ACRID

adj 1. kəskin, tünd (dad və s.); 2. kəskin, iti (iy və s.)

ACQUITTAL
ACRIDITY
OBASTAN VİKİ
Acrididae
Əsl çəyirtkələr və ya çəyirtkələr (lat. Acrididae) — çəyirtkəkimilər (lat. Acridoidea) fəsiləüstünə aid sürü halında yaşayan cücü fəsiləsi. Cənubi Avropa, Cənubi və Şərqi Asiya, Afrika, Cənubi və Şimali Amerika və Avstraliyada yayılmışdır. Dünyada 10.000, Azərbaycanda 125-dən çox növü var. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Çəyirtkələrin qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkilərinə (taxıllar, pambıq və s.) üçün xüsusilə təhlükəlidir. Qida axtaran kuliqalar keçdikləri yerlərdə bütün yaşıllıqları məhv edir. Sürfələri və yetkin çəyirtkələr bitkinin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini və s. yeyir.
Acridoidea
Çəyirtkəkimilər (lat. Acridoidea) — düzqanadlılar dәstәsindәn cücü fәsilәüstü. Uzunluğu 9 sm-dir. Bığcıqları bәdәninin yarısından qısadır. Qanadı 2 cütdür, bəzən onlar inkişaf etmәmiş olur, yaxud da olmur. Arxa ayaqları sıçrayıcıdır. Yumurtaqoyanı qısadır. Yumurtanı torpağa, bəzən də bitki toxumalarına topalarla qoyur və köpüklü maye ilə bürüyür. Bu maye quruyur və möhkəm kapsula (yumurta kisəsi) əmələ gətirir. Sürfələr yazda çıxır və 1-1,5 aya inkişaf edir; 4-7 dəfə qabıq qoyur.
Acridotheres
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.