AIR-SICKNESS
AIR-STONE
OBASTAN VİKİ
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Space Invaders
Space Invaders (スペースインベーダー Supēsu Inbēdā) — Tomohiro Nishikado tərəfindən hazırlanmış və 1978-ci ildə buraxılmış arcade oyunu. Yaponiyada Taito, ABŞ-də isə Bally Technologies-in törəmə şirkəti olan Midway tərəfindən istehsal edilmiş və satılmışdır. Oyunun məqsədi lazer silahı ilə yadplanetliləri məğlub etməkdir. == İnkişaf == Space Invaders yapon dizayneri Tomohiro Nishikado tərəfindən hazırlanmışdır, o, bir il ərzində oyunu və onu istehsal etmək üçün lazımi avadanlıqları inkişaf etdirmişdir. Oyun Atari arcade oyununa cavab idi Breakout (1976). Oyun üçün ilk düşmən dizaynları arasında tanklar, döyüş təyyarələri və döyüş gəmiləri var idi. Nişikado isə düşmənin hərəkətləri ilə kifayətlənmirdi; texniki məhdudiyyətlər uçuş simulyasiyasını çətinləşdirdi. İnsanları təqlid etmək daha asan olardı, lakin dizayner onları lentə almağın əxlaqsızlıq olacağını düşünürdü. 1974-cü ildə Yaponiyada Yamato Kosmik Döyüş Gemisi animesinin buraxılışından sonra və Ulduz Döyüşləri jurnalında (1977) bir məqalə gördükdən sonra o, kosmik mövzudan istifadə etməyi düşündü. Nishikado yadplanetlilərin yaradılması üçün ilham aldı.
Space Radio
Space Radio — 12 oktyabr 2001-ci il tarixində Azərbaycanda fəaliyyətə başlamış özəl radio kanalı. 104.0 MHz dalğasında yayımlanır. Yayım 24 saatdır. Space 104 FM dalğasında hər saat xəbərlər informasiya buraxılışı yayımlanır. Space Radiosu dəfələrlə beynəlxalq tenderlər qalibi olub. Həmçinin beynəlxalq Avrasiya fondunun tenderi də bu siyahıdadır.
Space TV
Space TV — 12 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. == Tarixçə == "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci il tarixində nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci il tarixində Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Space Televiziyası
Space TV — 12 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. == Tarixçə == "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci il tarixində nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci il tarixində Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəznində xidmət göstərən Fransanın milli aviaşirkəti.
Air Liquide
Air Liquide — sənaye, sağlamlıq, ətraf mühit və tədqiqat qazları sahəsində ixtisaslaşmış beynəlxalq Fransız sənaye qrupudur. O, dünyanın səksən ölkəsində mövcuddur və 3,6 milyondan çox müştəri və xəstəyə xidmət göstərir. Air Liquide qrupu Paris birjasında, həmçinin CAC 40 indeksində, Euro Stoxx 50 və FTSE4Good-da siyahıya alınmışdır.
Air Serbia
Air Serbia — qərargahı Belqrad şəhərində yerləşən Serbiyaya məxsus dövlət şirkəti. Yuqoslaviya dağılana qədər Yuqoslavenski Аеrоtransport (JAT) adlanırdı və beynəlxaq əhəmiyyət daşıyırdı (Yugoslav Airlines). 26 oktyabr 2013-cü ildə Jat Airways adı Air Serbia olaraq dəyişdirilmişdir. == Tarixi == Avia şirkət 1927-ci ildə Аеrоput adı ilə yaradılır. 1947-ci ildə Yuqoslavenski Аеrоtransport adlandırılır. 1980-ci ildə Avropanın iri avia şirkətlərindən biri olmuşdur. Ancaq 1990-cı ildə BMT şirkətə iqtisafi sanksiya tətbiq edir. Nəticədə vəziyyət pisləşir. 2006-ci ildə Air India ilə saziş planlaşdırılır. Hədəf isə Belqradın hava limanının Air Indianın Şimali Amerikaya uçuşlar məqsədi ilə istifadə etmək istəyirdi.
