American National Standards Institute (ANSI)

Amerika Milli Standartlar İnstitutu – sənaye dairələrinin maliyyələşdirdiyi bu təşkilat 1918-ci ildə ABŞ-da yaradılmışdır, məqsədi milli sənaye standartlarının yaradılması və onların ISO standartları ilə uzlaşdırılmasıdır.
Alert
AMTSO
OBASTAN VİKİ
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Ansi (rayon)
Ansi (fr. Annecy) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Savoyya. Suprefektura — Ansi. Rayonun əhalisi 2006-cı ildə 249,501 təşkil edirdi. Əhalinin sıxlığı — 198 nəf. / km². Rayonun sahəsi — 1262 km².
Ansi Aqolli
Ansi Aqolli (11 oktyabr 1982, Tirana) — albaniyalı futbolçu. "Nyu York Kosmos" futbol klubunun oyunçusudur. Albaniya millisinın kapitanı olmuşdur. Hazırda ABŞ-də peşəkar futbolçu və futbol məktəbi sahibi kimi fəaliyyət göstərir. Futbolçu "sol cinah müdafiəçisi" mövqeyində oynayır. == Klub karyerası == === Tirana === Aqolli karyerasına ölkəsinin Tirana klubunda başladı.Aqolli 5 il peşəkar şəkildə bu klubda oynadı.Bu müddətdə 2 dəfə Albaniya Superliqasının, 2 dəfə Albaniya Kubokunun, 3 dəfə Albaniya Superkubokunun çempionu oldu. === Neuxatel Ksamaks === İki il Tiranada keçirdikdən sonra Aqolli 2005-ci ilin iyul ayında İsveçrə klubu Ksamaksa transfer olundu. Aqolli 32 oyunda 4 qol vurdu. === Lyusern === Yeni mövsümdə Aqolli İsveçrə klubu Lyusernə transfer olundu.Lakin burada işlər yaxşı olmadı. Aqolli 2007-ci ilin yanvar ayında Finlandiya klubu VPS-a transfer olundu.
National Dastak
«National Dastak» — 20 dekabr 2015-ci ildən yayımlanmağa başlayan Hindistan veb telekanalı. Əksər hallarda mediya tərəfindən əhəmiyyət verilməyən məsələlərə toxunan telekanal Bahucan bölməsinə də geniş yer ayırır. Bavendra Prakaş bu telekanalın vebsayt redaktorudur. Şambu Kumar Sinx isə telekanalda müxbir və baş redaktor vəzifəsində çalışır. Youtube-da olan National Dastak kanalının 2 milyondan çox abunəçisi var. Kanal Hindistanda abunəçilər tərəfindən ən çox izlənilən on hind dilli YouTube xəbər kanalından biridir. «National Dastak» canlı reportajları, siyasi xəbərləri ilə tanınır. Telekanal Hindistanda marginal və zərər çəkmiş bölmələr üzrə sənədli filmlər və proqramlar seriyası hazırlayır. Kanalın vebsaytı 2017-ci il məlumatlarına əsasən, Hindistanın 25000 ən yaxşı vebsaytı arasında 1165-ci yerdə qərarlaşmışdır.
National Geographic
National Geographic Channel - ABŞ-nin Milli Coğrafiya Cəmiyyətinin istehsalı olan elmi filmlər translyasiya edən amerikan telekanalı. Kanalda həmçinin elm, təbiət, mədəniyyət və tarixə dair sənədli filmlər tez-tez yayımlanır. Kanalın siqnalı bu gün dünyanın 171 ölkəsində 38 dildə, o cümlədən rus dilində gecə-gündüz mövcuddur. Kanalın ümumi auditoriyası dünya üzrə 440 milyon evdir. 1997-ci ilin sentyabrında, National Geographic Channel Böyük Britaniyada, Avropada (AFR istisna olmaqla) və Avstraliyada yayımlara başlamışdır. 1998-ci ilin iyul ayında, National Geographic Channel, NBC Asia Channel əvəzləyən Star TV operator şəbəkəsində Asiyaya gəldi. Eyni şey, 1998-ci ildə Avropada NBC'nin sona çatması ilə baş verdi. Bu gün kanal 143-dən çox ölkədə, 160 milyondan çox ev üçün və 38 dildə mövcuddur. ABŞ-də National Geographic Kanalı 2001-ci ilin yanvarında National Geographic Cəmiyyətinin və Fox Entertainment Groupun birgə təşəbbüsü olaraq meydana gəlmişdir. 2004-cü il noyabrın 1-də Almaniyada da telekanal yayıma başladı.
