında işlənərək növ bildirir. Bu halda qeyri-müəyyənlik artiklı dilimizə tərcümə edilmir. “Chinar” is a good wine “Çinar” yaxşı şərabdır; 7. Xüsusi isimlərin qarşısında işlənərək onun ümumi ismə çevrildiyini bildirir. Bu halda qeyri-müəyyənlik artiklı dilimizə tərcümə edilmir; He thinks himself a Napoleon O özünü lap Napoleon hesab edir; 8. Xüsusi isimlərin qarşısında işlənir və ailənin bir üzvünün haqqında danışıldığını bildirir. Bu halda qeyri-müəyyənlik artiklı dilimizə biri sözü vasitəsilə tərcümə edilir. She married a Forsyte O, Forsaytlardan birinə ərə getdi

A-BOMB

Значение слова в других словарях