avrovalyuta
avstraliyalı
OBASTAN VİKİ
Congratulations (Avroviziya)
Congratulations: 50. İl Avroviziya Mahnı Müsabiqəsi 22 oktyabr 2005-ci il tarixində AYB tərəfindən keçirilmişdir. Müsabiqənin keçirilmə yeri Danimarkanın paytaxtı Kopenhagen olmuşdur. Müsabiqədə 14 mahnı iştirak etmişdir. Müsabiqənin aparıcıları Katrina Leskanich və Renārs Kaupers olmuşdur. Müsabiqə Avroviziya Mahnı Müsabiqəsinin 50 illiyinə həsr olunmuşdur. Müsabiqənin keçirilməsini məqsədi 50 ilin ən yaxşı Avroviziya Mahnısının bilmək idi. Müsabiqənin qalibi İsveçi təmsil edən ABBA qrupunun Waterloo mahnısı olmuşdur.
Avroviziya
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Avroviziya 1956
Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
Avroviziya 1957
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur. Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir. Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
Avroviziya 1958
1958 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1958; fr. Concours Eurovision de la chanson 1958) — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir. Kori Brokkenin "Net als toen" mahnısı ilə 1957 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1958-ci ildə Niderland müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur.
Avroviziya 1959
1959 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1959; fr. Concours Eurovision de la chanson 1959) — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün "Dors, Mon Amour" mahnısı ilə 1958 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1959-cu ildə Fransa müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.
Avroviziya 1960
1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
Avroviziya 1961
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
Avroviziya 1962
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
Avroviziya 1963
1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur.
Avroviziya 1964
1964 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1964; fr. Concours Eurovision de la chanson 1964) — sayca 9-cu Avroviziya Mahnı Müsabiqəsidir. Qrete İnqmann və Yörqen İnqmann duetinin ifa etdikləri "Dansevise" adlı mahnı ilə 1963 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan Danimarka 1964-cü ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Kopenhagen şəhərində Tivolis konsert zalında keçirilmişdir. Müsabiqə 1964-cü ilin 21 mart tarixində baş tutmuşdur. 1964-cü ildə Portuqaliya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə müsabiqədə iştirakdan imtina etdi. 16 ölkənin iştirak etdiyi müsabiqədə İtaliya təmsilçisi Cilyola Çinkvetti ifa etdiyi "Non ho l'età" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1964-ün qalibi olmuşdur. Bu İtaliyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqənin lent yazısı günümüzə qədər gəlib çıxmamışdır.
Avroviziya 1965
1965 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1965; fr. Concours Eurovision de la chanson 1965) — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi "Non ho l'età" adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan İtaliya 1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Neapol şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur. 1965-ci ildə İrlandiya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1965-in qalibi olmuşdur. Bu Lüksemburqun Avroviziyada ikinci qalibiyyəti idi.
Avroviziya 1966
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1966; fr. Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
Avroviziya 1967
1967 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1967; fr. Concours Eurovision de la chanson 1967) — sayca 12-ci Avroviziya Mahnı Müsabiqəsidir. Udo Yürqensin ifa etdiyi "Merci, Chérie" mahnısı ilə 1966 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1967-ci ildə Avstriya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Vyana şəhərində Großer Festsaal der Wiener Hofburg-da keçirilmişdir. Müsabiqə 1967-ci ilin 8 aprel tarixində baş tutmuşdur. 1967-ci ildə Danimarka Avroviziyada iştirakdan imtina etdi və dövlət kanalı buna əsas səbəb olaraq maliyyə problemlərini göstərdi. Ölkə müsabiqəyə bir daha 1978-ci ildə qayıtdı. 17 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçisi Sendi Şou ifa etdiyi "Puppet on a String" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1967-nin qalibi olmuşdur. Bu Avroviziyaya artıq iki dəfə ev sahibliyi etmiş Böyük Britaniyanın müsabiqədə ilk qalibiyyəti idi.
