anılmaq
anış 2021
OBASTAN VİKİ
Anım Günü (Azərbaycan)
Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. == Tarixi == 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. == Anım Gününün təsis edilməsi == Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir.
Anım Günü (ABŞ yaponları)
Anım Günü (追憶の日, Tsuioku no hi) – İkinci Dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiyasının xatirəsini anma günü. Hər ilin 19 fevral tarixində ABŞ yaponları tərəfindən qeyd olunur. ABŞ prezidenti Franklin Ruzvelt 19 fevral 1942-ci ildə 9066 saylı qərarnaməni imzalamış və bu sənəd ABŞ yaponlarının internasiyası üçün hüquqi əsas olmuşdur. == Tarixi == === İlk tədbir === İlk Anım Günü 25 noyabr 1978-ci ildə Sietl şəhərinin yerli yaponəsilli sakinləri tərəfindən keçirilmişdir. Məqsəd internasiya qurbanları üçün kompensasiyanın ödənilməsi və hökumətin üzr istəməsi məsələlərində medianın diqqətini cəlb etmək və ictimai dəstəyi qazanmaq idi. Çinəsilli ABŞ aktivisti Frenk Çinin təşəbbüsü ilə təşkilatçılar Anım Gününü fevral yox, noyabr ayında keçirilməsinə qərar vermişdilər. Fren Çin film prodüseri Frenk Abe, Yaponəsilli Amerikalılar Vətəndaş Liqası üzvü Henri Miyatake və digərləri ilə əməkdaşlıq edərək Anım Gününün tədbirlərini planlaşdırılmışdır. 2000-dən çox iştirakçı Siks stadionunda görüşərək 1942-ci ildə yaponəsilli amerikalıların toplanıldığı keçmiş Harmoniya düşərgəsinə yürüyüş etmişdirlər. İştirakçılar 1942-ci ildə internasiya olunmuş şəxslərin taxdıqlarına oxşar olan sarı etiketlər taxmışdılar. Monika Sone, Qordon Hirabayaşi, Şosuke Sasaki, aktyor Pat Morita kimi şəxslər tədbirdə çıxış etmişdirlər.
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi