andlı iclasçı

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir

anderrayter
andlı iclasçılar kollegiyası
OBASTAN VİKİ
Andlı iclasçı
Andlı iclasçı və ya jüri — qanunvericiliklə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, qanunla nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir. == Azərbaycanda == Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxs idi. Andlı İclasçılar Kolleqiyası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum idi. 2014-cü ildə Milli Məclisin qərarı ilə ləğv edilib. 2015-ci ildə Azərbaycan Prezidenti bu barədə müvafiq fərman imzalayıb. == Həmçinin bax == Müdafiəçi (hüquq) Arbitraj (hüquq) == İstinadlar == == Xarici keçidlər == Kamil Həmzəoğlu. ""Məhkəmələrdə işlərə baxılmasının keyfiyyəti məni qane etmir"". 525.az. "Andlılar məhkəməsi haqqında nəyi bilməlisən? – QvemoQartli.ge" (az.).
Andlı öhdəlik
"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş. == Haqqında == 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. "Andlı öhdəliyə" əsasən: Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. == Mənbə == Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.
Andlı öhdəlik (1803)