Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Axım
== Axım == Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. == Axım xəritələri == Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. == Axım modulu == Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
AKM
AKM (rus. Автомат Калашникова Модернизированный) — 1959-cu ildə sovet ordusunda AK-47-nin yerini tutan və AK ailəsinin inkişaf etdirilmiş variantı sayılan avtomat silah.
Akim (vəzifə)
Akim (qaz. әкім, qırğ. аким) — Qazaxıstan və Qırğızıstanda yerli dövlət hakimiyyəti orqanının başçısı. Akim ölkə prezidentinin rəsmi nümayəndəsidir. == Qazaxıstanda Akim == Qazaxıstanda bələdiyyə başçısı respublika prezidentinin və hökumətinin nümayəndəsi olan (bölgənin, respublika əhəmiyyətli şəhərlərin və ya paytaxtın, bölgənin rayonları və bölgənin kənd rayonlarının rəhbərliyi) rəhbərliyin rəhbəridir. Ölkənin bütün bələdiyyə sədrlərinin (rayon əhəmiyyətli şəhərlər, kənd rayonları, qəsəbə və kəndlər) 91% -i dolayı səsvermə yolu ilə seçilir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərləri Qazaxıstan Baş nazirinin təklifi ilə Prezident tərəfindən təyin edilir. 2013-cü ildən bu yana Qazaxıstan Respublikasının kənd əhəmiyyətli bir hissəsi olmayan kənd şəhərləri, kənd bölgələri, qəsəbə və kəndlərinin rəhbərləri dolayı seçkilər yolu ilə dörd il müddətinə seçilirlər. Seçicilər müvafiq bölgənin məsləhət müavinləridir. 2018-ci ildə yerli özünüidarəetmənin inkişafı konsepsiyası çərçivəsində rayon və rayon əhəmiyyətli şəhərlərin bələdiyyə sədrləri seçkilərinin tətbiq olunmasının məqsədəuyğunluğu məsələsinin hazırlanması nəzərdə tutulmuşdur.
Akim Abbasov
Akim Əli oğlu Abbasov (25 may 1911, Zəngəzur – 27 fevral 1992, Bakı) — sovet hərbi və dövlət xadimi, general-mayor (1957), İkinci Dünya müharibəsinin iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Akim Abbasov 25 may 1911-ci ildə Zəngəzur qəzasının Ərikli kəndində anadan olmuşdur. Əslən Cəbrayıl rayonu Mehdili obasındandır. 1918-ci ildə 7 yaşlı Akim Abbasov anasını itirir və 1920-ci ildə ailə Babək rayonunun Nəzərabad kəndinə köçür amma həmin il Akim Abbasovun atasıda vəfat edir. Bu səbəblərdən o 1923-cü ilə qədər dayısı Ələkbər Ələkbərovun himayəsində böyümüşdür. Naxçıvanda olarkən 1923-cü ildə 3 saylı Zəhmət məktəbinin uşaq evinə köçürülmüş və oradada təhsilini bitirmişdir. 1927-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Zaqafqaziya hərbi hazırlıq məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1930-cu ilin may ayında təhsilini davam etdirmək üçün Tbilisiyə, Zaqafqaziya quru qoşunlarının hərbi kurslarına yollanır və Bolşeviklərin Ümumsovet Kommunist Partiyasının üzvü olur. 1932-ci ildə 77-ci dağ-atıcı taqımının komandiri təyin edilir. Bir müddətdən sonra isə 4-cü dağ-atıcı alayının komandiri təyin olunur.
