Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Şamlıq
Bala Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Ermənistanda şəhər.
Bala Şamlıq
Bala Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Kiçik Şamlıq kəndi" deməkdir. Şamlıq komponentini tədqiqatçılar "şam ağacları çox olan yer", "şamlu tayfasının adı", "günəşə, işığa tapınanlar" və s. kimi açıqlamağa çalışmışlar. Lakin Azərbaycanda coğrafi termin şam yer (şamlıq) ifadəsi işlənməkdədir ki, bu da "otlu, xam yer" mənasını bildirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd iki dağ silsiləsinin arasında, dərədə yerləşir. Kəndin içərisindən Zəyəmçay keçir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Bala Şamlıq kənd kitabxana filialı, Bala Şamlıq kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Böyük Şamlıq
Böyük Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin yaxınlığındakı Şəkərbəy dağlarının yamacları şam ağacları ilə zəngin olduğu üçün belə adlandırılmışdır. Buradakı böyük sözü ərazinin genişliyini bildirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarıda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Cümə axşamı
Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür. Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır. İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir. Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir. Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi. Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日). Portuqalca "cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira). == Maraqlı faktlar == Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
Çərşənbə axşamı
Çərşənbə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca ikinci günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin ikinci günüdür. Rəsmi sənədlərdə çərşənbə axşamı bəzən qısaldılmış şəkildə ç.a. da yazılır. Fars dilində " çərşənbə axşamı " " dördüncü şənbə axşamı " deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə Çərşənbə axşamı adlansa da,cəmiyyətdə daha sadə,sıra sayına görə ikinci gün deyilir. Çərşənbə axşamı həftədə bazar ertəsi günü ilə çərşənbə arasında yerləşir. Qədim Romada çərşənbə axşamı muharibə allahı Marsa (Mars, итал. Martedì) həsr edimişdi.Köhnə türk dilində bu günə Üçünç deyirlər. Azərbaycanda Novruz bayramından əvvəlki dörd həftənin çərşənbə axşamları bayram günləri kimi qeyd edilirlər.İnsanlar bir-birini milliyətindən və dinindən asılı olmayaraq təbrik edir,həyət və küçələrdə tonqllar qalanaraq üstündən atılırlar.
Şamlıq (Loru)
Şamlıq (erm. Շամլուղ) —Tiflis quberniyasının Borçalı qəzasında, indi Ermənistan Respublikasının Loru mərzində (İndi Ermənistanın Tumanyan rayonunda) şəhər. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin 1887-ci ilə aid mənbədə Şambluq kimi də qeyd edilir. 1938-ci ildə şəhər tipli qəsəbə, 1995-ci ildə isə şəhər statusu almışdır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Axtala və Bendik kəndləri ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 700 nəfərdir. == Toponimi == Toponim iki cür izah oluna bilər: 1. Kəndin adı orada Şam ağacının bolluğunu bildirir. 2.
Şamlıq (Tovuz)
Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim "şam ağaclan çox olan yer" mənasındadır. Kəndin ərazisi qədim yaşayış məskənlərindən biri hesab edilir. Türk dil­lərində şam sözünün "sucaq yer, bataqlıq", "qamış", "iti uclu" mənaları da var. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində, dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Şamlıq kənd kitabxana filialı, Şamlıq poçt şöbəsi (AZ6037) fəaliyyət göstərir. == Təhsil == Kənddə Məzahir Quluyev adına Şamlıq kənd tam orta məktəbi fəaliyyət göstərir. 220 şagird yerlik tam orta məktəb binası 1 sentyabr 2014-cü ildə istifadəyə verilmişdir. Bundan başqa kənddə Şamlıq kənd ümumi orta məktəbi də fəaliyyətdədir.
Bayram axşamı
Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir. Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.
Yerə Oxşarlıq İndeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. == Düsturu == E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
Mahnı Axşamı (1962)
== Məzmun == Film-konsert Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr edilmişdir.
52 çərşənbə axşamı
52 çərşənbə axşamı (ing. 52 Tuesdays) - 2013-cü il Avstraliya istehsalı olan drama-gərilim janrında film. Filmdə ana olan Ceyn 16 yaşındakı qızı Biliyə həyatının geri qalanına trans kişi olaraq davam etmək istədiyini və adını Ceyms olaraq dəyişdirəcəyini açıqlayır. Bunun üçün də lazımi əməliyyat və müalicələr olunacağını və bu prosesdə tək qalmaq istədiyi açıqlayır. İkili hər çərşənbə axşamı (ildə 52 dəfə) görüşüb vaxt keçirəcəklərinə söz verirlər. Filmin adı da buradan götürülmüşdür.
Bayram axşamı (film, 2017)
Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir. Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.
Mahnı axşamı (film, 1962)
== Məzmun == Film-konsert Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr edilmişdir.
52 çərşənbə axşamı (film, 2013)
52 çərşənbə axşamı (ing. 52 Tuesdays) - 2013-cü il Avstraliya istehsalı olan drama-gərilim janrında film. Filmdə ana olan Ceyn 16 yaşındakı qızı Biliyə həyatının geri qalanına trans kişi olaraq davam etmək istədiyini və adını Ceyms olaraq dəyişdirəcəyini açıqlayır. Bunun üçün də lazımi əməliyyat və müalicələr olunacağını və bu prosesdə tək qalmaq istədiyi açıqlayır. İkili hər çərşənbə axşamı (ildə 52 dəfə) görüşüb vaxt keçirəcəklərinə söz verirlər. Filmin adı da buradan götürülmüşdür.
Seyidli-Axsaxlı mahalı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb .Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir. Qurulşca mürəkkəb toponimdir.