AEROZOL

(aero ...və – alm. Solum - kolloid məhlulu) qaz mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. A.-lar təbiətdə və insan həyatında müsbət rol oynayır. Buludlar təbiətdə su dövranını təmin edir. Bitkilərin çoxu çiçək tozcuqlarının A.-u ilə tozlanır, duru yanacaqlar və bərk yanacaqların çoxu A. şəklində yandırılır, bitki ziyanvericilərinə qarşı kimyəvi A-larla mübarizə aparılır. Radioaktiv maddələr, silisium 4-oksid, alüminum oksid, qurğuşun xrom tozu və s. ilə qarışıq texniki aerozollar çox ziyanlı olub ağır xəstəliklərə səbəb olur. Öskürmə və asqırma zamanı əmələ gələn bakteriyalı A.-lar yoluxucu xəstəliklərin, o cümlədən qripin yayılmasına səbəb ola bilər.
AEROTOP
AEROZOL ÇİRKLƏNMƏ
OBASTAN VİKİ
Aerozol
Aerozol (yun. aer- hava və soel - cisim) - havada asılı vəziyyətdə olan müxtəlif böyüklükdə və formada, kimyəvi tərkibi, habelə fiziki xassələrinə görə başqa-başqa olan ən kiçik hissəcik (toz, buz kristalı, duz, mikroorqanizm və s.). Aerozol duman və bulud əmələ gəlməsi üçün zəruri olan kondensasiya nüvəsi rolunu oynayır. Aerozol — qaz mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. Yalnız tüstü kiçik bərh hissəciklərdən və çox az dərəcədə su damcılarından və qatrandan əmələ gəlmiş asılqan, duman isə yalnız bir mayedən – sudan əmələ gəlmiş aerozoldur. Dumanda, tüstüdə və digər aerozollarda hissəciklərin diametri 1-dən 100 mikrometrə qədər olur. Hava axını, külək onları qarışdırır və yerə düşməyə imkan vermir. Aerozollar təbiətdə və insan həyatında müsbət rol oynayır. Bitkilərin çoxu çiçək tozcuqlarının aerozolu ilə tozlanır, duru yanacaqlar və bərk yanacaqların çoxu aerozol şəklində yandırılır, bitki ziyanvericilərinə qarşı kimyəvi aerozollarla mübarizə aparılır.
Aerozol katastrof (fəlakət)

Значение слова в других словарях