Akim Cemilyev
Akim Əbdürrəhman oğlu Cemilyev (krımtat. Akim Abdurahman oğlu Cemilev, Аким Абдурахман огълу Джемилев; 9 may 1918 – 11 dekabr 2001, Simferopol) — Krım Tatar xoreoqrafı, rəqqası və ictimai xadimi. Krım tatarların milli hərəkatının fəal üzvü. Böyük Vətən müharibəsi iştirakşısı. Ukraynanın əməkdar artisti (1994). == Həyatı == 9 may 1918-ci ildə Küçük-Uzən kəndində anadan olub. 1933-cü ildə atası, kənd sovetinin sədri, Simferopolda Qujtransportun müdiri vəzifəsinə gətirildi. Akim fabrik məktəbinə daxil oldu və eyni zamanda istehlakçı kooperasiya klubunun rəqs ansamblına qoşuldu. Müasir krım tatar xoreoqrafiyasının banisi Hüseyn Baqqalın şagirdi olub. 1936-cı ildə Krım Tatar Opera və Balet Teatrının Krım Dövlət Rəqs Ansamblının solisti oldu.
Akim Latifu
Akim Latifu (16 noyabr 1989 və ya 11 iyun 1992) — Zirə FK klubunda müdafiəçi kimi çıxış etmiş Nigeriyalı peşəkar futbolçudur.
Akim Muxtarlı
Akim Muxtarlı (10 sentyabr 1949, Comardlı, Sisian rayonu – 26 may 2017, Bakı) – Cərrah-travmatoloq, tibb elmləri üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == Akim Muxtarlı 10 sentyabr 1949-cu ildə Qərbi Azərbaycanın Sisian (keçmiş Qarakilsə) şəhərinin Comərdli kəndində anadan olub. 1976-cı ildə N.Nərimanov adına ADTU-i Uşaq cərrahı ixtisası ilə bitirmişdir. İlk əvvəl Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında uşaq cərrahı, Bakı-Almaniya hərbi hospitalında cərrah-travmatoloq, Bakıda Tibb Universitetinin M.Nağıyev adına Təcili tibbi yardım xəstəxanasında cərrahı xəstəliklər kafedrasında müəllim cərrah və İran İslam Respublikasında cərrah-travmatoloq və ginekoloq vəzifələrində çalışmışdır. Akim Muxtarlı Azərbaycan tibb sahəsinə yeni üsullarını gətirərək yeniliklər etmişdir. Özü tərəfindən ixtira edilmiş, dünyada bərabəri olmayan, ultra səs aparatı vasitəsi ilə bir çox xəstəliklər — o cümlədən öd daşları, mədə xorası, bağırsaq xəstəlikləri, hemikoloektamiya, çat, siviş, uşağlığın fibroması, borunun və yumurtalığların xəstəlikləri, kriptarxizm, sünnət, bədxassəli şişlər, dəbəliklər, uşaq serebral iflici, mioteapiya ,meningit, onurğa, oynaq ağrıları və s. kimi xəstəliklərin müalicəsi təmin edilmişdir. Akim Muxtarlının müalicə metodları əsasən xalq təbabətində bitkilərdən alınan dəmləmələri,lasiyonlar,antiseptiklər, arı məhsullarına, gümüş suyuna əsaslanırdı. Alimin elmi işləri, elmi təqdiqatları və müalicə üsulları İran, Rusiya, Türkiyə, Amerika, Almaniya, İsrail və başqa ölkələrdə böyük maraqla qarşılanmışdır. O, dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi-konfranslarda iştirak etmiş, bir sıra xəstəxanalar və elmi instutlarla əməkdaşlıq etmişdir.
Asım Gündüz
Asım Gündüz (türk. Asım Gündüz) (d. 1880, Kütahya – ö. 14.12.1970, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Kütahya Liseyini bitirdikdən sonra Kuleli Hərbi Liseyinə qəbul oldu. 1905-ci ildə Hərbi Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Mustafa Kamal, Əli Fuad və Əli İhsan ilə eyni sinifdə oxumuşdu. 1909-1911-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almış və Almaniyanın Baş Qərargahında işə başladı. == Hərbi fəaliyyəti == 27 noyabr 1911-ci ildə mayor rütbəsinə yüksəldi. Mayor rütbəsi ilə 27 noyabr 1911-ci ildə 10-cu korpusun 1-ci şöbə müdiri, 22 yanvar 1912-ci ildə qərargahın 3-cü şöbəsində, 4 iyun 1912-ci ildə müvəqqəti olaraq hərbi məktəbdə müəllim, 29 sentyabr 1912-ci ildə Balkan müharibələri əsnasında Ümumi Qərargahın Hərəkat Şöbəsinin müdirinin müavini, 22 dekabr 1913-cü ildə Hərbi Akademiyada Türk Silahlı Qüvvələrinin müəllimi olan general-mayor Veber Paşanın köməkçisi, 17 yanvar 1914-cü ildə İstehkam Qitələri və Müstahkem Mövqeyi Müfəttişliyi Qərargah başçısı, müfəttiş müavini vəzifəsinə təyin edildi.
