ANSI

American National Standards Institute Amerika Milli Standartları İnsititutu
Analytical attack
Anti-jam
OBASTAN VİKİ
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Ansi (rayon)
Ansi (fr. Annecy) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Savoyya. Suprefektura — Ansi. Rayonun əhalisi 2006-cı ildə 249,501 təşkil edirdi. Əhalinin sıxlığı — 198 nəf. / km². Rayonun sahəsi — 1262 km².
Ansi Aqolli
Ansi Aqolli (11 oktyabr 1982, Tirana) — albaniyalı futbolçu. "Nyu York Kosmos" futbol klubunun oyunçusudur. Albaniya millisinın kapitanı olmuşdur. Hazırda ABŞ-də peşəkar futbolçu və futbol məktəbi sahibi kimi fəaliyət göstərir. Futbolçu "sol cinah müdafiəçisi" mövqeyində oynayır. Aqolli karyerasına ölkəsinin Tirana klubunda başladı.Aqolli 5 il peşəkar şəkildə bu klubda oynadı.Bu müddətdə 2 dəfə Albaniya Superliqasının, 2 dəfə Albaniya Kubokunun, 3 dəfə Albaniya Superkubokunun çempionu oldu. İki il Tiranada keçirdikdən sonra Aqolli 2005-ci ilin iyul ayında İsveçrə klubu Ksamaksa transfer olundu. Aqolli 32 oyunda 4 qol vurdu. Yeni mövsümdə Aqolli İsveçrə klubu Lyusernə transfer olundu.Lakin burada işlər yaxşı olmadı. Aqolli 2007-ci ilin yanvar ayında Finlandiya klubu VPS-a transfer olundu.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Ansibl
Ansibl – anlıq və ya işıqdan sürətli kommunikasiya üçün istifadə olunan uydurma texnologiya. Elmi fantastika ədəbiyyatının mövzularından biridir. "Ansibl" sözü və cihazı ilk dəfə Ursula Le Quin tərəfindən "Rokannonun dünyası" (1966) əsərində işlədilmişdir. Buna baxmayaraq, ulduzlararası sürətli kommunikasiya texnologiyası ideyası Ayzek Azimovun "Fond" seriyasında da öz əksini tapmışdır. Cihaz Ursula Le Quinin "Hayn dairəsi" romanlarında tez-tez istifadə olunmuş, işıqdan sürətli səyahət texnologiyasına malik olmayan ulduzlararası federasiyasının administrasiyasına kömək etmişdir. Yazıçının "Mülksüzlər" (1974) əsərində ansibl cihazının ixtirasına gətirib çıxaran nəzəri işlərin müəllifi olan bir alimin hekayəsi nəql olunur. Ansibl bir çox hekayənin mümkünlüyünə səbəb ola bildiyi üçün Orson Skott Kard, Den Simmons və Vernor Vinc kimi bir çox elmi fantastika yazıçısı tərəfindən istifadə olunmuşdur. Bəzi yazıçılar bənzər kommunikasiya cihazlarını fərqli adlarla təqdim edərək əsərlərində istifadə etmişdirlər. Booker, M. Keith. Historical Dictionary of Science Fiction in Literature (ingiliscə).
Ansidei Madonna
Madonna Ansidey (it. Pala Ansidei) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1507-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Ansidey" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərindəki Milli sərgi salonunda saxlanılır.
Ansiferov adası
Ansiferov adası (Sirinki-to) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada sönmüş vulkanın krateridir. Maksimal hündürlüyü 761 metr təşkil edir (Ansiferov vulkanı). Adanın sahil xəttinin uzunluğu 12 km təşkil edir. XXI əsrin əvvəllərində adada yaşayış yoxdur. Adanın hazırkı toponimi Danila Yakovleviç Ansiferovun şərəfinə adlandır. Şərqdən Paramuşir adasından eni 12 km olan Lujin boğazı ilə ayrılır.
Ansiklopediya
Ansiklopediya (ing. Uncyclopedia) — əyləncə məqsədilə qurulmuş və Vikipediyanın parodiyası sayılan online satirik ensiklopediya. Format olaraq Vikipediyaya çox bənzəsə də məqalələri oxuduqca əyləncə xarakterli olduğu anlaşılır. Ansiklopediya 5 yanvar 2005-ci ildə qurulmuşdur. Ansiklopediya müxtəlif dillərdə fəaliyyət göstərir və hər dildə öz adı vardır. Ən çox məqaləyə sahib İngilis Ansiklopediyadır (30.000 məqalə). İkinci 10.000 məqalə ilə portuqal Deskiklopediyadır. Ansiklopediyanın loqosu Vikipediyanın loqosuna bənzəsə də, kartof formasındadır. İlk Ansiklopediyadır. 5 yanvar 2005-ci ildə qurulmuşdur.
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. Ansion — Vukipediya saytında.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Madonna Ansidey
Madonna Ansidey (it. Pala Ansidei) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1507-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Ansidey" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərindəki Milli sərgi salonunda saxlanılır.
TDV İslâm Ansiklopedisi
Türkiyə Dəyanət Vəqfi İslam Ensiklopediyası (türk. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi), həmçinin qısa olaraq TDV İslam Ensiklopediyası (türk. TDV İslam Ansiklopedisi) və ya sadəcə İslam Ensiklopediyası (türk. İslam Ansiklopedisi) — Türkiyə Dəyanət Vəqfi tərəfindən 1988–2013-cü illərdə, həmçinin 2016-cı ildə iki əlavə cildlə nəşr edilmiş türk dilində çoxcildli elmi ensiklopediya. "TDV İslam Ensiklopediyası"nın məzmununda islam dünyasının bir çox sahələrinə, o cümlədən bir elm olaraq islamşünaslığa aid məqalələr, islam mədəniyyəti və sivilizasiyası ilə bağlı terminlər, islam dünyasının mühüm şəxsiyyətləri, müsəlmanların həyatına təsir edən əsərlər yer almışdır. Ensiklopediya 44 əsas və iki əlavə cilddən, o cümlədən müxtəlif bilik sahələrinə aid 16,915 məqalədən ibarətdir. Bütün ensiklopediya məqalələri onun rəsmi saytında tam şəkildə onlayn mövcuddur. "TDV İslam Ensiklopediyası"nın transliterasiya sistemi türk-osmanlı mətnlərinin transliterasiyası üçün şərqşünaslıqda faktiki standarta çevrilmişdir.
David Ansillon