National Mall
National Mall (ing. National Mall) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən milli parkdır. Milli Park Xidməti tərəfindən idarə olunur. Hər il təxminən 24 milyon insan ziyarət edir. Milli Xiyabanın əsasında layihə, XVIII əsrin sonlarında hazırlanmışdır. Pyer Şarl Lanfan, layihənin özü yalnız XX əsrin əvvəllərində həyata keçirildi. Milli Xiyabanın bütün məkanı əsas abidələrin yerləşdiyi zonalara bölünür. Hava mənzərəsindən baxıldığında, xiyabanda mərkəzində Vaşinqtonun bir heykəli, şimalda — Ağ Ev, şərqdə — Kapitol, cənubda — Tomas Cefferson memorialı, qərbdə — Avraam Linkoln heykəli yerləşir. Bu abidələr arasında parklar, muzeylər və ABŞ Nəbatat bağı yerləşir.
The National
The National (azərb. Milli‎) — 2014-ci ildə yaranmış Şotlandiya qəzetidir. Qəzet Şotlandiyanın iqtisadi-siyasi, sosial və mədəni həyatı barədə oxucuları məlumatlandırır. The National özünü "Şotlandiyanın müstəqilliyini dəstəkləyən qəzet" kimi təsvir edir və qəzətin başlığında Şotlandiyanın xəbəri var.
American Teen
American Teen — ABŞ müğənnisi Xalidin debüt studiya albomu. 3 mart 2017-ci ildə Right Hand Music Group və RCA Records tərəfindən buraxılıb.
National Biodiversity Network
Milli Biomüxtəliflik Şəbəkəsi (Böyük Britaniya) (MBŞ) 2000-ci ildə Birləşmiş Krallıqda yaradılmış,biomüxtəliflik haqqında məlumatı müxtəlif media vasitəsilə, o cümlədən MBŞ Atlas-ın məlumat axtarış veb-saytı vasitəsilə internetdə əldə etmək öhdəliyinə sadiq olan birgə müəssisədir. Böyük Britaniya və İrlandiyada 60.000-ə qədər insanın biomüxtəliflik məlumatlarını müntəzəm olaraq qeyd etdiyi təxmin edilir. Bu səylərin əksəriyyəti könüllüdür və 2000-ə yaxın milli cəmiyyət və qeyd sxemləri vasitəsilə təşkil olunur. Böyük Britaniya hökuməti öz agentlikləri vasitəsilə həmçinin biomüxtəliflik məlumatlarını toplayır və bu məlumatların birləşdirilməsi və şərhi üçün əsas elementlərdən biri Yerli Ətraf Mühitin Qeydləri Mərkəzlərinin şəbəkəsidir. 2012-ci ildə ən çox ianə toplayan Böyük Britaniyanın ən yaxşı 1000 xeyriyyə təşkilatı sırasına daxil edilmişdir. NBN Trust (tərcümə: MBŞ Güvən) - Şəbəkənin qurulmasını asanlaşdıran təşkilat - biomüxtəliflik məlumatlarının toplanması, birləşdirilməsi və mübadiləsi üçün razılaşdırılmış standartları dəstəkləyir və təkmilləşdirilmiş çıxışı təşviq edir. Hazırkı tərəfdaşlıq 200-dən çox ictimai və könüllü təşkilat və fərdi üzvlərdən ibarətdir. MBŞ Atlas hazırda 900-dən çox müxtəlif məlumat dəstindən 230 milyondan çox növ qeydinə malikdir (Sentyabr 2020). NBN Atlas-dakı məlumatlara Böyük Britaniya, Şimali İrlandiya və İnsan Adası vəhşi təbiəti ilə maraqlanan hər kəs daxil ola bilər və müxtəlif interaktiv alətlərdən istifadə etməklə paylama xəritələrinə baxmağa və məlumatların endirilməsinə imkan verdiyi üçün müxtəlif səviyyələrdə axtarış edilə bilər. . Xəritələr tarix diapazonuna görə fərdiləşdirilə bilər və növlərin paylanmasındakı dəyişiklikləri göstərə bilər.
