arxa-dirək
arxabaarxa
OBASTAN VİKİ
Arxa beyin
Asxa beyinə (lat. metencephalon) körpü - lat. pons və beyincik - lat. cerebellum aiddir; onun boşluğunun qlığını dördüncü mədəciyin ara hissəsi təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Arxa plan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Arxa küçələr
Arxa küçələr (türk. Arka Sokaklar) — 2006-cı ildən Kanal D-də ekranlara gələn polis, dram, döyüş növündə, Türkiyənin ən uzun müddət (18 mövsüm) yayımlanan televiziya serialıdır. === Qısa məlumat === Ölkə: Türkiyə Rejissor: Orhan Oğuz Prodüser: Ali Cengiz Deveci Ssenari: Ozan Yurdakul, Sinan Yurdakul Koordinator: Yılmaz Ekmekçi Bölüm sayı: 639 Çəkildiyi müddət: 2006 — günümüz Vəziyyəti: yayımda Müddəti: 135–145 dəqiqə arası Yayımlandığı telekanal: Kanal D, Max Smart (təkrar bölümləri)Tv 2 == Məzmun == Serial İstanbul Polis Qərargahında özəl bir komandada çalışan polislərin ailə həyatları və İstanbul küçələrindəki macəralarından bəhs edir. Komanda vəzifələri boyunca daim fərqli və müxtəlif insan hekayələri ilə qarşılaşır. == Aktyorlar/aktrisalar, rolları və çəkildikləri bölümlər == Əsas aktyorlar Zəfər Ərgin — Rıza Soylu (1-) Şəvkət Çoruh — Mesut Güneri (1-) Özgür Ozan — Hüsnü Çoban (1-) Alp Qorxmaz — Ali Akdoğan (1–155; 175-) İlkər İnanoğlu — Engin Balkan (44–172;210–214;358–376;493-) Tunç Oğuz — Arda Atik (294–433;445-) Oya Okar — Selin Demirci (377-) Ozan Çobanoğlu — Hakan Çınar (385-) Mərvə Oflaz — Bahar Ayan (449-) Yiğitcan Ergin — Cemal Şahin (522-) Ela Yörüklü — Ezgi Vural (522-) Hülya Kalebayır — Ayla Soylu (Ayla rolunun ikinci aktrisası) (251-?) Əlvan Dişli — Pınar Soylu Akdoğan (Pınar rolunun dördüncü aktrisası) (522-?) Əcəm Öz — Şule Çoban (Şule rolunun üçüncü aktrisası) (522-?) Nazlı Tosunoğlu — Nazike (126-) Onurcan Sesli — Efe Akdoğan (Efe rolunun ikincisi) (522-?) == çıxan aktyorlar/aktrisalar, rolları və çəkildikləri bölümlər == Qeyd: Şule 1 və Şule 2, həddindən artıq oxşarlıq səbəbiylə daim qarışıqdır, lakin fərqli oyunçulardır, Instagram hesablarını yoxlayın: @ozgeozbutun @manolyask Gamze Özçelik — Zeynep Akyüz Ateş (Murat Ateşin həyat yoldaşı) (1–126; 210–292) Çağla Kubat — Elif Doğan Bahadir (126–209) İlker İnanoğlu — Engin Balkan (Baş komissar) (44–173; 210–213) Berk Oktay — Sinan Bahadır (Komissar) (126–250) Zeynep Beşerler — Melek Serter (168–293) Melda Arat — Yeşim Ak (Mesutun əvvəlki həyat yoldaşı) (1–18) Engin Yüksel — Beşir (Mesutun dostu) (1–108) Ayşe Eşmeli — Buket (1–43) Yeşim Gül Akşar — Leman (Yeşimin bibisi) Filiz Taçbaş — Ayla Soylu (Ayla rolunun birinci aktrisası) (1–250) Özlem Çınar — Aylin (1–521,639) Pınar Aydın — Pınar Soylu Akdoğan (Pınar rolunun birinci aktrisası) (1–86) Sitare Bilge — Pınar Soylu Akdoğan (Pınar rolunun ikinci aktrisası) (87–125) İpek Yaylacıoğlu — Pınar Soylu Akdoğan (Pınar rolunun üçüncü aktrisası) (126–521) Özge Ulusoy — Yeliz Balkan (Engin Balkanın ikinci həyat yoldaşı) (87–125) Özge Özbütün — Şule Çoban (Şule rolunun birinci aktrisası) (1–209) Manolya Aşık — Şule Çoban (Şule rolunun ikinci aktrisası) (210–521) Alev Oraloğlu — (Zeynepin anası) (3–125; 210–293) Kaan Uslu (eyni aktyor iki yüz əllinci bölümə qədər Muhammet Yaşa adını istifadə etdi) — Efe Akdoğan (Efe rolunun birincisi) (251–521) Sibel Yılmaz == qonaq aktyorlar == Tamer Karadağlı (14-cü bölüm) Serhat Nalbantoğlu (39–44) Irmak Ünal Zeki Alasya Volkan Ünal 1.