Axım modulu
Axım xəritələri
Azra Akın
Azra Akın (8 dekabr 1981) — Türkiyə modeli və aktrisası. O, 2002-ci ildə Türkiyə gözəli seçilmiş və sonra Miss Dünya dünya gözəllik müsabiqəsində dünya gözəli seçilmişdir. Hollandiyada balet, rəsm və musiqi kimi sənət sahələrində təhsil almışdır.
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Evrim Akın
Evrim Akın — Türkiyə kino və teatr aktrisası, teleaparıcı. == Həyatı == Evrim Akın 12 iyun 1979-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Boyu 160 sm-dir. O, 17 yaşında ikən atası dünyasını dəyişmişdir. == Karyerası == Karyerasına İzmirdə Konak Bələdiyyə Teatrında başlayan Evrim Akın daha sonra Müjdət Gəzən Sənət Məktəbinə daxil olmuşdur. === Filmləri === ==== Bədii filmləri ==== Şaşqın | 2006 | Zeynəb rolunda ==== Televiziya filmləri ==== Memleket Hikayeleri - Ana Beni Eversene | 2006 | Handan Karadağ rolunda === TV serialları === Güldür Güldür | 2019 | Özge rolunda Alemin Kralı | 2011 | Jülide Mermercin rolunda Bez Bebek | 2007 | Bez Bebek Nana rolunda Avrupa Yakası | 2004-2006 (cəmi 52 bölümdə) | Selin Yerebakan rolunda Estağfurullah Yokuşu | 2003 | Gümüş rolunda Analık | 2003 | ...
Fatih Akın
Fatih Akın (25 avqust 1973[…], Hamburq) — türk mənşəli alman kinorejissor və ssenarist. == Həyatı == Fatih Akın 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən "Divara qarşı" filmi ilə Berlin kinofestivalının baş mükafatı – "Qızıl ayı"ya layiq görülüb. 2007-ci ildə ekranlaşdırdığı "Həyatın kənarında" filmi isə Kann kinofestivalında "ən yaxşı ssenari" nominasiyasında qalib olub.
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — Türkiyəli kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur. Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verir.Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başlayır. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evlənir. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlir. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vida edir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Vəcihi Akın
Vəcihi Akın (23 iyul 1916, Aydın – 26 yanvar 1992, İstanbul) — türk əsgəri və siyasətçisi. == Həyatı və hərbi xidməti == Vəcihi Akın 23 iyul 1916-cı ildə Aydında anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1938-ci ildə Türk Hərbi Akademiyasını topçu zabiti kimi bitirdi. 1940-cı ildə Topçu Məktəbini bitirdikdən sonra 1946-cı ilədək müxtəlif topçu hissələrində xidmət etmişdir. 1949-cu ildə Türk Hərbi Akademiyasını bitirmişdir. 1949-cu ildə Baş Qərargahın stajçı zabiti vəzifəsinə təyin edildi. Daha sonra bölük komandiri və qərargah zabiti vəzifələrini icra etdi. 1950–1952 arasında 28. Tümən Topçu Alayı 5. Batareya komandiri oldu.
