Aktivasiya

əvvəlcədən hazırlanmış prosedurun həyata keçirilməsi.
Akt
Aktual
OBASTAN VİKİ
Aktivasiya karotajı
Aktivasiya karotajı — süxurların xarici ionlaşdırıcı mənbələrlə şüalandırılması nəticəsində onlarda yaranan süni radioaktiv izotopların, yaxud izomerlərin şüalanması xüsusiyyətlərini ölçməyə əsaslanan geofiziki üsul. Radioaktiv izotoplarla aktivləşdirilmiş qum, yaxud məhlulun süxurların içərisində yerləşdirilməsindən sonra onların qamma-şüalanmasının qeydiyyatına əsaslanır. Aktivasiya karotajı üsulu neft-qaz quyularında kollektor çöküntüsü və süxur laylarında çatlılığın və kavernaların (boşluqların), hidrogeoloji tədqiqatlarda isə laydamayenin axın istiqaməti və sürətinin müəyyən edilməsinə imkan yaradır. Qazıma quyularının kəsilişindəki kollektorların radon qazı ilə şüalandırılmasından sonra müxtəlif vaxtlarda təkrar ölçmələr nəticəsində alınmış qamma-karotaj əyrilərini müqayisə etməklə layların neft-qaz və su ilə doyumluluğu qiymətləndirilir. Geoloji məsələlərlə yanaşı Aktivasiya Karotajı üsulu neft-qaz və hidrogeoloji quyularda boru arxasında sementin səviyyəsi, sement halqasının qalınlığı, boruda zədələnmə və perforasiya yerinin və laylar arasında hidrodinamik əlaqənin müəyyən edilməsi kimi məsələlərin həllində geniş istifadə olunur. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Aktivasiyalı analiz
Aktivasiyalı analiz (radioaktivasiyalı analiz) — maddənin element və izotop tərkibinin nüvə-fiziki təyini üsülu; analiz edilən nümunədə təyin edilən elementin izotoplarının nüvə hissəcikləri və ya yüksək enerjili γ-şüalanma ilə nüvə reaksiyası (aktivasiya) nəticəsində əmələ gələn radionuklidlərin aktivliyinin ölçülməsinə əsaslanır. Aktivasiyalı analizi 1936-cı ildə G. Xeveşi və X. Levi təklif etmişlər. Alınan radionuklidlərin təsnifatlaşdırılması şüalanmanın tipinə, onun enerjisinə, intensivliyinə, radionuklidlərin yarımparçalanma dövrünə görə aparılır. Bunun üçün adətən qamma-spektro metrlər və yüksək ötürücülü yarımkeçirici detektorlar, nadir hallarda ssintilyasiyalı detektorlar istifadə edilir. Miqdari analiz alınan radionuklidin aktivliyinin qatılığın geniş diapazonunda təyin olunan elementin miqdarına nisbətinə əsaslanır. Qatılığın müqayisəli (nümunələr istifadə edilməklə) və etalonsuz nisbi hesablanma üsulu tətbiq edilir. Radioaktiv şüalanmanın yüksək nüfuzetmə qabiliyyəti nümunənin dağılmadan analiz edilməsinə imkan verir. Aktivasiyalı Analizin ən geniş yayılmış variantı neytron-aktivasiyalı analizdir (NAA). Aktivasiya üçün nüvə reaktorunun istilik və epiistilik neytronları və ya neytronların (məsələn, Cf252) radio izotoplu mənbəyi, həmçinin neytron generatorlarının sürətli neytronları istifadə edilir. Reaktorlu neytron-aktivasiyalı analiz analitik kimyanın inkişafında böyük rol oynamışdır; ondan istifadə etməklə elektronika üçün yüksək təmiz materialların, atom energetikası uçün isə xüsusi konstruksiyalı materialların alınmasının texnologiyası işlənib hazırlanmışdır.

Значение слова в других словарях