akkreditə
akkresiya
OBASTAN VİKİ
Akkreditiv
Akkreditiv — alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tapşırıq, malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. == Akkreditivin həyata keçirilməsi == Benefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir. Akkerditiv hesablaşma forması tərəflərin xüsusi müqaviləsi, xüsusi mal göndərilməasi şərtləri ilə müəyyənləşdirilir və ya ödənişlərin sistematik olaraq ləngidilməsinə görə səhlənkar alıcıya sanksiya kimi tətbiq edilir. Benefisia-müəyyən məbləğdə pulu alamaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və fiziki şəxsdir. Akkreditiv aşağıdakı formada gerçəkləşir: Satıcı və alıcı arasında akkreditiv ödəniş formasını nəzərdə tutan müqavilə imzalanır; Alıcı banka geri çağırıla bilməyən akkreditiv açılması üçün banka müraciət; Bank aldığı müraciət əsnasında benefisiarın xeyrinə geri çağırıla bilməyən akkerditiv açır, o bu sənəd benefisiara satıcının bankı (avizo edən); Avizo edən bank , birinci bankdan (müştərinin müraciət etdiyi) akkreditivi aldıqdan sonra onun etibarlılığını yoxlayır və akkreditivin şərtlərini satıcıya çatdıraraq, akkreditivin həqiqiliyini təsdiqləyir; Məhsul yükləndikdən və göndərildikdən sonra, satıcı bir qayda olaraq sənədləri avizo edən banka təqdim edir. Akkreditiv hesablaşma formasının mahiyyəti ödəyicinin ona xidmət edən banka qabaqcadan qoyulmuş vəsaitlər hesabına və ya bankın zəmanəti altında ödəyici tərəfindən akkreditivin açılması haqqında ərizədə nəzərdə tutulmuş şərtlərlə vəsait alanın olduğu yer üzrə mal-material dəyərlərinin ödənişinin edilməsini tapşırmasıdır. Akkreditiv açan bankın (emitent bank)mal göndərənə ödəniş edə biləcəyi və ya akkreditivdə nəzərdə tutulan sənədlərin digər banka verilməsi şərti ilə və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi ilə həmin banka belə ödənişləri etmə səlahiyyətini verə biləcək saziş üzrə müştərinin tapşırığı ilə onun kontragentinin xeyrinə banka verilən şərti pul öhdəliyi deməkdir. Akkreditiv açan bank (emitent bank) ödəyicinin (alıcının) tapşırığı ilə vəsaitləri digər banka - mal göndərənin bankına köçürürsə, akkreditivdə nəzərdə tutulan bütün şərtlərin yerinə yetirilməsi zamanı ödənişin edilməsi üçün tədarükçülərin bankında ayrıca balans hesabı "Akkreditivlər" açılır. Azərbaycan Respublikasında sənədli akkreditivlərdən geniş istifadə olunur. Sənədli akkreditiv - elə bir sazışdir ki, onun əsasında bank müştərinin xahişi ilə və ya onun sərəncamlarına əsasən hərəkət edib, ödənişi 3-cü şəxsin adına aparır.

Значение слова в других словарях