Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brifinq
Brifinq (ing. brief - qısa) — mətbuat nümayəndələrinin qısa yığıncağı. Belə toplantıda xüsusi səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır. == İctimaiyyətlə əlaqələr == KİV ilə iş aparıldıqda brifinq bir məsələyə həsr olunmuş qısa mətbuat konfransıdır. Rəsmi şəxslərin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü, rəsmi mövqenin ifadə edildiyi məqamda hər hansı bir problemlə bağlı qısa məlumat verilir(adətən, mətbuat konfransından fərqli olaraq, dəvət olunanların suallarına cavab vermədən). Mətbuat konfransından fərqli olaraq, təqdimat hissəsinin movcud olmaması ilə fərqlənir. Bundan başqa, brifinq qapalı xarakter daşıyır, ona yalnız əvvəlcədən müəyyən edilmiş KİV nümayəndələri dəvət olunur. == Aviasiya == Mülki və hərbi aviasiyada pilotların və uçuş ekipajlarının uçuşqabağı və ya uçuşdan sonrakı hazırlığının elementi. Brifinqdə lazımi meteoinformasiya çatdırılır, hava məkanından istifadəyə dair məhdudiyyətlər, prosedur aspektləri təkrarlanır, məlumatın çapı paylanır, uçuşların yerinə yetirilməsi üçün lazım olan məlumatların çapı paylanılır, həmçinin konsultasiya aparılır. Brifinqin formatı və həcmi Aviasiya fəaliyyətinin növündən asılıdır.
Qara Şlyapa Brifinqləri
Qara Şlyapa Brifinqləri– rəqəmsal özünümüdafiə ilə əlaqəli mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və akademiya ekspertləri Qara şlyapa brifinqləri konfransı üçün hər il Las Veqasda, Avropada və Asiyada toplaşırlar. Qara Şlyapa Brifinqləri 1997-ci ildə təşkil olunmuşdur. Konfransın təşkilatçısı və prezidenti Jeff Mossdur (The Dark Tanget kimi də tanınır). Qara Şlyapa Brifinqləri dünyanın ən qabaqcıl konfranslarından biridir. Qara Şlyapa Brifinqləri DEF CON konfransından əvvəl təşkil olunur. Qara Şlyapa Brifinqləri təhlükəsizlik konfransı kimi təhlükəsizlik sənayesi tərəfindən tanınır, lakin DEF CON qeyri-rəsmi konfransdır. Konfrans iki əsas hissədən ibarətdir: Qara Şlyapa Brifinqləri və Qara Şlyapa Təlimləri. Təlimlər müxtəlif kompüter təhlükəsizlik təchizatçıları və fərdi təhlükəsizlik mütəxəssisləri tərəfindən keçirilir. Brifinqlər tərs mühəndislik, şəxsiyyət və gizlilik və hacking daxil olmaqla müxtəlif mövzularda olur. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Frikinq
Frikinq (ing. phreaking) — telefon sisteminin necə işlədiyini bilmək hesabına qanunsuz yolla pulsuz şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq. Frikinq ictimai telefon şəbəkələrinə qoşulmuş avadanlıq və sistemlər kimi telekommunikasiya sistemlərini öyrənən, sınaqdan keçirən və ya kəşf edən insanların mədəniyyətinin fəaliyyətini təsvir etmək üçün yaradılmış jarqon termindir. "Phreak" termini ingiliscə telefon (phone) sözündəki "ph-" ilə "freak" sözünün birləşməsi nəticəsində yaranıb və telefon sistemini manipulyasiya etmək üçün müxtəlif audio tezliklərin istifadəsinə də aid ola bilər. Frik, frikçi və ya telefon friki frikinqdə iştirak edən şəxslər üçün və onlar tərəfindən istifadə edilən adlardır. Termin ilk olaraq uzun məsafəli zəngləri yönləndirmək üçün istifadə edilən tonlar sistemini tərsinə çevirmiş qruplar üçün istifadə edilirdi. Bu tonları yenidən yaratmaqla, friklər zəngləri telefondan dəyişə bilir və bunun sayəsində istənilən yerdən pulsuz zəng edə bilirlər. Mavi qutu kimi tanınan elektron ton generatorları bu tonların yaradılmasını asanlaşdırmaq üçün frikinq cəmiyyətinin əsas hissəsinə çevrildi. Bu icmaya gələcək Apple-in həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak daxil idi. Mavi qutu dövrü telekommunikasiya şirkətlərinə zəng yönləndirmə məqsədləri üçün diapazondaxili siqnaldan istifadəni dayandırmağa imkan verən kompüterləşdirilmiş telefon sistemlərinin getdikcə artan istifadəsi ilə sona çatdı.
