AMAŞ

q.t. "Amaçur" adının qısaldılmış forması (çur-hərbi titul, sərkərdə).
AMAR
AMƏN
OBASTAN VİKİ
Vasili Amaşukeli
Vasili Yakovleviç Amaşukeli (gürc. ვასილ ამაშუკელი; 14 mart 1886, Kutaisi – 1 dekabr 1977, Tbilisi, SSRİ) — SSRİ rejissoru, operator, Gürcüstan SSR-nin xalq artisti.(1974) Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. İlk gürcü operatorudur. 1906-cı ildən Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə yaşamışdır. Əsasən sənədli filmlər çəkən Amaşukeli sonralar kinodan uzaq düşmüşdür. Bakı bazarlarının tipləri (film, 1907) (qısametrajlı sənədli film) Daş-kömür daşınması (film, 1907) (qısametrajlı sənədli film) Dəniz kənarında gəzinti (film, 1907) (qısametrajlı sənədli film) Neft buruqlarında iş (film, 1907) (qısametrajlı sənədli film) Neftin çıxarılması (film, 1907) (qısametrajlı sənədli film) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Əflatun Amaşov
Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri."Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Zaxari Amaşukeli
Zaxari Vasiliyeviç Amaşukeli (30 iyun (12 iyul) 1862, Rusiya imperiyası – 3 aprel 1942) — Rusiya imperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, onun süvari diviziyasının komandanı, AXC Hərb nazirliyi yanındakı Hərbi Şuranın üzvü, general-mayor (1917). Birinci Dünya müharibəsinin qəhrəmanlarından biri. Təhsilini Voronej kadet korpusunda almışdır. 1881-ci ildə Nikolayevskaya Kavaler Məktəbində siravı yunker rütbəsi ilə həm ali təhsil almış, həm də xidmət etmişdir. 12 sentyabr 1883-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmiş və kornet rütbəsi ilə 16-cı Tver draqun polkunun Qafqaz kavaler diviziyasında xidmət etməyə başlamışdır. 1885-ci ildə poruçik, 1891-ci ildə ştabs-rotmistr, 1899-cu ildə rotmistr, 1907-ci ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Birinci Dünya müharibəsinin başlanma ərəfəsində (1914) polkovnik rütbəsinə yüksəlmişdir. Birinci Dünya müharibəsində 16-cı Tver polkunun qərərgah zabiti kimi iştirak etməyə başlamışdır. 15 oktyabr 1916-cı ildə IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə tltif edilmişdir: [Medal verilir] ona görə ki, 11 iyul 1915-ci ildə Xanoğlu kəndi yaxınlığında düşmənin ağır tüfəng və pulemyot atışi altında alayın squadron bölməsinə komandanlıq edərək o, süvari hücumu təşkil etmiş, 3 xətti keçməyi bacarmış, düşmənin piyada hücumunun qarşısını almış və geri çəkilənləri təqib etmişdir. 1917-ci ildə II Revelskovo süvari sərhəd polkunun komandanı təyin edilmişdir.