Arxa qapı
Arxa qapı və ya bekdor (ing. backdoor) — təhlükəsizlik mexanizmlərini aldatmaq üçün istifadə edilən avtorizə olunmamış gizli proqram və ya aparat təminatı. Arxa qapılar əsasən kompüterə uzaqdan girişi təmin etmək və ya kriptosistemlərdə açıq mətnə çıxış əldə etmək üçün istifadə olunur. Arxa qapıdan parollar kimi imtiyazlı məlumatlara giriş əldə etmək, sabit disklərdəki məlumatları silmək və ya avtomatik sxemli şəbəkələrdə məlumat ötürmək üçün istifadə oluna bilər. Arxa qapı proqramın gizli hissəsi, ayrıca proqram, avadanlığın kodu və ya Windows kimi əməliyyat sisteminin hissələri şəklində ola bilər. Troya atları cihazda boşluqlar yaratmaq üçün istifadə edilə bilər. Troya atı tamamilə problemsiz proqram kimi görünə bilər, lakin icra edildikdə, arxa qapı quraşdıra biləcək fəaliyyətə səbəb olər. Arxa qapılar adətən gizli şəkildə quraşdırılsa da, bəziləri məqsədli şəkildə qurulur və geniş şəkildə tanınır. Bu cür arxa qapılar istehsalçıya istifadəçi parollarını bərpa etmək üçün bir yol təqdim etmək kimi "qanuni" istifadələrə sahibdir. == İstinadlar == == Xarici keçidlər == Finding and Removing Backdoors Three Archaic Backdoor Trojan Programs That Still Serve Great Pranks Backdoors removal — List of backdoors and their removal instructions.
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.
Endrü Yan
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir. 2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir. == Həyatı == Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. == Təxəllüsü == Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Vilson Yan
Vilson Yan (23 sentyabr 1979) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vilson Yan Kanadanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yan Salaka
Yan Sen
Yan Sen (16 avqust 1975) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Sen Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub.
Yan Sibelius
Yan Sibelius (d. 8 dekabr 1865 – ö. 20 sentyabr 1957) — XIX əsrin sonu ilə XX əsrin başlanğıcında klassik musiqi tarixində adı keçmiş qiymətli Finlandiyalı bəstəkar. Musiqisi Finlandiyanın milli şəxsiyyətində böyük rol almışdır. == Həyatı == Sibelius Hämeenlinnada Finlandiyanın Rus Böyük Dükalığında İsveçli bir ailənin oğlu olaraq dünyaya gəldi. Atası Christian Sibelius şəhərin həkimi, anasının adıysa Maria idi. Ailəsi arasında Janne olaraq bilinməsinə baxmayaraq, şagirdlik illərində dənizçiliklə məşğul olan əmisinin gətirdiyi yığınla kartla adının Fransızda deyildiyi kimi Yanı istifadə etməyə başladı. Yan daha 2 yaşındaykən atası tifodan həyatını itirdi. Bu kədər daha sonra iqtisadi çətinlikləriylə davam etdi. Atası həyatdaykən heç bir zaman əlindəki pulu yaxşı bir şəkildə xərcləməmiş, bu ailənin geriyə qalan üzvlərinin Marianın anasına aid bir evə daşınmasına səbəb olmuşdu.
Yan Siesierski
Yan Siesierski (8 Mart 1899 – 20 Fevral 1987) — Polşalı aktyor. O, 1938-ci il ilə 1981-ci il arasında 35-dən çox film və televiziya şousunda rol oynamışdır.
Yan Sobieski
Yan III Sobieski (17 avqust 1629[…] – 17 iyun 1696[…]) (Polyak: Jan III Sobieski, Latin: Ioannes III Sobiscius ; 17 Avqust 1629 – 17 Iyun 1696) 1674-cü ildən ölümünə (1696) qədər Polşa kralı və Reç Pospolitanın Böyük Knyazı olmuşdur. Polyak zadəgan ailəsində anadan olan Sobieski, Yagelloniya Universitetində təhsil almış və gəncliyində Avropanı gəzmişdir. Bir əsgər və daha sonra komandir olaraq, Xmelnitski Üsyanında, Rus-Polşa Müharibəsində və İsveç işğalı dövründə döyüşlərdə iştirak etmişdir. Sobieski, Osmanlı İmperiyasına qarşı müharibə əsnasında hərbi qüdrətini nümayiş etdirmiş və Polşa və Litvada hörmətli, lider bir şəxsiyyət kimi özünü göstərmişdir. 1674-cü ildə Kral Michaelın gözlənilməz ölümündən sonra Polşa-Litva Birliyinin monarxı seçildi. Sobieskinin 22 illik hakimiyyəti, əvvəlki münaqişələrin qarışıqlığından sonra çox ehtiyac duyulan Birliyin sabitləşmə dövrü oldu. Rəiyyətləri arasında populyar olan, 1683-cü ildə Vyana Döyüşündə Türklər üzərində qazandığı zəfərlə məşhur olan bacarıqlı bir hərbi lider idi. Məğlub olan Osmanlılar Sobieski'yi "Lehistan Aslanı" adlandırdılar və Papa onu "Qərbin xilaskarı" olaraq alqışladı. Sonrakı yaşlarında xəstəlikdən əziyyət çəkən Sobieski, 1696-cı ildə öldü və Krakovdakı Wawel kral qəsrində dəfn edildi. Onun yerinə Polşa və Saksoniya kralı II Augustus gəldi.
