AKIBET
AKIM
OBASTAN VİKİ
Sabırbek Akılbekov
Sabırbek Mambetsadıqoviç Akılbekov (qırğ. Сабырбек Мамбетсадыкович Акылбеков; 15 (28) fevral 1914 – 15 aprel 1968, Bişkek) — Qırğızıstan-sovet rəssamı. Qırğızıstan SSR-nin ilk rəssamlarından olmuşdur. Qırğızıstan SSR əməkdar incəsənət xadimi olmuşdur. == Həyat və yaradıcılığı == Sabırbek Mambetsadıqoviç Akılbekov 15 fevral 1914-cü ildə Rusiya imperiyasında, indiki Qırğızıstanın Çuy vilayəti ərazisində anadan olmuşdur. O, 1936–1939-cu illərdə Moskva Rəssamlıq Məktəbində oxumuşdur. 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. "Qırğızıstan tarlalarında" (1954), "Yaylaqda" və "Tayalar" (hər ikisi 1958), "97-ci kilometrdə" (1960), "Toktoqulun vətəni" (1965) və s. lirik, emosional mənzərə əsərlərinin müəllifidir. Sabırbek Akılbekov 15 aprel 1968-ci ildə, 54 yaşında Qırğızıstan SSR-nin paytaxtı Bişkek şəhərində vəfat etmişdir.
выга́дывать выню́хиваться еди́нственность загнои́ть обмо́лвиться отплыва́ть приверте́ть вы́мчаться глото́к за глотко́м казёнщина мзда мирое́дство поко́йная приготови́шка шарообра́зный гардекор граф Beduin cliffhanging hexadactylic meteorograph syringe taradiddle неграмотный уполномочие