Bulgaria Air
"Bulgaria Air" (bolq. България Ер, ing. Bulgaria Air) — Bolqarıstan dövlətinə aid olan aviaşirkət. Aviaşirkət Sofiya Beynəlxalq hava limanında bazalanmışdır. Şirkət Himimport Inc sahibidir. 2008-ci ildə şirkət 118 543 sərnişin daşımışdır. Dövriyyəsi 434 mln lev, ümumi gəliri isə 470 000 lev təşkil etmişdir. "Bulgaria Air" Bolqarıstan bazarında əsas hava daşıyıcısı hesab edilir. Ölkənin milli aviadaşıyıcısıdır. Şirkətin aviaparkında 17 təyyarə vardır ki, onlarda dünyanın 19 ölkəsinin 27 şəhərinə uçuşlar təşkil edir.
Estonian Air
Estoniya Hava Yolları və ya Estonian Air — Estoniyanın milli hava yolu şirkətidir. Şirkətin mərkəzi ölkənin paytaxtı Tallindir. Estonian Air Skandinaviya Hava yolları Sisteminin bir parçasıdır. Bu avia şirkət Stokholm, Oslo və Kopenhagendən Estoniyaya uçuşlar da təşkil edir. Estonian Air ölkənin müstəqilliyini əldə etməsinin dərhal ardından 1 dekabr 1991-ci ildə quruldu. İlk uçuşunu Frankfurta 1991-ci ildə reallaşdırdı. 1992-ci ildə IATAnın üzvü oldu. İndiki vaxtda 22 uçuş nöqtəsində xidmət verməkdə olan şirkətin cəmi 6 təyyarəsi var.
IPad Air
iPad Air — "Apple"in 2013-cü il oktyabr ayında tanıtdığı yeni nəsil planşet. == Özəllikləri == Bu İPad-lərin ölçülərinə görə indiyə kimi tanıdılmış ən incə iPaddir. Belə ki, Tabletin qalınlığı 7.5 mm ağırlığı 453 qr-dır. Texniki cəhətdən bu IPad 64 bit arxitekturalı olan iPad A7 Prosessoruna, 5 Meqapiksel və 1080p HD video çəkmə bacarığına sahib İSight kameraya və Facetime ön kamerasına malikdir. Ümumiyyətlə əvvəlki İPad-lərlə müqayisədə 28% daha yüngül, 20% nazik və 24% daha səssizdir.
Rayani Air
"Rayani Air" — Malayziyanın İslami qaydalara əməl edən ilk aviaşirkəti. == Tarixi == "Rayani Air" şirkəti 19 yanvar 2015-ci ildə yaradılmışdır. Həmin ilin dekabr ayının 20-də fəaliyyətə başlamışdır. Şirkət ilk səfərini paytaxt Kuala-Lumpurdan Lanqkavi adalarına həyata keçirmişdir.Şirkətin təyyarələrində qalxış və enişlərdən əvvəl dualar oxunur. Stüardessaların hicab örtməsi məcburidir. Sərnişinlərə təqdim olunan bütün məhsullar halaldır. Ətli yeməklər İslami qaydalara uyğun kəsilən heyvanların ətləri istifadə edilməklə hazırlanır. Donuz və spirtli içkilər uçuşlarda qətiyyən qadağadır.
Turan Air
Turan AİR - Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkət. "Turan air" aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin təsisçiləri «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İTİ Trading İnternational» amerikan şirkəti olub. 1997-ci ilin yanvar ayında «AZAL» DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.
VietJet Air
VietJet Air — Vyetnam aviaşirkəti. qərargahında Hanoi var. Şirkəti 2007-ci ildə təsis edilib. Vyetnamda və başqa ölkələrdə bir çox hava limanlarına uçuşlar həyata keçirir. 2011-ci ildə fəaliyyət başlayıb. 2014-cü ildə 63 yeni təyyarə almaq üçün Airbus ilə müqavilə bağlayıb.