Yeraltı axım
Yeraltı axım hövzənin geoloji quruluşunun əsas funksiyasıdır. Ərazinin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq yeraltı suların formalaşması və çayların yeraltı sulardan qidalanması şəraiti də müxtəlifdir. Yüksək dağlıq ərazilərdə yeraltı suların qidalanma şəraiti az öyrənilmişdir. Burada yeraltı axım əsasən dellüvial və allüvial çöküntülərdə formalaşır, onun rejimi isə çox halda atmosfer yağıntılarının paylanmasından asılıdır. Yeraltı sularla ən bol ərazilər Böyük Qafqazın cənub yamacında orta yuranın qum daşları və şistlərin yayıldığı sahələrdir. Bu qatlara aid olan bulaqların orta debiti 7–8 l/s-yə çatır. Şimal-şərq yamacın dərin dərələrində debiti 50 l/san-ə çatan çoxlu bulaqlar mövcuddur. Bu rayonlarda yeraltı qidalanma çay axımının əsas hissəsini təşkil edir. Geoloji quruluşun və çay hövzələrinin hidrogeoloji şəraitinin qidalanmaya təsiri Kiçik Qafqaz ərazisində özünü daha aydın göstərir. Kiçik Qafqazın çay hövzələri vulkanogen süxurlardan və sukeçirən çöküntülərdən ibarətdir.
Əli Akış
Əli Akış (tatar. Гали Акыш) — tanınmış tatar, türk və alman jurnalist və yazıçısı, görkəmli ictimai-siyasi xadim, Tatarıstan Milli Məclisinin fəxri deputatı, Dünya Tatarlar Liqasının fəxri prezidenti, Qayyaz İsxakinin varisi. == Bioqrafiyası == Şimali Mançuriyadakı Haylar şəhərində tatar icmasında anadan olub böyüyüb. Anası Lətifə və atası Xisamutdin, əslən Penza quberniyasının Ust-Raxmanovski volostunun tatar əsilli Yunki kəndindəndir. Əli tatar ibtidai məktəbini bitirdikdən sonra rus gimnaziyasında oxuyur. 1934-cü ildə o, təsadüfən şəhərin tatar icması qarşısında tatar mühacirlərinin rəhbəri Qayaz İsxakinin çıxışını eşidir və bu, gənc Əlidə silinməz təəssürat oyadır. 1936-cı ildən Əli Akış Qahirədə Əl-Əzhər Universitetində təhsil alır. 1938-ci ildə Varşavaya səfər edir, burada Qayaz İsxaki ilə şəxsən tanış olur və onun təsiri altında xalqına xidmət etmək ideyası alovlanır. 1940-cı ildə Türkiyəyə köçür, burada ali təhsil alır, jurnalist və ictimai xadim kimi fəaliyyətə başlayır. 1963-cü ildə Ankarada onun “İdel-Ural Dağvası həm Sovet İmperializmi” (“İdel-Ural Problemi və Sovet İmperializmi”) adlı ilk kitabı nəşr olunur.
İbrahim Akın
İbrahim Akın (1961, Ulubey[d], Uşak ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == İbrahim Akın 1961-ci ildə Uşak ilinin Ulubey ilçəsində anadan olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 7 il həbsxanada saxlanılıb. Uşakda İnsan Hüquqları Dərnəyinin yaradılmasında yer alıb. Sosial Araşdırmalar, Mədəniyyət və İncəsənət Fondunun, həmçinin Dostluq və Yardım Fondunun təsisçisi olub. İzmir Düşüncə Cəmiyyəti və Ege Ətraf və Mədəniyyət Platformasının (EGEÇEP) üzvü olub. Azadlıq və Dayanışma Partiyası (ÖDP) İzmir il şöbəsinin sədri və ÖDP Məclisinin üzvü vəzifələrində təmsil olunub. EDP İdarə Heyətinin, YSP İdarə Heyətinin, HDP Baş Məclisinin üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Nazan Akın
