AVA-QAVA

(Mingəçevir, Şəki)
forma, görünüş
A:VA
AVAD
OBASTAN VİKİ
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Ava dövləti
Ava dövləti və ya Ava krallığı (birm. အင်းဝခေတ်) — 1364-cü ildən 1555-ci ilə qədər Yuxarı Birmada (Myanma) dominantlıq əldə etmiş krallıq. Birmanın şimalında, Myinge çayı üzərində, Çausxe vadisində yerləşirdi. Ava dövlətinin qurucusu Tadominbya (1364–1368) Birmada keçmiş Paqan krallığının torpaqlarını birləşdirməyə, şanları Birmanın mərkəzi hissələrindən çıxarmağa çalışırdı. Ava dövləti tərəfindən buddist məbədlər tikdirilmiş, monastır icması olan sanqhanı gücləndirilmiş, suvarma sistemi təkmilləşdirilmişdir. 1374-cü ildə Ava dövləti Arakanı, 1377-ci ildə Taunqu knyazlığını özünə birləşdirmişdir. 1373–1383-cü illərdə Şan və Pequ (cənubi Birma) dövlətləri ilə vuruşmuşdu, 1415-ci ildə İravadi deltasının qərb hissəsini tutmuşdur. Avada çəltikçilik və Çinlə karvan ticarəti inkişaf edirdi. Şri-Lanka ilə sıx əlaqə saxlanılmışdır. Həmçinin, Avada milli birman ədəbiyyatı yaranmışdır.
Frau Ava
Frau Ava (alm. Frau Ava, Ava von Göttweig, Ava von Melk‎; təq. 1060, Aşağı Avstriya[d] – 7 fevral 1127) — orta əsr alman rahibə, dini şairə. O, alman dilində hər hansı bir janrda ilk dəfə əsər yaratmış qadın hesab edilir. Ava xristianlıqda xilas və Məsihin ikinci gəlişi mövzularına həsr olunmuş beş şeirin müəllifidir. Onun Vəftizçi İohann və İsanın həyatına dair əsəri "ilk alman dastanı kimi yüksək qiymətləndirimişdir" == Əsərləri == Vəftizçi İohann (alm. Johannes der Täufer‎) İsanın həyatı (alm. Leben Jesu‎) Antixrist (alm. Antichrist‎) Son hökm (alm. Das Jüngste Gericht‎) == İstinadlar == == Əlavə ədəbiyyat == Ланггут.
Ava rəqs festivalı
Ava rəqs festivalı (阿波踊り, Awa Odori) – Yaponiyada ən məşhur rəqs festivallarından biri. Rəqqaslar avqust ayının ortalarında olan Obon dövrünə diqqət çəkmək üçün küçələrə düşüb Bon rəqsi oynayırlar. Festival Şikoku adasındakı Tokuşima adasında keçirilir. Tokuşima hər il 12-15 avqust tarixlərində bu festivala ev sahibliyi edir. Bu festival nəsildən nəsilə ötürülən festivaldır. Festivalın 400 ildən çox yaşı var və kökləri Bon ənənəsindən törəmişdir. Festivalın ilk dəfə 1586-cı ildə Tokuşima daymyosu Haçisuka İemasanın Tokuşima qəsrinin inşasının başa çatmasını qeyd etmək üçün təşkil etdiyi böyük içki məclisi ilə başladığı güman olunur. Həmin tarixdən sonra festival illik festivala çevrilibmiş. Festival bütün şəhər miqyasında keçirilir. Önə çıxan əsas rəqs festivala adını verən Ava rəqsidir.
Ava (şəhər, Myanma)
Ava və ya İnva (birm. အင်းဝမြို့, birmanca tələffüz: [ʔɪ́ɰ̃wa̰ mjo̰] və ya [ʔəwa̰ mjo̰]) — Myanmanın şimalında, İravadi çayı üzərində şəhər. 1364–1783-cü illərdə və 1822–1837-ci illərdə Ava dövlətinin paytaxtı olmuşdur. Qədim buddist mədəniyyətinin mərkəzidir. == Coğrafiya == Ava indiki dövrdə kiçik bir şəhərdir. Mandalay yaxınlığında, Yuxarı Birmada yerləşir. == İstinadlar == == Xarici keçidlər == Innwa — a short story by Theippan Maung Wa 1931 inc.
Ava Li N'diaye
Ava Li N'diaye (15 yanvar 2000) — Seneqallı üzgüçü. Ava Li N'diaye Seneqalı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ava Li N'diaye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona çatdıra bilmədi və yarımfinala vəsiqə qazanmadı.