Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nordovıy
Nordovıy — Daimi yaşayış yeri olmayan, dəniz quşlarının məskən saldığı ada. Ada Xəzər dənizinin qərbində Kizlyar körfəzində yerləşir. İnzibati cəhətdən Rusiya federasiyası Dağıstan Respublikası ərazisinə daxildir. Bryansk burnundan 15 aralıda yerləşir. Onun eni 0,4 km, uzunluğu 2,2 km təşkil edir.
Mordoviya
Mordoviya Respublikası (rus. Республика Мордовия, mokş. Мордовия Республиксь, erz. Мордовия Республикась) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Mordoviyanın torpaqlarının böyük bir qismi dağlıq ərazidir. Buna görə dağlarda qış turizimi fəaliyyətləri aparılır. Bu bölgədəki dağlar çox yüksək və dik yamaclara malikdir. Oka, Don və Volqa (İdil) çaylarının keçdiyi və özündə də Alatır, Sura kimi irili xırdalı çayların olduğu Mordoviyanın cənub-qərbində geniş düzənlikləri var. Bu düzənliklərdə Saransk, Kovylkino, Ruzajevka kimi şəhərlər qurulub.
Mordoviya Respublikası
Mordoviya Respublikası (rus. Республика Мордовия, mokş. Мордовия Республиксь, erz. Мордовия Республикась) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Mordoviyanın torpaqlarının böyük bir qismi dağlıq ərazidir. Buna görə dağlarda qış turizimi fəaliyyətləri aparılır. Bu bölgədəki dağlar çox yüksək və dik yamaclara malikdir. Oka, Don və Volqa (İdil) çaylarının keçdiyi və özündə də Alatır, Sura kimi irili xırdalı çayların olduğu Mordoviyanın cənub-qərbində geniş düzənlikləri var. Bu düzənliklərdə Saransk, Kovylkino, Ruzajevka kimi şəhərlər qurulub.
Mordoviya musiqisi
Mordoviya musiqisi — Rusiya tərkibindəki Mordoviyanın mokşa və erzyan xalqlarının instrumental yaradıcılığı. == Tarixi == Əkinçilik mahnıları (vesnyanka, kolyadka) mordva xalq yaradıcılığının qədim janrlarındandır. Xalq mahnılarına çoxsəslilik xasdır. Əsas məqamı pentanonikadır. Musiqi alətləri: tütək (nudi), skripka (karze), pila, qarmon, balalayka, gitara, bayan aiddir. Mordoviya professional musiqisi 1930-cu illərdən inkişa etməyə başlamışdır. Bəstəkarlardan L. Kiryukov, L. Voinov, Q. Bdovin və Q. Surayev-Korolyovun milli musiqinin inkişafına böyük xidmətləri var. Mordoviyada müğənnilərdən İ. Yaxşev, R. Bespalova, M. Antonova, V. Kiuşkin və başqaları tanınmışlar. Mordoviyada opera və balet teatrı, filarmoniya, "Umarina" mahnı və rəqs ansamblı, musiqi məktəbləri və s. fəaliyyət göstərir.
Mordoviya ədəbiyyatı
Mordoviya ədəbiyyatı — mordva xalqının mokşa və erzyan dillərində ədəbiyyatı. == Tarixi == Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь.
Urusovo (Mordoviya)
Urusovo (erz. Орозбие) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Ardatov rayonu ərazisində yerləşən kənd. == Coğrafiya == Kənd Muravlekke çayı sahilində, rayon mərkəzindən 26 km aralıda yerləşir. Ardatov dəmiryolu stansiyası ilə arasında məsafə isə 36 km-dir. == Adı == Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Urus" ( Oroz ) adı ilə əlaqədardır. == Tarixi == 1624-ci ildə Alatır qəzası ərazisində, Novorleyski təpəsində, İvanovo kəndi olaraq qeyd edilir. 1671-ci ildə isə Urusovo kimi qeyd edilmişdir. 1863-cü ilə aid Simbirsk vilayətinin yaşayış məntəqələrinin siyahısında Urusovoda 154 həyət qeydə alınır. Bu dövrdə kənddə 1.357 nəfər yaşayırdı.
Çinyanovo (Mordoviya)
Çinyanovo (erz. Кендя) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Dubyonski rayonu ərazisində yerləşən kənd. Çinyanovo inzibati vahidliyinin mərkəzidir. == Coğrafiya == Kənd Kanskyakley çayı sahilində, rayon mərkəzindən 10 km aralıda yerləşir. Atyaşevo dəmiryolu stansiyası ilə arasında məsafə isə 27 km-dir. Şimal və şərq hissədən meşə ilə əhatə olunmuşdur. Cənubunda Krasnaya Luqa, qərbində isə Povodimovo kəndləri yerləşir. Povodimovo kəndinə Lenin küçəsi ilə birləşir. == Adı == Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Çindyan" (Çindyans ) adı ilə əlaqədardır.
Ordovik dövrü
Ordovik dövrü (ordovik) — paleozoy erasının ikinci dövrü. Kembri dövründən sonra başlamış və Silur dövrü onu əvəz etmiş. 485,4 ± 1,9 milyon il əvvəl başlamış və 443,8 ± 1,5 milyon il əvvələ qədər davam etmişdir ( hardasa 42 milyon il). Bu dövrdə toplanmış müxtəlif süxurların kompleksi ordovik sistemi adlanır. == Ordovik sisteminin bölgüləri == Ordovik sistemi Silurun ordovik şöbəsinin əsasında müstəqil sistem kimi ayrılıb. Hal-hazırda ordovik sistemini üç şöbəyə və bu şöbələrin hər birini iki mərtəbəyə ayırırlar: alt ordovik şöbəsi (Oı) tremodok (Oıt) və areniq (Oıar) mərtəbələrinə; orta ordovik (O2) llanvirn (O2İn) və llandeyl (O2l) mərtəbələrinə; üst ordovik (O3) isə karadok (O3c) və aşgil (O3a) mərtəbələrinə ayrılır. == Tektonika və paleocoğrafiya. == Ordovik dövründə, kembri dövrünün sonunda mövcud olan platformalar və geosinklinal qurşaqlar saxlanılmışdı. Geosinklinal qurşaqlar intensiv dağılmaya məruz qalmışdılar; geosinklinal çökəklərdə əyilmə sürətlə gedirdi. Buna görə də bu çökəklərdə, böyük qalınlığa malik (bir çox km-lər) terrigen dəniz çöküntüləri və effuzivlər toplanırdı.
Mordoviya Dövlət Universiteti
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti — Mordoviyanın ən iri ali təhsil, elm və mədəniyyət mərkəzi, Volqayanı bölgənin aparıcı universitetlərindən biri. Təhsil 11 fakültədə və 7 institutda 89 ixtisas üzrə aparılır. 33 bakalavr, 12 magistr proqramı həyata keçirilir. == Tanınmış alimləri == Davud Qədiməliyev - biologiya elmləri doktoru, professor.
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı.
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti — Mordoviyanın ən iri ali təhsil, elm və mədəniyyət mərkəzi, Volqayanı bölgənin aparıcı universitetlərindən biri. Təhsil 11 fakültədə və 7 institutda 89 ixtisas üzrə aparılır. 33 bakalavr, 12 magistr proqramı həyata keçirilir. == Tanınmış alimləri == Davud Qədiməliyev - biologiya elmləri doktoru, professor.