Qrikinq
“Moltanı dili”, qrikinq (ing.greeking, ru.“китайская грамота”, грикинг) — 1. Ekrana verilərkən həddindən artıq kiçik olan və ya oxunmaz olan mətnin əks etdirilməsi üçün boz rəngli düzbucaqlıların və ya qondarma simvolların tətbiqi. Bu üsuldan, məsələn, masaüstü nəşriyyat sistemlərində istifadə olunur; belə ki, istifadəçi bir və ya iki səhifənin strukturuna baxmaq istəyir, ancaq verilmiş çözümlülükdə mətnin özünü dəqiq vermək mümkün olmur. 2. Qrafik mühitdə: sənədin strukturunu göstərmək üçün onun tərkibini nəzərə almadan maketdə qondarma mətndən istifadə edilməsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrifino
Qrifino 1945-ci ilə qədər (Qrefenhagen) - Polşada, Şetsindən 20 km cənubda, Odra çayından 3 km şərqdə və Almaniya ilə sərhəddə yerləşən şəhərdir. Kənd əvvəlcə balıqçılıq qəsəbəsi kimi yaranmışdır. Qreyfenhagen 1254-cü il martın 1-də Barnimin fərmanı ilə şəhər hüquqlarını aldı. 1653-1679-cu illərdə İsveç hakimiyyəti altında idi. 1877-ci ildə Qrifino ilə Şetsini birləşdirən bir dəmir yolu xətti çəkildi. 1930-cu ilə qədər şəhərdə dörd sənaye müəssisəsi var idi - kimya zavodu, sabun zavodu, konserv zavodu və keçə papaq fabriki. 1945-ci ilin martında "Vallonia"SS-nin 28-ci diviziyasının iştirakı ilə Qrayfenhagen yaxınlığında ağır döyüşlər başladı. İkinci Dünya Müharibəsinin sonunda 70% dağıdılan şəhər bütün Şərqi Pomeraniya ilə birlikdə Polşa dövlətinin tərkibinə daxil oldu. 1945-ci ildə Polşalı məcburi köçkünlər şəhərə gəlməyə başladılar. 1946-cı ildə Qrifinoda elektrik stansiyası, dəyirman və dəri zavodu tikildi, Polşa məktəbləri açıldı.
Ridinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Cenifer Breninq
Cenifer Breninq (alm. Jenifer Brening‎; d. 15 dekabr, 1996, Berlin, Almaniya) — Almaniya müğənnisi və reper. O, Cessika Muskat ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O, daha öncə Almaniyanın The Winner Is ... və Deutschland sucht den Superstar musiqi yarışmalarında da iştirak etmişdir.
Ridinq (Pensilvaniya)
Ridinq — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Berks əyalətində şəhər. 87.575 əhalisi olan bu şəhər Pensilvaniyada beşinci böyük şəhərdir. Ştatın cənub-şərq hissəsində yerləşir və Böyük Ridinq ərazisinin əsas şəhəridir. 2010-cu ilin siyahıyaalmasına görə, ölkə ərazisində yoxsul vətəndaşların ən yüksək payı Ridinq şəhərindədir. Son illərdə Ridinq velosipedlərin dayanaçağına çevrilmişdir. Şəhər Beynəlxalq Dağ Velosiped Assosiasiyasının Hərəkət Mərkəzidir və 2017-ci il sentyabr ayının 8-9-da Ridinq Redsport Festivalına ev sahibliyi etmişdir. Delavarlar hindliləri kimi tanınan Delavarlar Ridinq ərazisində məskunlaşan ilk xalq hesab olunurlar. Pensilvaniya koloniyası 1680-ci ildə yaradılmışdır və torpaq sahəsi İngiltərə kralı II Çarlesdən Uilyam Pennə hədiyyə edilmişdir. 120000 km2 -dən çox torpağa sahib olan bu hədiyyə onun atası Ser Uilyam Pennin şərəfinə adlandırılmışdır. Ridinq Filadelfiyadan 105 km şimaı-qərbdə Pensilvaniya ştatında yerləşir.
