AEROSTANSİYA
AFƏRİN
OBASTAN VİKİ
Aerostat
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. == Tarixi == Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.
Aerostatika
Aerostatika — hidroaeromexanikanın bölməsi. Burada qaz mühitlərin, xüsusən atmosferin tarazlıq şərtləri öyrənilir. Aerostatika havada hərəkət edən cismə təsir göstərən qaldırıcı qüvvə və hündürlükdən asılı olaraq atmosfer təzyiqini tədqiq edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Аэростатика // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Durst, Franz. An Introduction to Theory of Fluid Flows. Springer science and business media, 2008.

Значение слова в других словарях