Wizz Air
Vizeyr (Wizz Air) Macarıstan Hava Yolları MMC (mac. Wizz Air Hungary Légiközlekedési Kft.) — Macarıstanın ucuzqiymətli hava yolları şirkətidir. Əsas qərargahı Budapeştdə List Ferenç Hava Limanında yerləşir. Hava yolları Avropa və Orta Şərqdə daha çox ikinci hava limanlarına üstünlük verir. Macarıstan hava yolları şirkətlərinin içində ən çox donanmaya sahib olan hava yollarıdır. == Tarix == Hava yolları 2003-cü ilin Sentyabrında qurulmuşdur. Amerikan şirkəti olan İndigo Partners bu şirkətin ilk sərmayədarı olmuşdur. İlk uçuş 19 May 2004-cü ildə Katovitsadan yerinə yetirilmişdir. İlk 3 ay yarım vaxt ərzində 250 000, ilin sonunda isə 1.4 milyon sərnişin daşımışdır. Hava yollarının hazırkı başçısı keçmiş Malev Hava Yollarının başçısı Yojef Varadidir.
İran Air
{{şirkət|loqotipi=} İran Air (Farsca yazılışı: ایران ایر, İranın daxilində هواپیمایی ملی ایران/Havāpeimāī-ye Mellī-ye Irān; “İran Milli Hava Yolları”, abr: هما/Homā, Azərbaycan dilinə “İran İslam Respublikası Hava Yolları” və ya “İran Hava Yolları” olaraq da tərcümə oluna bilər), İran İslam Respublikasının dövlət hava yolları şirkətidir. Mərkəzi Mehrabad Beynəlxalq Hava Limanındadır. == Tarixçə == 1946-cı ildə İran Hava Yolları (Farsca yazılışı: ایرانین ایرویز) olaraq quruldu. Nəqliyyat nazirinin təklifi 10 fevral 1961-ci ildə qəbul edildi və 24 fevral 1954-cü ildə qurulan Fars Hava Xidməti (پرشین ایرسرویسز) ilə birləşdirilərək İran Milli Hava Yolları Korporasiyası (شرکت هواپیمایی ملی ایران/Sherkat-e Havāpeimāī-ye Mellī-Ir) adı ilə milliləşdirilib. Yeni hava yolları 1962-ci ilin aprelindən fəaliyyətə başladı. 1964-cü ildə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA), 1983-cü ildə isə Dünya Turizm Təşkilatına qoşulub. Yalnız iqtisadi sinf (ekonom klass) ilə işləmiş və Homa sinfi (Business class) 1993-cü ildə əlavə edilmişdir. Hava gəmisində içki içməyə icazə verilmir və içki içilə bilməz. == Loqo == Birləşmədən bəri, loqo kimi Persepolisdəki Griffon هما/Homā; (Huma quşu) adı ilə istifadə olunur. Eyni zamanda, şirkətin adı هواپیمائی جمهوری اسلامی ایران -nın baş hərfləri H + M + A hərflərindən meydana çıxan və abreviaturasının da هما/Homā olmasına görə HOMA ləqəbi ilə tanınır.
MacBook Air
MacBook Air — 2008-ci ildən etibarən Apple tərəfindən istehsal edilən notbuk seriyasıdır. Bu seriyaya aid olan notbuklar nazik və yüngül alüminium korpusa sahibdir. 2022-ci ildən etibarən 13 düym (2023-cü ildə yenilənib) və ya 15 düym (2023-cü ildə) ölçülü ekran ilə təchiz olunmuşdur. MacBook Air daha böyük və daha yüksək performanslı MacBook Pro ilə müqayisədə daha ucuzdur. 2011-ci ildə "orijinal MacBook seriyası" dövrünün başa çatması ilə MacBook Air Apple-ın ən münasib qiymətli notbuk modeli halına gəlib.MacBook Air 2008-ci ilin yanvarında təqdim olundu. O, 13,3 düym ekranı və tam ölçülü klaviaturası ilə premium ultraportativ kimi tanıdıldı. İncə dizaynı ilə diqqət çəkən bu notbuk o vaxtın ən incə notbuku kimi təqdim olundu və yeni ultrabuk kateqoriyasını yaratdı. Optik disk sürücüsü olmaması və o zamanlar ümumiyyətlə notbuklar üçün xarakteristik olan portların sayının az olması ilə diqqət çəkirdi. 2010-cu ildə MacBook Air konusvari korpusla yenidən dizayn edildi və Apple daha kiçik 11,6 düym versiyasını təqdim etdi. Daimi yaddaş SSD (Solid-state storage; sərt vəziyyətdə olan) olaraq standartlaşdırıldı və daha sonra Intel Core i5 və ya i7 prosessorları ilə Thunderbolt əlavə olundu.