Yan Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. == Həyatı == Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. == Karyeradan əvvəl == Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Yan Streys
Yan Yansen Streys (nid. Jan Jansen Struys, 1630 — 1694) — XVII əsr Niderland səyyahı. == Həyatı == Yan Streys (1630-1694) holland dənizçisi və səyyahı idi. Səyyah Dağıstanda Qaytaq hakimi tərəfindən əsir alınmış, 1670-1672-ci illərdə qul sifəti ilə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərində yaşamışdır. O, vətənə qayıdandan sonra «Ecazkar, olduqca başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avropa ölkələrində 25 dəfədən artıq çap edilmişdir. Yan Streysin əsərində Dərbənd, Şamaxı, Ərdəbil şəhərlərinin memarlıq baxımından vəziyyətinə, maarifin inkişaf səviyyəsinə aid məlumatlar vardır. Onun Ərdəbildəki Şeyx Səfi kompleksi barədəki fikirləri də maraqlıdır.
Yan silsilə
Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə, Azərbaycanda ən hündür nöqtəsi Şahdağ zirvəsidir (4243 m). == Məzmun == Ayrı-ayrı massivlərdən ibarətdir. Hündürlüyü Bəzi yerlərdə 5000 m.-dən artıqdır. Qafqazın ən yüksək zirvəsi olan Elbrus (5642 m.) buradadır. Azərbaycandakı hissəsi Şahdağdan (4243 m.) başlayaraq şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m.) qurtarır. Cənubda Qaytarqoca, Vorofto və s. silsilələri ilə Baş Qafqaz silsiləsindən ayrılır. Baş Qafqaz silsiləsindən başlayaraq çaylarla (Qusar, Qudyal, Qaraçay, Ataçay və s.) platolara (Şahdag, Qızılqaya, Buduq və s.) bölünmuşdur. Oronim "kənar, yan tərəf, qıraq" mənasındadır.
Yan suayrıcı
Yan suayrıcı (rus. боковой водораздел, ing. lateral divide, secondary divide) — eyni çayın qolları arasında yerləşən ikinci dərəcəli suayrıcı.
Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur. 1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər. “Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.
Yan Çikker
Yan Çikker (slovak. Ján Cikker; 29 iyul 1911[…], Banska Bistritsa – 21 dekabr 1989[…], Bratislava) — müasir Slovakiya klassik musiqisinin aparıcı eksponenti olan Slovakiya bəstəkarı. Slovakiya Milli Artisti, Herder mükafatı və IMC-UNESCO Beynəlxalq Musiqi Mükafatı ilə mükafatlandırılmışdır. == Həyatı == Çikker keçmiş Avstriya-Macarıstanda, bugünkü Slovakiyada, Banska Bistritsa şəhərində anadan olub. Onun ilk musiqi müəllimi anası Mariya Psotkova və Uilyam Fiqus-Bistri idi. Orta məktəbi bitirdikdən sonra, 1930-cu ildən 1935-ci ilə qədər Praqa Konservatoriyasında oxumuş və orada Yarkoslav Kriçkanın bəstəkarlıq və orkestra kurslarına qatılmışdır. 1935-1936-cı illərdə Praqa Konservatoriyasının Magistr Peşə Liseyində oxudu, burada Vitezslav Novakın tələbəsi oldu. Daha sonra Vyanaya köçdü, 1936-1937-ci illərdə Feliks Veynqartner ilə birlikdə təhsil aldı. 1939-1949-cu illərdə Bratislava Konservatoriyasında dərs demişdir. 1945-1948-ci illərdə Slovak Milli Teatrı operasının repertuar məsləhətçisi olmuşdur.
Yan çayı
Yan çayı (serb. Јањ) — Balkanlardan axan çay. Çay Bosniya və Herseqovinanın bir hissəsi olan Serb Respublikası ərazisində yerləşir. Pliva çayının sağ qolunu təşkil edir. Yan həmcinin coğrafi, tarixi və bir mədəni bir vilayət adıdır. Burada Şipovo icması yerləşir == Çay == Yan çayı Şipovo icmasına daxil olan Babiça və Stroisa kəndləri arasındakı ərazidən başlayır. Mənbə 612 m yüksəklikdə yerləşir. Yuxarı axarlarda dərinliyi 200 metr olan kanyondan axır. Şipov şəhərinin şimalından axır. Şəhərdən 9 km aralıda çay Yan adalarını əmələ gətirir.
Yan Şefl
Yan Şefl (10 may 1990) — Çexiyalı üzgüçü. Yan Şefl Çexiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Yan Şefl birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.09 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 28-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.