Hüseyn Arifin ev-muzeyi
Hüseyn Arifin ev-muzeyi — Azərbaycan şairi Hüseyn Arifin doğulduğu evdə ölümündən sonra yaradılmış muzey. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır. Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var. == Muzey haqqında == Hüseyn Arifin ev-muzeyi Ağstafa ilə Qazaх şəhərini birləşdirən magistral avtomobil yolunun sağ tərəfində yerləşir. Muzey Nazirlər Kabinetinin 24 noyabr 1992-ci il tariхli 692 saylı qərarına və Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tariхli əmrinə əsasən yaradılıb. Muzey 3 otaqdan ibarətdir. Burada 2000-ə yaхın eksponat qorunub saхlanılır.
Riding
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Titanic Rising
Titanic Rising — ABŞ müğənnisi Vayz Bladın dördüncü studiya albomu. 5 aprel 2019-cu ildə Sub Pop tərəfindən buraxılıb. Bütün mahnılar Natalie Mering (Weyes Blood) tərəfindən yazılmış və bəstələnmişdir.
Driving Miss Daisy
Xanım Deyzinin sürücüsü — Morgan Freeman, Jessica Tandy və Den Aykroydun baş rollarda oynadığı 4 Oskar nominasiyalı və 5 Oskar nominasiyasına da namizəd olmuş komediya-dram filmidir. == Süjet xətti == Miss Daisy Werthan (Jessica Tandy) 1950-ci illərdə yaxşı həyat sürən, lakin özünü heç vaxt zəngin görməyən və kasıb günlərini də heç vaxt unutmayan təvazökar yaşlı bir qadındır. O avtomobil sürməkdə bəzi problemlər yaşayır; başqalarının bağlarına girir, qəzaya düşür və s. Deyzinin keçmiş müəllim olan oğlu, Boolie (Dan Aykroyd) iş yerində bacarıqlarını gördüyü Hoke (Morgan Freeman) adlı bir adamı anasının sürücüsü olaraq işə götürür. Hokedən əvvəl onlarla yalnız İdellay (Ester Rolle) ilə işləmişdirlər. Lakin Daisy sürücü istəmir, çünki Hokenin çoxlu səhvlərə yol verdiyini və pis bir insan olduğunu düşünür. Onu dəfələrlə danlayır, onunla yola getmir. Nəhayət, Hoke Deysini yaxşı sürücü olacağına inandırır. Bu arada Daisinin bilmədiyi bir şey vardır ki, o da, gələcəkdə Hokeni çox sevəcəyidir.
Bring Me the Horizon
"Bring Me the Horizon" 2004-cü ildə İngiltərənin Sheffield şəhərinin Yorkshire bölgəsində bir neçə yerli metal qrupunun dağılışından yaranan detkor və metalkor musiqi qrupudur (2015-ci ildən etibarən rok qrupudur). Qrup özünəməxsus bu adını "Pirates Of The Caribbean" filmində "Jack Sparrow"un "Bring me that horizon" deməsi ilə almışdır. Qrup «that» kəliməsini «the» edərək orjinal hala gətirmişdir. Qrupun üzvləri bu şəxslərdir: Vokalist - Oliver Sykes , elektro gitarist - Lee Malia , bass gitarist - Matt Kean , zərbçi - Matt Nicholls , klavyeçi və DJ - Jordan Fish. Qrup əsasən metal musiqinin 2 növündə - Metalcore və Death metal (yaxud Deathcore) tərzlərində çıxış edir. "Bring Me the Horizon" qrupu ilk studiya albomunu 2006-cı ildə çıxarmışdır. Albomun adı "Count Your Blessings" olmuşdur. Albomda əsasən çıxış etdikləri 2 metal janrından (Metalcore və Deathcore) Deathcore önə çıxır. Bu albomdan sonra qrup bir neçə tanınmış metal qrupu ilə turnelərə çıxır. Əsas əks-sadə doğuracaq əlamətdar hadisə isə onların möhtəşəm metal qrupu Iron Maiden ilə turneyə çıxması olur.