Space Patrol Luluco
Space Patrol Luluco (宇宙パトロールルル子, Uchū Patorōru Ruruko) — Trigger tərəfindən Hiroyuki İmaişinin ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Anime 1 aprel 2016-cı ildən 24 iyun 2016-ci ilə kimi Ultra Super Anime Time veriliş bloku vasitəsilə Yaponiyada yayımlanmışdır. == Məzmunu == Luluko Kosmik Patrul üçün işləyən atası ilə birlikdə yaşayan on üç yaşlı qızdır. Onlar Günəş sisteminin sərhədində yerləşən, kosmik məskunlaşma zonasında olan Ogikobo adlanan ərazidə yaşayırlar. 20 il əvvəl yad immiqrantların öz ecazkarlığı ilə seçilən bu şəhərə gəlmələrinə baxmayaraq, Luluko normal məktəbli qızın həyatını yaşayırdı. Hekayə bir gün Lulukonun atasının təsadüfən özünü dondurması ilə başlayır. Luluko isə çıxış yolu olmayaraq atasının iş yerinə gedir. Burada şöbə müdiri tərəfindən Kosmik Patrulun üzvü seçilir. Bundan sonra Lulokunun normal həyatında əsaslı dəyişikliklər baş verir. Luluko yeni iş tərəfdaşı AΩ Nova ilə birlikdə Ogikobonu kosmik cinəyatkarlardan qorumaq üçün hər gün yeni-yeni missiyalara göndərilir.
Space Teleradio Şirkəti
Space TV — 12 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. == Tarixçə == "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci il tarixində nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci il tarixində Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Space (musiqi qrupu)
Space (ing. space — "kosmos") — kosmik elektronika və disko janrlarında musiqilər ifa edən fransız qrupu. == Tarixi == Qrup 1977-ci ildə fransız prodüser Jan-Filip İliesko de Qrimaldi və bəstəkar/müğənni Didye Maruani tərəfindən yaradılıb. Didye klavişçi/aranjimançı Rolan Romanelli, basçı Yannik Top, barabançı Pyer-Alen Daan və məşhur amerikalı müğənni Madlin Belli bir araya gətirdi. Didye Maruani o vaxta qədər solo pop ifaçısı kimi müəyyən şöhrət qazanmışdı, lakin tezliklə astrologiyaya həsr olunmuş bir televiziya proqramı üçün 1976-cı ildə yazılmış "Magic Fly" kompozisiyasının adından ilhamlanaraq "Space" adlandırdığı yeni qrupunda aktiv fəaliyyətə başladı.Didye Maruani: "Mənə daim melodiyanın kosmosdan gələn səslərə bənzədiyini söyləyən insanların sözlərini nəzərə alaraq, ad qismində "Space"i seçdim".İlk dövrdə musiqiçilər qruplarının elmi-fantastik istiqamətini hər cür vurğulayır, tez-tez skafandra bənzəyən səhnə geyimlərində çıxış edirdilər. Özlərini "kosmonavtlar" şəklində təqdim etmələrinin digər səbəbi Didye Maruaninin "Polydor" səsyazma şirkəti ilə davam edən müqaviləsi idi. Didye Maruani: "Prodüser və mən səsyazma şirkətimə "Magic Fly"ı mənim adımla buraxmağı təklif etdik, lakin şirkət kompozisiyanın bunu etmək üçün kifayət qədər yaxşı olmadığına qərar verdi … Prodüserim başqa bir şirkət tapdı, amma mən öz adımı orada hallandıra bilməzdim, çünki öz şirkətimlə müqavilə qüvvədə qalırdı… Skafandrlar fikri həm də ona görə çıxdı ki, məni bu geyimdı heç kim tanıya bilməsin. Özümə təxəllüs də fikirləşməli oldum və mən Ecama üzərində qərarlaşdım".1970-ci illərin sonlarında qrup 12 milyon nüsxədən çox satılan 3 uğurlu albom buraxdı: Magic Fly (1977), Deliverance (1977) və Just Blue (1978). İkinci albom üzərində iş getdiyi dövrdə qrupun tərkibi dəyişdi, o cümlədən amerikalı barabançı Co Hammer və britaniyalı Con "Reno" Edvards qrupa daxil oldular. "Just Blue" albomunun buraxılmasından sonra qrupun tarixində kritik bir an baş verdi.