National Historic Landmark
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
National Pearls (albom)
National Pearls - Azərbaycan musiqiçisi Qara Dərvişin 2015-ci ildə işıq üzü görən ilk albomu.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
American Broadcasting Company
American Broadcasting Company (ABC) — Amerikada yaranmış və Disney–ABC Television Group-un nəznində fəaliyyət göstərən İngilis dilli kommersiya yayım kanalıdır. 2007-ci ildə ABC Radio Citadel Broadcasting şirkətinə satıldıqdan sonra kanal öz yayımını azaltdı və televiziya verlişləri və serialları kanalına keçdi. == Tarixi == ABC ilk dəfə olaraq 12 oktyabr 1943-cü ildə radio studiyası kimi açılıb və Edvard Nobl tərəfindən alınmış NBC Blue Network kompaniyası ilə əvəzləndi. Hazırda ABŞ-də ən böyük kanallardan biridir. == Şüarları == The New ABC (1963–64) Wild World of Entertainment (1964–65) Turn on the Excitement! (1965–66) Seven Nights to Remember (1966–67) A Very Special Reason (1967–68) Find Your Own Thing (1968–69) Meet Us in September (1969–70 Let’s Get Together (1970–71) This is the Place to Be (1971–74) You & Me and ABC/What You See on ABC This Fall/Hello, America (1974–75) Welcome to the Bright New World of ABC (1975–76) Let Us Be the One (1976–77) Still the One (1977–78) and (1979–80) We’re the One! (1978–79) You & Me and ABC (1980–81) Now is the Time, ABC is the Place (1981–82) Come On Along with ABC (1982–83) That Special Feeling (1983–84) We’re With You on ABC (1984–85) You’ll Love It! (1985–86) Together (1986–87) Something’s Happening (1987–90) America’s Watching ABC (1990–92) It Must Be ABC (1992–93) Watched by more people than any other network (1993–94) The American Broadcasting Company (1994–95) Get with the Program!
American General Center
American General Center — Texas ştatının Hyuston şəhərində yerləşən bir neçə ofis binasından ibarət olan kompleksdir. Binada 42 mərtəbə var, hündürlüyü 180 metrdir. Tikintisi 1983-cü ildə başa çatmışdı. Şəhərdə hündürlüyünə görə 19-cu yeri tutur.
American Motors Corporation
American Motors Corporation (AMC) — 1954-cü ildə Nash-Kelvinator Korporasiyası və Hudson Motor Avtomobil Şirkətinin birləşməsi ilə qurulmuş amerikan avtomobil şirkəti olmuşdur. Bu ittifaq həmin dövr üçün amerikan tarixində ən böyük korporativ birləşmə olmuşdur. AMC-nin Chrysler şirkətinə satılması ilə bağlı danışıqlara 1985-ci ildə başlanmış, 1987-ci ilin 9 mart tarixində Chrysler AMC-nin Renault aksiyalarını, həmçinin yerdə qalan bütün aksiyalarını 1.5 milyard ABŞ dolları müqabilində satın almışdır. == AMC sərnişin maşınları == Subkompakt 1955–1962: Metropolitan* 1970–1978: AMC Gremlin** 1979–1983: AMC Spirit 1981–1983: AMC Eagle (SX/4 və Kammback) 1983–1987: Renault Alliance – Renault 9 bazasında. 