afrikanisch
Aftershave
OBASTAN VİKİ
After School
After School — ABŞ müğənnisi Melani Martinesin 25 sentyabr 2020-ci ildə Atlantic Records tərəfindən buraxılan dördüncü mini-albomu. İfaçı eyni gün “The Bakery” adlı sinqlını da təqdim edib. Bu mini-albomdakı mahnılar sonralar “K-12”nin delüks versiyasında əlavə treklər olaraq yer alıb. Melani Martines bu dəfə əvvəlki mahnılarında canlandırdığı “Cry Baby” obrazından istifadə etməməyi seçib. Belə ki, müğənni daha çox əsl özünü və duyğularını dinləyiciləri ilə bölüşür. == Fon == Melani Martines 2019-cu ilin sentyabrında “V” jurnalına verdiyi müsahibəsində qeyd edib ki, əvvəlki işi “K-12”də olduğu kimi yenə uşaqlıq və yeniyetməlik mövzuları haqqında mahnı çıxarmağa davam edəcək. Müğənni qarşıdan gələn musiqisində daha şəxsi tərəfini nümayiş etdirəcəyindən söz açıb. Melani 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə “K-12” albomunun koseptinə oxşar olan “After School” adlı mini-albom buraxacağını bəyan edib. Mini-albomun ilk olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı. Melani bundan əlavə, daha əvvəl demişdi ki, iki albom hazırlayacaq və onların hər ikisini filmi də olacaq.
Adobe After Effects
Adobe After Effects — Adobe Systems tərəfindən yaradılmış, hərəkətli qrafikalar və vizual effektlər yaratmağa imkan verən bir proqramdır. Adobe After Effects ilə 2 və 3 ölçülü (2D və 3D) mühitlərdə animasiyalar yaradıla bilər. Dünyanın bir sıra kino və animasiya studiyaları tərəfindən istifadə olunan bir proqramdır. Video redaktə və dinamik şəkillər, resepturası inkişafı, animasiya və xüsusi effektlər üçün Adobe Systems – tərəfindən hazırlanmışdır . Bu geniş proqram, animasiya (televiziya və internet üçün) istehsalı, bədii və televiziya filmləri, eləcə də tələb edilən digər vəzifələri, bir sıra görüntüləri, (rəng korreksiyası, post-istehsaıl), reklam yaradılması, musiqi video müalicəsində istifadə olunur və digital video effektləri ilə zəngin istifadə imkanı yaradır. Bu mexanizm qısa müddət ərzində əyani məlumat saxlamaq imkanı verir və retina sensor yaddaşdan istifadə edir.
Cigarettes After Sex
Cigarettes After Sex — 2008-ci ildə Qreq Qonzales tərəfindən Texas ştatının El Paso şəhərində yaradılmış amerikan drim-pop qrupu. Qrup efirli, limerent və tez-tez yuxuya bənzəyən musiqi üslubu, tez-tez romantika və sevgi mövzularına əsaslanan sözlər, həmçinin Qonzalesin "androgin" kimi təsvir edilən səsi ilə tanınır. Ambient pop qrupu kimi bilinsə də, Cigarettes After Sex həm də şouqeyz, slowcore və indi-rok hesab olunur.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər. 20thcenturystudios.com/movies/the-day-after-tomorrow — Birisigün rəsmi saytı The Day After Tomorrow — Internet Movie Database saytında.
Cigarettes After Sex (albom)
Cigarettes After Sex — ABŞ musiqi qrupu Cigarettes After Sex-in debüt studiya albomu. 9 iyun 2017-ci ildə Partisan Records tərəfindən buraxılıb.
After Hours (The Weeknd albomu)
After Hours — kanadalı müğənni-bəstəkar The Weeknd-in dördüncü studiya albomu. 20 mart 2020-ci ildə XO və Republic Records tərəfindən buraxılıb. Əsasən Weeknd tərəfindən istehsal olunan albom, DaHeala, Illangelo, Max Martin, Metro Boomin və OPN daxil olmaqla müxtəlif istehsalçıları təşkil edir. Onların əksəriyyəti həmçinin the Weeknd ilə əvvəllər birlikdə işləmişdir. Albomun standart nəşrində heç bir duet yoxdur, lakin lüks buraxılışda Ariana Grande, remikslər buraxılışında isə Chrommatics və Lil Uzi Vert -dən qonaq çıxışları var. Məzmun olaraq, After Hours tənhalıq, özünə nifrət və azad olmağı araşdırır. Albom buraxılmazdan əvvəl The Weeknd təsdiqlədi ki, "After Hours" stilistik baxımdan sələfi "Starboy" (2016) ilə ziddiyyət təşkil edəcək. Musiqi jurnalistləri albomu yeni dalğa və yuxu pop təsirlərinin tətbiqi ilə Weeknd üçün bədii ixtira kimi qeyd etdilər. Albomun adı 1985-ci ildə eyniadlı filmdən götürülüb, sənət əsəri isə müxtəlif digər filmlərdən ilhamlanıb. "After Hours" dörd sinql tərəfindən dəstəklənir: "Heartless", "Blinding Lights", "In Your Eyes" və "Save Your Tears", bunlardan üçü Billboard Hot 100 -də bir nömrəyə çıxıb.
Afterburner
Afterburner (əlavə yanma), xüsusən də uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir. İşləmə prinsipi olaraq reaktiv enjektorlar turbojet ağızına yanacaq vurur. Ağızdan (nozzle) gələn isti hava axını və yanmamış qazlar ilə alovlanır və beləliklə ramjet mühərriklərinə bənzər bir impuls yaradır. Turbojet mühərriklərində istifadə olunan xüsusiyyət bir ramjetin iş prinsipinə bənzəyir. Afterburnerlər ilə işləyən bir təyyarə, reaktiv ağızlardan çıxan alov sütunları ilə müəyyən edilir. Mülki aviasiyada Concorde bu sistemlə havaya qalxır. Normal uçuşundan 4 qat daha çox yanacaq sərfiyyatına səbəb olur. Lockheed Martin F-22 Raptor afterburnerlərindən istifadə edərək 20 dəqiqə ərzində 20 ton yanacağını qurtara bilər. Saatda 800 mil (1280 km) sürətə çata bilər. Köhnə bir texnologiyadır, bu gün reaktiv qırıcılar daha kiçik afterburnerlər ilə təchiz edilmiş, bütün mühərrik turbinlərdən ibarət olarkən (F-18), köhnə F-14 Tomcat kimi modellərdə mühərrikinin 60 faizi afterburnerlərdən təşkil olunmuşdur.
Aftermath Entertainment
Aftermath Entertainment Amerikada yerləşən musiqi şirkətidir. 1996-cı ildə Interscope Records dəstəyi ilə Dr. Dre tərəfindən qurulmuşdur. == Sənətçilər == == Köhnə sənətçilər == == Prodüserlər == Dr. Dre Mel-Man Mark Batson Dawaun Parker DJ Khalil Trevor Lawrence Jr. Che Vicious == Köhnə prodüserlər == Bud'da Focus... Mike Elizondo The Glove == Diskoqrafiya == == Həmçinin bax == Dr.
Afterşok
Afterşok (ing. aftershock) — əsas seysmik zərbə ilə müqayisədə intensivliyi daha kiçik olan təkrar seysmik təkanlar.. Güclü zəlzələlər həmişə çoxsaylı afterşoklar ilə müşayiət olunur. Onların sayı və intensivliyinin zaman keçdikcə azalmasına baxmayaraq, bu, aylarla davam edə bilər. Əsas təkandan sonrakı ilk saatda güclü afterşokların baş verməsi ehtimalı daha çoxdur. Çoxlu hallar məlumdur ki, əsas təkandan sonra zədələnən binalar məhz afterşoklar nəticəsində dağılıb. Afterşoklar xilasetmə işləri zamanı da təhlükə yaradır.
Good! Afternoon
good! Afternoon (good! アフタヌーン, Guddo! Afutanūn) — Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. 7 noyabr 2008-ci ildə təsis edilmişdir. Aylıq manqa jurnalına 2012-ci ilin sonunda çıxmış 25-ci sayda çevrilmişdir. Hər buraxılışı müxtəlif manqakaların müəllifi olduğu 25 hekayəni əhatə edir və 800 səhifədən ibarət olur. Hər buraxılışının qiyməti 680 yen təşkil edir. Kodansha nəşriyyatının digər uğurlu manqa jurnalı olan "Monthly Afternoon" jurnalının bacı jurnalı hesab olunur.
Monthly Afternoon
Monthly Afternoon (月刊アフタヌーン, Gekkan Afutanūn) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. "Monthly Aftenoon" Kodanshanın Afternoon xətti jurnallarından biridir. İlk sayı 1986-cı ilin 25 yanvarında çapdan çıxmışdır. Hər say 800 səhifədən ibarət olur və müxtəlif manqakaların əlindən çıxmış 30 manqa seriyasına yer verilir. "Monthly Afternoon" "Oh My Goddess!", "Genshiken", "Blade of the Immortal" və "Big Windup!" kimi tanınmış seynen manqası jurnallarından biridir. Jurnal Kodansha-nın "1day" seriyasının parçasıdır, seriyaya "Morning" və "Evening" jurnalları da aiddir. 2008-ci ilin oktyabrında nəşr olunmuş sayında "good! Afternoon" jurnalının təsis olunduğu bildirilmişdir. 2010-cu ildə jurnal 102.834 tirajla satılsa da, 2015-ci ildə bu rəqəm 75.310-a enmişdir.

Значение слова в других словарях