Nazan Akın Günəş (türk. Nazan Akın Güneş; 1 oktyabr 1983, Diyarbəkir) — +70 kq çəki dərəcəsində mübarizə aparan türk görmə məhdudiyyətli (B3 sinifli məhdudiyyət) cüdoçu. O, 2012 Yay Paralimpiya Oyunlarında gümüş, 2024 Yay Paralimpiya Oyunlarında isə bürünc medalın sahibi olub. == İdman karyerası == Akın 2008-ci ildə Almaniya açıq çempionatında bürünc medal qazanıb. 2011-ci ildə o, 63 kq çəki dərəcəsində mübarizə apararaq Türkiyənin Antalya şəhərində keçirilən İBSA Dünya Çempionatında 7-ci olmuş, Birləşmiş Krallığın Krouli şəhərində keçirilən İBSA Avropa Çempionatında isə bürünc medal qazanmışdır. 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Yay Paralimpiya Oyunlarında Akın əvvəlcə 1/4 finalda bolqar rəqibi İvomira Mixaylovanı məğlub etməyi bacarmış, daha sonra yarımfinalda fransalı rəqibi Selin Manzuolinini də məğlub edərək finala vəsiqə qazanmış və gümüş medalın sahibi olmuşdur. Bundan sonra o, 10 il cüdoya fasilə verib. 2022-ci ildə Bakı şəhərində keçirilən İBSA Cüdo üzrə Dünya Çempionatında iştirak etmiş və +70 kq çəki dərəcəsində bürünc medal qazanmışdır. 2023-cü ildə Hollandiyanın Rotterdam şəhərində keçirilən Avropa Para-çempionatında gümüş medal qazanıb. Akın 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında qadınlar +70 kq çəki dərəcəsində özbək rəqibi Feruza Erqaşevanı 10:0 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olmuşdur.
Mustafa Asım Turqut
Mustafa Asım Turqut (1870-1937) — Osmanlı İmperiyasının son dövründə xidmət edən türk siyasətçisi. == Həyatı == Mustafa Asım bəy 1870-ci ildə anadan olmuşdur. 1908-ci ildə II Konstitusiya monarxiyasının elanından sonra Stokholma səfir vəzifəsinə təyin edildi. 1908-ci ildən 1909-cu ilin fevral ayına kimi bu vəzifəni icra etdikdən sonra 1909-cu ildə Sofiyaya səfir təyin edildi. 1909 və 1911-ci ilin iyun ayları arasında bu vəzifədə xidmət etdi, 1911-ci ildə isə Xarici İşlər Naziri oldu. 1911-ci ilin oktyabr ayından 1912-ci ilin iyul ayına qədər bu vəzifədə təxminən bir il işləmişdir. == Birinci Dünya müharibəsindən sonrakı dövr == 1914-cü ilin yanvarından 1916-cı ilin fevralına qədər Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının Tehrandakı səfiri idi. Daha sonra isə, Vyanada səfir olan Mustafa Asım vəzifəsindən ayrıldıqdan sonra bir müddət Vyanada yaşamağa davam etdi. Respublikanın elanından sonra 1932-ci ildə Türkiyəyə geri döndü. 1937-ci ildə vəfat edən Mustafa Asım Turqut məşhur qadın üzgüçü olan Leyla Asım Turqutun atası idi.
Mənim adım qırmızı
Mənim adım qırmızı (Benim adım kırmızı) Nobel mükafatı sahibi Orxan Pamukun 1998-ci ildə yazdığı roman. == Mövzu == Mənim adın qırmızı romanında hadisələr 1591-ci ildə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda cərəyan edir. Saray xəttat və nəqqaşları gizlicə sultanın əmri ilə hazırlanan bir kitab üçün Avropa təsirli rəsmlər çəkillər. Romanın əsas qəhrəmanı sənətkarları evində saxlayan evin qızı Şeküre və ona aşiq olmuş xalası oğlu Karadır. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Mənim adım qırmızı romanının özünəməxsusluğu roman qəhrəmanlarının öz dilindən danışırlar, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar. == Başqa dillərdə == • "My Name is Red" : Erdağ M. Göknar, Nyuyork: Knopf, 2001 (İngiliscə). • "Mənim Adım Qırmızı"Türkcədən tərcümə edən Nəriman Əbdurrəhmanlı : [Bakı] 2007 (Azərbaycanca) • "Mon nom est Rouge" : Türkcədən tərcümə edən: Gilles Authier, Paris : Gallimard, 2001 (Fransızca). • "Rot ist mein Name" Türkcədən tərcümə edən: Ingrid Iren, Münih : Hanser, 2001 (Alman dili). • "Me llamo Rojo" Türkcədən tərcümə edən: Rafael Carpintero, Madrid, Alfaguara, 2003 ISBN 84-204-6618-2 (İspan dili).