Delta Air Lines
Delta Air Lines (Azərbaycan dilində: Delta Hava Yolları) və ya sadəcə Delta (NYSE: DAL) ABŞ-nin Corciya ştatının Atlanta şəhərində mərkəzi yerləşən aviakompaniyadır. Ölkənin ən böyük hava yolu şirkətlərindən biri olan Delta Atlanta Beynəlxalq Hava Limanı başda olmaqla, 3-ü xaricdə olmaqla cəmi 13 istiqamətdən, 2015-ci ilin mart ayına olan məlumata görə isə 59 ölkədə 326 fərqli istiqamətə uçuşlar həyata keçirir.Delta SkyTeam hava yolları alyansının 4 qurucu üzvündən biri hesab olunur. Delta aviakompaniyasının həmçinin Air France-KLM, Alitalia, Virgin Atlantic və Virgin Australia ilə müştərək fəaliyyətləri mövcuddur. Regional əməliyyatlarını isə Delta Connection brendi adı altında həyata keçirir. 2014-cü ildəki statistik məlumatlara əsasən Delta; daşınmış planlı sərnişinlərin sayı əsas götürüldüyü zaman, o, daşıdığı 129,4 milyon sərnişini ilə bu sahədə dünyanın ən böyük şirkətinə çevrilir ; Uçuş üzrə hər kilometr başına düşən sərnişin gəlirinə görə isə yenə də o, əldə etdiyi 290,8 milyard ABŞ dolları gəliri ilə birinci yerə çıxmışdır .
Norwegian Air Shuttle
Norwegian (Norwegian Air Shuttle) IAG Group şirkətinin nəznində xidmət göstərən Norveçin milli aviaşirkəti.
Running on Air
Running on Air (azərb. Havada qaçış‎) — Avstriyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Neytan Trent "Running on Air" mahnısı ilə Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Neytan Trent və Bernard Penzias tərəfindən bəstələnmişdir. Daha sonra mahnının italyan dilində olan digər bir versiyası "Fino A Che Volerò" və eyni zamanda ispan dilində olan remiks versiyası təqdim edilmişdir.
Special Air Service
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. == Yaranma Tarixi == SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. == Vəzifəsi == SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması == Qəbul, seçim və təlim == Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Wacken Open Air
Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir. 1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar. === 1990 === Wacken Open Air 1990, festivalın quruluşu, 24 avqust cümə və 25 avqust şənbə tarixlərində təşkil edildi. === 1991 === Wacken Open Air 1991, 23 avqust cümə və 24 avqust şənbə günləri təşkil edildi. === 1992 === Wacken Open Air 1992, 21 avqust cümə və 22 avqust şənbə günləri təşkil edildi. === 1993 === Wacken Open Air 1993, 20 avqust cümə günündən 22 avqust bazar gününədək təşkil edilən festivalın afişalarında Doro və Fates Warning yer aldı. === 1994 === Wacken Open Air 1994, 19 avqust cümə və 20 avqust şənbə günləri təşkil edilən festivalın afişalarında Paul Di'Anno's Killers yer aldı.
многокра́тный негрито́сы обжа́тие подключи́ть праотцо́вский скоро́мить телеизмере́ние убива́ться взять за живо́е пшени́чный рома́нс симпати́ческая нервная система панический собой attack aviation downstream Lord Chamberlain lustrine mortice prescient relapsing fever rugae tip lorry душераздирающий эмболия