Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qubkin
Qubkin — Rusiya Federasiyasının Belqorod vilayətində şəhər.
Qıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Qıbrız
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Nizkiy adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Qibli muzeyi
Qibli muzeyi (三鷹の森ジブリ美術館, Mitaka no Mori Jiburi Bijutsukan, Mitaka Meşəsi Qibli Muzeyi) – Yaponiya animasiya studiyası Studio Ghibli-nin işlərinə həsr olunmuş muzey. Yaponiyanın Tokio şəhərinin qərbində yerləşən Mitaka şəhərindəki İnokaşira parkında yerləşir. Muzey kompleksi uşaqlar muzeyindən, texnologiya muzeyindən, təsviri incəsənət muzeyindən ibarətdir və animasiya incəsənəti ilə texnikasına həsr olunub. Muzeydə "Qonşum Totoro" (1988) animesindən Kotobusun replikası, kafe, kitab mağazası, terras bağı və Studio Ghibli filmləri üçün xüsusi teatr var. Muzeyin açılması ilk dəfə 1998-ci ildə planlaşdırılmışdır. Tikinti işləri 2000-ci ilin martında başlamış, muzey 1 oktyabr 2001-ci ildə açılmışdır.Muzeyin içində şəkil və video çəkmək qadağandır, muzey rəbərliyi bunun səbəbini muzeyin "nağıl dünyasına portal" olması ilə əlaqələndirir. Hayao Miyazaskinin məqsədi insanların muzeyi gözləri və qulaqları ilə təcrübə etmələrini təmin etməsidir. Muzeyin şüarı Hayao Miyazaki tərəfindən yaradılıb və "Gəlin birlikdə itək" şəklindədir. == Giriş == Muzeyə biletləri ancaq girişdə almaq olar. Honkonqda, Tayvanda, Koreyada, Şimali Amerikada, Avropada və Avstraliyada biletləri LAWSON onlayn bilet mağazası ilə qabaqcadan rezerv etmək olur.
Qibti dili
Qibti dili — Misir dilinin inkişafının axırıncı mərhələsi. Misir xristianlarının kilsələrində işlədilən dili. Beş əsas dialektə bölünür: said, axim, subaxim, fayüm, və boxar. == Mənbə == А.И.Еланская. Коптийский язык.
Qibti təqvimi
Qibti təqvimi — Qibtilərin istifadə etdiyi bir 12 aylıq təqvimdir. Misir təqviminə əsaslanır. Ayları və illəri Efiopiya təqvimiylə toqquşmasına qarşılıq fərqli ad və rəqəmlər səbəbiylə bu təqvimlər qarışdırılmır.
Qibti əlifbası
Qibti əlifbası — qibti dilinin əlifbası.
Dikiy Kamen adası
Dikiy Kamen adası (fin Satasilmä) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Hündürlüyü 6 metr olan qayalıqdan ibarətdir. Üzərini iynəyarpaqlı meşələr örtmüşdür. Kozlinı və Martinsaari adaları arasında yerləşir. 1920–1940-cı illərdə ada Finlandiyaya məxsus olmuşdur.
Qibti Pravoslav Kilsəsi
Qibti Pravoslav Kilsəsi (qibt. Ϯⲉⲕ̀ⲕⲗⲏⲥⲓⲁ ⲛⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ⲛⲟⲣⲑⲟⲇⲟⲝⲟⲥ) — Misirdə avtokefal antixalkidon kilsə. Kilsə təxminən 400 icmadan ibarətdir. Onların əksəriyyəti Misirdə, qalanı isə Misir diasporundadır.
Nizkiy adası (Laptevlər dənizi)
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 8 metrdir. Naydyonış adasından 900 m şimalda, Oktyabr İnqilabı adasından 4,2 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,5 km təşkil edir. Sahilləri düzdür. Burada üç şirinsulu göl vardır. Bunlardan ikisi şimal, biri isə cənub sahillərinə yaxın yerləşir.
Quzey Qıbrıs Türk Cümhuriyyəti
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Müqəddəs Mark qibti ortodoks kafedralı
Müqəddəs Mark qibti ortodoks kafedralı (ərəb. كاتدرائية القديس مرقس القبطية الأرثوذكسية‎) - Misirin paytaxtı Qahirə şəhərində yerləşən Qibti Ortodoks kilsəsinə daxil olan kafedral. Kafedral Qahirə şəhərinin Abasiyyə rayonu ərazisində yerləşir və Misirdə yaşayan qibtilərin əsas dini məbədi hesab olunur. Müqəddəs Mark qibti ortodoks kafedralı 1968-ci ildə istifadəyə verilmişdir. 2016-cı ilin 11 dekabr tarixində kafedral yaxınlığında törədilmiş terror hücumu nəticəsində 25 nəfər həlak olmuş, 50 dən çox şəxs isə yaralanmışdır.
Qibti kafedralına terror hücumu (Qahirə, 2016)
Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية‎) — Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu. Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb. Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur. Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.
Hayat Rüya Gibi (Göksel albomu)
Hayat Rüya Gibi – Göksel-in 2010-cu ildə çıxardığı albomdur.