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif Nəcəfov — Akif Nərimanov — Akif Xansultanlı — Akif Mirzəyev Akif Mirzəyev (aktyor) — aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının "Əməkdar artist"i.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Hakim
Hakim bu mənaları ifadə edə bilər: Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs. Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Dövlət başçısı və ya hakim — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Rakim
Uilyam Maykl Qrifin (ing. William Michael Griffin Jr.; 28 yanvar 1968, Nyu-York, ABŞ) — Amerikalı rep ifaçısı və Hip-hopun öncülərindən biri. Erik B. ilə hip-hopun qızıl dövrünün ən bilinən ikilisi olmaqla yanaşı, bütün zamanların ən istedadlı rep ifaçısı olaraq qəbul edilir. == Həyatı == Wyandanch, Long Island, Nyu-York da anadan olub. Rakimin uşaqlıq illəri Wyandanchda keçir. Burada o ayrıca rim bacarığını kəşf edir və özünü yetişdirir. Gənc yaşlarda Rep musiqisi ilə məşqul olmağa başlayır. Eric B. Rakimi Marley Marla "Eric B. is President" parçasının səsyazmasına aparır. Marley və Mc Shan Eriki tanısalar da Rakimin kim oldugunu bilmirdilər. Rakim o zamanlar orta məktəbi yeni bitirmişdi.
AKİS
Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri (AKİS) (ing. Integrated library system) — kitabxananın sifarişi və alınmasından tutmuş kitabxananın müştərilərinə kredit verilməsinə qədər kitabxana kolleksiyalarını izləmək üçün istifadə olunan kitabxana müəssisəsinin resurs planlaşdırılması sistemləri. Hər bir oxucu (ziyarətçi) və nümunə verilənlər bazasında AKİS-ə fəaliyyəti izləməyə imkan verən unikal identifikatora malikdir. Böyük kitabxanalar AKİS-dən kitabların və digər kolleksiyaların sifarişi və alışı, kataloqu, paylanması, materialların ehtiyatı və onların qaytarılmasını izləmək üçün istifadə edir. Kiçik kitabxanalar tez-tez bu xüsusiyyətlərdən bəzilərini istifadə edirlər. == Konsepsiyalar == Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin tərifi peşəkar vəzifələrin spektrinin aydınlaşdırılmasını tələb edir. Bu vəzifələrdən ənənəvi kitabxana texnologiyalarının avtomatlaşdırılmış texnologiyaları ilə əvəz edilməsi, əldə etməkdən başlayaraq müxtəlif istifadəçi xidmətləri ilə başa çatmaqda ön plana çıxır. Ənənəvi AKİS-in əsas elementi bütün funksiyaları ilə birlikdə elektron kataloqdur (EK). AKİS-də işləyərkən ənənəvi kitabxananın bütün xassələri çox dəyişmədən qorunur, ilk növbədə kolleksiyalar adi formada saxlanılır; EK-də tam mətnlərə, rəqəmlərə, audio və video materiallara keçidlər, həmçinin internet resurslarına keçidlər mövcuddur. Ənənəvi AKİS-nin əsas komponenti, konkret kitabxana baxımından istifadəçilərin kitabxana kolleksiyalarına ən rahat və adekvat çıxışını təmin edən kitabxana avtomatlaşdırma sistemidir (KAS).
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Kim
Kim (ad)
Hakim (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hakim (hüquq)
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Hakim Baxışov
Hakim Bəşirov
Hakim Cəfərov
Hakim Həsənov
Adil Bağırov (alim)
Adil Bağırov — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. == Həyatı == Adil Bağırov 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında "Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru" mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda "Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru" mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001–2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-nin Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cü ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-də qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hökumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ-Türkiyə Şəbəkəsi(USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir.
Adil Məmmədov (alim)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.