Arschloch
Arsenal
OBASTAN VİKİ
Arsen
Arsen (As) və ya Sıçanotu – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşf etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur.
Arsen Lupen
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Arsen Lupin
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Arsen Marabdalı
Arsen Marabdalı (gürc. არსენა მარაბდელი; Arsena Marabdeli) — Gürcüstan yazıçısı Mixeil Cavaxişvilinin romanı. Romanın ilk hissəsi 1926-cı ildə Mnatobi jurnalında nəşr olunub. Yazıçı bu romanını yeddi ilə yazıb (1926-1933) və sağlığında kitab halında çap elətdirib. XIX əsrin başlanğıcında Gürcüstandakı sosial problemlərdən bəhs edən bu roman yazıçını ən yaxşı əsərlərindən sayılır.
Arsen Venger
Arsen Venger (22 oktyabr 1949, Strasburq) — fransalı baş məşqçi
Arsen Əmiryan
Arsen Əmiryan (erm. Արսեն Ամիրյան; 10 noyabr 1881, Bakı – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında "Bakı fəhləsi" qəzetinin redaktoru Arsen Əmiryan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Arsen Ağcabəyov
Arsen Ağcabəyov— Azərbaycan Premyer Liqasında Şamaxıda müdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Karyerası == 15 fevral 2020-ci ildə Ağcabəyov Azərbaycan Premyer Liqasında "Sumqayıt"la "Sabah" oyununda debüt etdi.
Arsen Lupen: Centlmen oğru
Arsen Lupen: Centlmen oğru (fr. Arsène Lupin, gentleman-cambrioleur) — Moris Lebank tərəfindən yazılmış Arsen Lupenin sərgüzəştlərindən bəhs edən kitab seriyasının birinci kitabı. Kitab ilk dəfə 10 iyun 1907-ci ildə nəşr olunmuşdur. == Hissələr == "Arsen Lupenin həbs olunması" ("L'Arrestation d'Arsène Lupin" 15 iyul 1905) — Amerikaya gedən gəminin sərnişinlərinin içində Arsen Lupenin də olduğu xəbəri yayılır. Göndərilən xəbərlə Lupenin sarışın və adının baş hərifinin "R" olduğu bilinir. Xəfiyyə Qanimard limanda gəminin gəlişini gözləyir. Beləcə gəmi limana çatanda Lupen tutulur. "Arsen Lupen həbsxanada" ("Arsène Lupin en prison" 15 dekabr 1905) — Qanimard Lupeni ziyarətə gəlir. Lupen tutulmasının səbəbi olaraq diqqətinin limanda gördüyü qadına yayındığını deyir. O, deyir ki, qadını sevməsəydi onu tutmaq mümkün olmayacaqdı.
Ageratina arsenei
Ageratina arsenei (lat. Ageratina arsenei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Arsenal FK
Arsenal FK (ing. Arsenal Football Club, The Arsenal, The Gunners, The Red Army) — İngiltərə Premyer Liqasında yer alan bir futbol klubu. Şimali Londondakı Hollouey səmtində qurulmuşdur. İngiltərənin ən müvəffəqiyyətli klublarından biri olub, 13 Premyer Liqa çempionluğu və 14 FA Kuboku çempionluğu var. Arsenal, Premyer Liqada ən uzun müddət lider qalma və bir mövsüm məğlub olmadan çempion olan yeganə klubdur. Premyer Liqanın qızıl kuboku yalnız Arsenalın muzeyindədir. Arsenal həmçinin FA Kubokundada 14 dəfə qalib olmaqla rekordçudur. Arsenal 1886-cı ildə quruldu və 1893-cü ildə Futbol Liqasına qatıldı. XX əsrin 30-cu illərində ilk böyük turnirini qazanan komanda, bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970–1971 mövsümündə həm İngiltərə Premyer Liqasını həm də FA Kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu.
