ANAŞ

(Xanlar)
hər işdən baş çıxaran, hər biclik və əməl bilən. – Haşım kimi bu aralarda anaş kişi yoxdu
ANAMƏYQURDAVERMƏ
ANAŞDAQARNA
OBASTAN VİKİ
Gennadi Anaşkin
Gennadi Vladimiroviç Anaşkin (17 dekabr 1968, Kuybışev) — rusiyalı hərbi xadim. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsinin 8-ci qvardiya ümumqoşun ordusunun komandirinin müavini, general-leytenant (2021). Rusiya Federasiyasının Qəhrəmanı (05.09.2008). == Həyatı == Gennadi Vladimiroviç Anaşkin 17 dekabr 1968-ci ildə Kuybışev (indiki Samara) şəhərində anadan olmuşdur. 1987-ci ilin iyununda Sovet Ordusu sıralarına çağırılmış, Almaniyada Sovet Qüvvələri Qrupunda xidmət etmişdir. 1989-cu ilin avqustunda Ryazan Ali Hava-Desant Komandanlığı Məktəbinə daxil olmuş, bundan sonra 1993-cü ildə 337-ci Qvardiya Hava-Desant Alayında xidmətə göndərilmişdir (104-cü Qvardiya Hava-Desant Diviziyası, Ulyanovsk). Həmin ilin avqust ayından orada paraşüt-desant tağımının komandiri təyin edildi. 1994-cü ilin avqustunda komandirin müavini, 1995-ci ilin iyulunda isə eyni alayda hava-desant bölüyünün komandiri təyin olundu. 1998-ci ilin aprel ayından etibarən komandanlıq etdiyi 116-cı paraşütçü-desant taborunda (31-ci qvardiya hava-desant briqadası, Ulyanovsk) xidmət etmişdir. 1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər Gennadi Vladimiroviç Anaşkin keçmiş Yuqoslaviyada ezamiyyətdə olmuş və burada Bosniya və Herseqovina Respublikasında Sülhməramlı Qüvvələrin bir hissəsi olan hava taboruna komandanlığı yerinə yetirmişdir.
İvan Anaşkin
İvan Anaşkin (tam adı: İvan İvanoviç Anaşkin, 1880, Tambov quberniyası -1938) — fəhlə hərəkatı iştirakçısı. İvan Anaşkin Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır. 1901-ci ildə Bakıya gəlmiş, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) və Bakı fəhlə deputatları sovetinin üzvü olmuşdur. 1917-ci il Fevral inqilabından sonra bir sıra vəzifələrdə çalışmışdır: RSDFP-nin bolşevik Bakı komitəsinin üzvü Qırmızı hərbi drujinanın üzvü Bakının Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri Bakı Fəhlə Konfransı rəyasət heyətinin üzvü 1919-cu ilin aprelində Zaqafqaziya həmkarlar ittifaqları ölkə şurasının sədri, həmin ilin mayında RK(b)P Qafqaz ölkə komitəsinin üzvü seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət əleyhinə geniş pozuculuq fəaliyyəti göstərmişdir. Belə ki, Azərbaycan Hökumətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil etmiş, fəhlələri Hökumətə qarşı itaətsizliyə çağırmışdır. Bununla əlaqədar, dəfələrlə həbs olunmuşdur. 1920-ci ilin yazında Moskvaya, III Ümumrusiya Həmkarlar İttifaqları Qurultayına nümayəndə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat işlərində çalışmış, 1928-ci ildən AK(b)P MK-nın Mərkəzi Nəzarət Komissiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik üzrə institutun direktoru işləmişdir.

Значение слова в других словарях