ANTİOKSİDANTLAR
ANTİPARALEL
OBASTAN VİKİ
Antioksidləşdiricilər
Antoksidləşdiricilər -anti-yunanca: qarşı,əksinə,əleyhinə (antioksidantlar, oksidləşmə inhibitorları) – üzvi birləşmələrin oksidləşməsini ləngidən təbii və ya sintetik, orqanizmdə sərbəst radikalları məhv edən maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir. Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı artır. == Oksidləşmə prosesi == Oksidləşmə prosesi məhsulların xarab olmasına, polimerlərin mexaniki davamlığının azalmasına , rənginin dəyişməsinə, yanacağın qatranlaşmasına , turbin, transformator və digər sürtkü yağlarında üzvi turşu, şlam və s. əmələ gəlməsinə səbəb olur.

Значение слова в других словарях