Arsenal Futbol Klubunun Muzeyi
Arsenal Futbol Klubunun Muzeyi Londonda Hollovey adlı ərazidə yerləşir və klub tərəfindən onun tarixini əks etdirmək üçün yaradılmışdır. Muzey daxilində geniş ölçüdə klubun tarixini əks etdirən eksponatlar və xatırlanmağı vacib olan digər predmetlər nümayiş edilir. Buraya 1971-ci il İngiltərə Federasiya Kubokunun finalında Corc Çarlinin geydiyi forma, 1988-89 mövsümündə çempionluğu təsdiqləyən matçda Maykl Tomasın geydiyi butslar, Alan Smitin 1994-cü il UEFA Kuboklar Kubokunun finalında geydiyi forma, məğlubiyyətsiz başa vuraraq qalib olduqları 2003-04 İngiltərə Premyer Liqası mövsümünə özəl olaraq hazırlanmış kubok və mövsüm boyu qapıçı Yens Lemanın istifadə etdiyi əlcəklər daxildir. Muzey hal-hazırda klubun ev oyunlarını keçirdiyi Emirates (stadion)un şimalında yerləşir. Muzey əvvəllər Hayberi stadionun daxilində yerləşirdi. İl ərzində təxminən 120,000 ziyarətçi bura gəlir. Muzey həftənin bütün günləri fəaliyyət göstərir. Oyun günləri isə yalnız saat 10:00-dan matçın başlamısa 1 saat qalmışa kimi açıq olur. Muzeyə giriş təkliflərinə həmçinin Emirates stadionuna tur da daxildir.
Eupatorium arsenei
Ageratina arsenei (lat. Ageratina arsenei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Georgi Arsenişvili
Georgi Longinozviç Arsenişvili (gürc. გიორგი ლონგინოზის ძე არსენიშვილი; 5 yanvar 1942, Xirsa, Kaxetiya – 17 noyabr 2010, Tbilisi) — Gürcüstanlı siyasətçi, dövlət xadimi və Gürcüstanın Dövlət Naziri (2000–2001). == Həyatı == Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1970-ci ildə Kiyev Riyaziyyat İnstitutunda aspiranturanı bitirdi. Texniki elmlər doktoru və professor olmuşdur. 1973–1974-cü illərdə Heydelberq Universitetində təcrübə keçmişdir. Tətbiqi Riyaziyyat İnstitutunda baş elmi işçi, TDU-nun Mexanika-Riyaziyyat fakültəsində baş müəllim və nisbilik nəzəriyyəsi və riyazi statistika kafedrasının dosenti idi. 1978-ci ildə Kibernetika və Tətbiqi Riyaziyyat Fakültəsinin dekanı seçildi. 1982-ci ildən riyazi metodlardan istifadə şöbəsinə rəhbərlik etmişdir. Son çağırış parlamentində insan hüquqları və sivil inteqrasiya komitəsinin sədri vəzifəsində çalışmışdır.
Morinaga arsenli süd zəhərlənməsi insidenti
Morinaga arsenli süd zəhərlənməsi insidenti (森永ヒ素ミルク中毒事件) – 1955-ci ildə Yaponiyada 130-dan çox körpənin ölümü ilə nəticələnmiş qida zəhərlənməsi insidenti. Hadisəyə səbəb "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunmuş süd tozuna yanlışlıqla əlavə olunan arsen olmuşdur. İnsident 12.000-dən çox körpənin sağlamlığına mənfi təsir göstərmişdir. Hadisənin leqal tarixi 18 il davam etmiş və istehsal menecerenin həbsi ilə nəticələnmişdir. 1955-ci ildə iyulunda Yaponiyanın qərbində yeni doğulmuş körpələr arasında qızdırma, iştahsızlıq, səpmə, ishal, qıcolma, dəridə qara nöqtələrin çıxması halları və bu əlamətlərin ölümlə nəticələnməsi müşahidə olunmağa başlamışdır. Avqust ayında Okayama Universiteti Tibb Məktəbinin professoru bu hallara səbəb olan şeyin "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunan süd tozundakı arsen olduğunu müəyyən etmişdir. Arsenin mənbəyi "Morinaga Milk" şirkəti tərəfindən südü daha həll olan hala salmaq üçün stabilləşdirici kimi istifadə olunan natrium dihidrofosfat idi. Şirkət sənayedə istifadə olunmağa uyğun olan, lakin insanların istehlakı üçün uyğun olmayan böyük miqdarda natrium dihidrofosfat almışdır. Natrium dihidrofosfatın tərkibində 0,0021–0,0035 % arsen mövcud idi. Şirkət stabilləşdirici və son məhsul üçün heç bir təhlükəsizlik testi aparmamışdır.