1984–1987: Renault Encore – Renault 11 bazasında. * – Metropolitan modeli Nash tərəfindən 1954-cü ildə təqdim olunub. ** – Gremlin şirkətin ilk müasir subkompakt modelidir. Kompakt 1955–1956: Nash Rambler/Hudson Rambler 1957: Rambler Six/Rambler Rebel 1958–1969: Rambler American/AMC Rambler 1968–1970: AMC AMX 1968–1974: AMC Javelin 1970–1977: AMC Hornet 1975–1980: AMC Pacer 1978–1983: AMC Concord Krossover 1980–1988: AMC Eagle Orta ölçülü 1958–1960: Rambler Six/Rambler Rebel 1961–1966: Rambler Classic 1958–1964: Rambler Ambassador (1958–1962 həmçinin "Ambassador by Rambler" adlanır) 1965–1966: Rambler/AMC Marlin 1967–1970: Rambler/AMC Rebel 1971–1978: AMC Matador Tam ölçülü 1955–1956: Hudson Wasp 1955–1956: Nash Statesman 1955–1957: Hudson Hornet 1955–1957: Nash Ambassador 1965–1974: Rambler/AMC Ambassador 1967: AMC Marlin 1988–1992: Eagle Premier == Kolleksiya yararlılıq == AMC-nin bəzi modelləri hobbiçilər tərəfindən kolleksiya ediləbilən hesab olunur, bu siyahıya Javelin, AMX, həmçinin 1957 Rambler Rebel, 1965–67 Marlin, 1969 Hurst SC/Rambler, 1970 Rebel Machine və 1971 Hornet SC/360 aid edilir. Bu modellərin istehsalı az məşhurluq tapdığına görə məhdud sayda buraxılmışdır. === Hot Rod Magazine bərpa haqqında 1 aprel zarafatı === 2008-ci ilin aprel ayında Hot Rod Magazine jurnalı məqalə buraxaraq American Motors şirkətinin bərpa olunacağı barədə xəbər yaymışdır.
American Music Award
American Music Award (AMA) — ABŞ-də ən əsas musiqi mükafatlarından biridir. American Music Awards — 1973-cü ildə, Grammy mükafatına alternativ olaraq, Dik Klark tərəfindən təsis edilib. Mükafat internet-səsvermənin nəticələri əsasında təqdim edilir. Hesab edilir ki, bu cür seçim hər bir ifaçının məşhurluğunun real səviyyəsini ən obyektiv şəkildə əks etdirir. Namizədlər disklərinin satış göstəriciləri, videokliplərinə baxış, qastrol və konsertlərin sayına, həmçinin sosial şəbəkələrdə fəallıqlarına əsasən müəyyən edilir. American Music Awards mükafatı pop-rok, soul/R&B, kantri, rep-hip/hop və ümumilikdə, səkkizdən artıq musiqi janrı üzrə təqdim edilir.
North American Aviation
North American Aviation (NAA), mərkəzi qərargahı ABŞ-də yerləşən təyyarə istehsalı ilə məşğul olan şirkət idi. 1928-ci ildə yaradılıb, 1967-ci ildə North American Rockwell şirkətinin bir parçası olmuşdur. Hal-hazırda Boeing şirkətinin bir parçasıdır.
Shelby-American Inc
Shelby America; 1962-ci ildə Carroll Shelbynin əfsanəvi 289 Cobra modelini buraxmasıyla ortaya çıxan markadır. 1964-cü ildə Carroll Shelbynin standart bir Ford Mustangı yüksək performanslı bir maşın halına gətirmək istəyi, müasir dövrün Amerikan kult “Hot Road” maşınlarından biri hesab olan Shelby Mustang GT 350-in yaradılmasına səbəb olmuşdur. GT 350, 1965, 1966 və 1967-ci illərdəki Amerika SCAA yarışlarında birinci yeri qazanmışdır. Bu gün Ford və Shelby şirkətləri müştərək işləyirlər. Ən məşhur məhsulları olan Mustang GT, Amerikanın ən populyar idman avtomobillərindən biridir. Ford və Shelby tərəfdaşlığı, Fordun əfsanəvi modeli “GT”-nin dirilməsində böyük rol oynamışdır. Shelbinin istehsal etmiş olduğu ən sonuncu avtomobil Ford Shelby Cobra olmuşdur.
American Music Awards
American Music Award (AMA) — ABŞ-də ən əsas musiqi mükafatlarından biridir. American Music Awards — 1973-cü ildə, Grammy mükafatına alternativ olaraq, Dik Klark tərəfindən təsis edilib. Mükafat internet-səsvermənin nəticələri əsasında təqdim edilir. Hesab edilir ki, bu cür seçim hər bir ifaçının məşhurluğunun real səviyyəsini ən obyektiv şəkildə əks etdirir. Namizədlər disklərinin satış göstəriciləri, videokliplərinə baxış, qastrol və konsertlərin sayına, həmçinin sosial şəbəkələrdə fəallıqlarına əsasən müəyyən edilir. American Music Awards mükafatı pop-rok, soul/R&B, kantri, rep-hip/hop və ümumilikdə, səkkizdən artıq musiqi janrı üzrə təqdim edilir.
National Geographic Azərbaycan (jurnal)
National Geographic Azərbaycan — 2014-cü ildən 2015-ci ilə qədər fəalliyyət göstərmiş Azərbaycan jurnalı.
American Life (Madonna albom)
American Life Madonnanın doqquzuncu studiya albomu. 22 aprel 2003 ildə Maverick Records tərəfindən nəşr olundu və Warner Bros Records tərəfindən dağıdıldı.
American McGee’s Alice
American McGee’s Alice (azərb. Alisa: Amerikan Makgi‎) - "Rogue Entertainmente" oyun şirkəti tərəfindən 2000-ci ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xəttinin ardını 2009-cu ildə istehsal olunan Alice: Madness Returns videooyunu davam etdirir.
North American A-27
North American A-27 (Azərbaycanca: Şimali Amerika A-27), North American T-6 Texan döyüş təyyarəsinin hücum versiyasıdır, Taylandda yüngül hücum təyyarəsi kimi istifadə edilmişdir.
North American X-10
North American X-10, Bell X-9 Shrikedən sonra əldə edilən uçuş məlumatlarından sonra davam edən test proqramı. Proqramın məqsədi pilotsuz uçuş texnologiyası, müasir döyüş raketi köməkçisi proqramı və texnologiyasını inkişaf etdirməkdir.
North American X-15
X-15 A, çox yüksək hündürlüklərdə işləyə bilən, pilotlu, raketlə işləyən, hipersonik bir tədqiqat vasitəsidir. Bu vasitə; Boeing B-52 Stratofortress təyyarəsindən havada buraxılır və eniş nöqtəsinə göndərilir. Onun sürəti təqribən 6.7 Max (7200 km/saat) təşkil edir. NASA, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Dəniz Qüvvələri və North American Aviation aviasiya şirkətinin birgə proqramı nəticəsində çox yüksək sürətlə və çox yüksək yüksəkliklərdə insan və maddi amillər haqqında məlumat toplamaq üçün hazırlanmışdır. İlk uçuşunu 8 iyun 1959-cu ildə (B-52 daşıyıcı təyyarəsindən buraxılıb süzülərək) motorsuz etdi və motorlu olaraq ilk uçuşunu 17 sentyabr 1959-cu ildə həyata keçirmişdir. Cəmi 3 ədəd istehsal edilən bu təyyarə 22 avqust 1963-cü ildə yerdən 107 kilometr yüksəklikdə uçaraq hündürlük; 3 oktyabr 1967-ci ildə səs sürətini 6,7 dəfə (7200 km/ saat) üstələyərək sürət rekordlarını qırmışdır. 2004-cü ildə onun rekordunu NASA X-43 təzələmişdir. X-15 proqramı, Gemini layihəsi, Merkuri layihəsi, Apollon proqramı və kosmik servis kimi idarə olunan kosmik uçuş proqramları üçün hipersonik hava axını, aerodinamik istiləşmə, hipersonik sürətdə nəzarət və sabitlik, atmosferə nəzarət kimi mövzularda çox əhəmiyyətli məlumatlar verdi. Proqram 24 oktyabr 1968-ci ildə son uçuşu ilə başa çatdı. Təyyarəni idarə etmiş 12 pilot arasında Neil Armstrong kimi astronavtlar olmuşdur.