Nataliya Arsenyeva
Nataliya Arsenyeva (tam adı: Nataliya Arsenyeva, belar. Наталля Аляксееўна Арсеньева, rus. Ната́лья Алексе́евна Арсе́ньева; 20 sentyabr 1903, Bakı – 25 iyul 1997, Roçester[d], Nyu-York ştatı) — Belarus dramaturqu, şairə və tərcüməçi. Françişak Kuşalın həyat yoldaşıdır. 1903-cü il sentyabrın 20-də Bakıda Rusiya işçilərinin ailəsində anadan olmuşdur. Birinci Dünya müharibəsi zamanı (1915) Arsenyev ailəsi Yaroslavl şəhərinə köçürülür, burada şairə ilk şeirini (rus dilində) yazır. 1920-ci ildə ailə Vilnüsə qayıdır. Nataliya gəncliyini Vilnüsdə keçirmiş və burada 1921-ci ildə Belarus gimnaziyasından məzun olmuşdur. Vilnüs Universitetinin incəsənət fakültəsində təhsil almışdır. Maksim Qoretski onun poetik bacarığına xüsusi diqqət ayırırdı.
Qallium arsenid
Qallium arsenid (ing. gallium arsenide (GaAs)) — mikroelektronikada yüksək sürətli mikrosxemlərin hazırlanmasında istifadə olunan kimyəvi birləşmə. Qallium arsenid əsasında hazırlanmış mikrosxemlər onların silisiumdan olan analoqlarından sürətli işləyir, temperatur dəyişikliklərinə daha dözümlüdür, daha az enerji istifadə edir və radiasiyaya daha dayanıqlıdır. Superkompüterlərdə və hərbi məqsədlər üçün istifadə olunan kompüterlərdə də bu texnologiya əsas götürülüb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rajden Arsenidze
Rajden Arsenidze(ing. Razhden Arsenidze ; 28 sentyabr 1880 – 24 may 1965, Paris)— gürcü hüquqşünas, jurnalist və siyasətçi idi. Karl Kautski, Gürcüstan Sosial Demokratları ilə, Tbilisi, 1920. Birinci cərgədə: S. Devdariani, Noy Ramişvili, Noy Jordaniya, Karl Kautski həyat yoldaşı Louise, Silibistro Cibladze, Razhden Arsenidze ilə birlikdə; ikinci sırada: Kautskinin katibi Olberg, Viktor Tevzaya, K. Gvardzhaladze, Konstantin Sabaxhtarashvili, S. Tevzadze, Avtandil Urushadze, R. Tsintsabadze. Rusiya Sosial Demokrat İşçi Partiyasının bir qolu olan Gürcüstan Sosial Demokrat İşçi Partiyası ilə əlaqəli idi və 1903-cü ildə Menşevik qanadına keçdi. Daha sonra inqilabi jurnalistikaya başladı və Rusiya imperiyası rəhbərliyi tərəfindən yalnız geri dönə biləcəyi Sibirə sürgün edildi. 1917-ci il fevral inqilabından sonra çar hökuməti devrildi. Arsenidze 26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Aktının müəlliflərindən biri idi və 1919-cu ildə Gürcüstanın Təsis Məclisinə seçildi. Elə həmin il Noy Jordaniya kabinetində Ədliyyə Naziri oldu. 1921-ci ildə qısa müddətdə Yevgeni Gegeçkori ilə əvəzlənənə qədər Ədliyyə Naziri olaraq çalışdı.
Sergey Arsenyeviç Nevski
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski Bromus L. subg. Nevskiella Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Sergey Arsenyeviç Nevskiy
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski Bromus L. subg. Nevskiella Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Arseni Avraamov
Arseni Mixayloviç Avraamov (rus. Арсе́ний Миха́йлович Авраа́мов; 22 aprel 1886, Novoçerkassk – 19 may 1944, Moskva) ― Rusiya və SSRİ bəstəkarı, musiqi nəzəriyyəçisi və ixtiraçısı. == Həyatı == Avraamov 1917–1918-ci illərdə Respublikanın Birinci İncəsənət Komissarı, "Proletkult"nun təşkilatçılarından biri olmuşdur. 48 tonluq sistemdə avanqard kompozisiyaların (Qərbi Avropa musiqi avanqardının bir çox konsepsiyalarını nəzərdə tuturdu), o cümlədən Bakıda və Moskvada inqilabi tarixlər üçün musiqi səhnəsi kimi səslənən bip simfoniyalarının müəllifi olmuşdur. "Çəkilmiş səs" (səsin qrafik qeydi) üsulunu icad etmişdir. 1935–1941-ci illərdə Nalçikdə işləmiş, Şimali Qafqaz xalqlarının 1 minə yaxın melodiya və mahnısını lentə almışdır və emal etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Сабанеев Л.Л. Ультрахроматическая полемика // Музыкальный современник, 1916, № 6. D. Gojowy. Neue sowjetische Musik der 1920er Jahre. Laaber, 1980.
Arseni Cioyev
Arseni Cioyev (9 iyul 2002, Tsxinvali) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Arseni Cioyev 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə dəvət edildi. Arseni Cioyev həmin avqustunda Belarusda II MDB Oyunlarının bürünc medalına sahib oldu. Həmin il Albaniyada U-23 Dünya Çempionatını 11-ci pillədə başa vuran Arseni Cioyev ilin sonunda Azərbaycan Çempionatının gümüş medalına da sahib oldu 2024-cü ildə Arseni Cioyev sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirini beşinci pillədə başa vuran Arseni Cioyev fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Arsenjevia baicalensis
Anemonastrum baicalense (lat. Anemonastrum baicalense) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone baicalensis Turcz. Anemonoides baicalensis (Turcz.) Holub Arsenjevia baicalensis (Turcz.) Starod.
Arsenjevia flaccida
Anemonastrum flaccidum (lat. Anemonastrum flaccidum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Quercus rossii f. arsenei
Quercus castanea (lat. Quercus castanea) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Arsenal Kitabxanası
Arsenal Kitabxanası (fr. Bibliothèque de l'Arsenal) — Fransanın Paris şəhərində yerləşən və geniş bir kitab və mənbə kolleksiyasına sahib olan bir kitabxanadır. Arsenal kitabxanası, əsasən tarixi, mədəni və sənət sahələrindəki materialları ilə tanınır. Arsenal Kitabxanası, XVIII əsrdə yaradılmışdır və o dövrdən bəri ədəbiyyat, sənət və tarixlə bağlı zəngin resurslar təqdim edir. == Əsas xüsusiyyətləri == === Kolleksiyası === Arsenal Kitabxanasında ədəbiyyat, tarix, fəlsəfə və incəsənətlə bağlı minlərlə kitab, əlyazma, nadir çap olunmuş əsərlər və dövri nəşrlər mövcuddur. Xüsusilə Fransa və Avropa tarixinə dair nadir materiallar burada toplanmışdır. Kitabxana, tədqiqatçılar, tələbələr və mədəniyyət həvəskarları üçün əhəmiyyətli bir resurs mərkəzidir. Tədqiqatçılara xüsusi materialların istifadəsi üçün xidmətlər təqdim edilir. Arsenal Kitabxanası, müxtəlif mədəni tədbirlər, sərgilər və seminarlar təşkil edir. İctimaiyyətlə əlaqələri gücləndirmək və mədəni irsin qorunmasına dəstək vermək məqsədini güdür.

Значение слова в других словарях