Avroviziya 1968
1968 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1968; fr. Concours Eurovision de la chanson 1968) — sayca 13-cü Avroviziya Mahnı Müsabiqəsidir. Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə 1967 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1968-ci ildə Böyük Britaniya müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Albert Hall-da keçirilmişdir. Müsabiqə 1968-ci ilin 6 aprel tarixində baş tutmuşdur. Bu müsabiqə rəngli yayımlanan ilk Avroviziya Mahnı Müsabiqəsi olaraq tarixə düşmüşdür. 17 ölkənin iştirak etdiyi müsabiqədə İspaniya təmsilçisi Massiel ifa etdiyi "La, la, la" mahnısı ilə cəmi bir səs fərqi ilə Avroviziya 1968-in qalibi olmuşdur. Bu İspaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqədə qalib gələn mahnı "La, la, la" Avroviziya səhnəsində əslində tanınmış ispan müğənnisi olan Xuan Manuel Serrat tərəfindən ifa edilməli olduğu halda, Serratın mahnını Katalan dilində ifa etmək istəyi müğənninin İspaniya dövlət kanalı tərəfindən müsabiqədə iştirakdan kənarlaşdırılmasına səbəb olmuşdur.
Avroviziya 1969
1969 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1969; fr. Concours Eurovision de la chanson 1969) — sayca 14-cü Avroviziya Mahnı Müsabiqəsidir. Massielin ifa etdiyi "La, la, la" mahnısı ilə 1968 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1969-cu ildə İspaniya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Madrid şəhərində Teatro Real arenasında keçirilmişdir. Müsabiqə 1969-cu ilin 29 mart tarixində baş tutmuşdur. Həmin dövrdə İspaniyada hökm sürən diktator rejiminə etiraz olaraq Avstriya ölkədə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. 16 ölkənin iştirak etdiyi Avroviziya 1969-da dörd ölkə (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) hər biri səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, gecənin sonunda hər bir dörd ölkənin təmsilçiləri qalib elan edilmişdirlər.
Avroviziya 1970
1970 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1970; fr. Concours Eurovision de la chanson 1970) — sayca 15-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1969 Avroviziya Mahnı Müsabiqəsində dörd ölkənin (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) qələbə qazanmasının ardınca hansı ölkənin növbəti müsabiqəyə ev sahibliyi edəcəyi maraq doğururdu. Belə ki, İspaniyanın 1969-cu ildə, Böyük Britaniyanın isə 1968-ci ildə müsabiqəyə ev sahibliyi etdiyinə görə ortada iki seçim olaraq Fransa və Niderland qalırdı. Nəticə olaraq, Avropa Yayımlar İttifaqının rəsmi açıqlamasında Niderlandın Avroviziyaya ikinci dəfə ev sahibliyi edəcəyi təsdiqlənmişdir. Müsabiqə ölkənin paytaxtı Amsterdam şəhərində “Rai Congrescentrum” arenasında keçirilmişdir. Müsabiqə 1970-ci ilin 21 mart tarixində baş tutmuşdur. Ötən ilki müsabiqənin nəticələrindən narazı olan Finlandiya, İsveç, Norveç və Portuqaliya Avroviziya 1970-də iştirakdan imtina etmişdir. Müsabiqədə cəmi 12 ölkənin iştirak etmişdir və bu iştirakçı sayına görə 1959-cu ildən bəri ən aşağı göstərici idi.
Avroviziya 1971
1971 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1971; fr. Concours Eurovision de la chanson 1971) — sayca 16-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə 1970 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1971-ci ildə İrlandiya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində Gaiety Theatre arenasında keçirilmişdir. Müsabiqə 1971-ci ilin 3 aprel tarixində baş tutmuşdur. Bu İrlandiya dövlət kanalı RTÉ-nin yayımladığı ilk rəngli proqramm olaraq tarixə düşmüşdür. 1971-ci ildə Malta adası Avroviziyaya ilk dəfə qoşuldu. Eyni zamanda Avstriya iki illik, Finlandiya, İsveç, Norveç və Portuqaliya isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Monako təmsilçisi Severin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə Avroviziya 1971-in qalibi olmuşdur.
Avroviziya 1972
1972 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1972; fr. Concours Eurovision de la chanson 1972) — sayca 17-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1971 Avroviziya Mahnı Müsabiqəsində Avropanın cırtdan ölkələrindən biri olan Monako Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə müsabiqədə ilk dəfə qalib gəlmişdi. Bu qələbənin ardınca 1972-ci ildə müsabiqəyə ilk dəfə ev sahibliyi etməli olan Monako knyazlığının şahzadəsi III Renye Monakonun maliyyə cəhətdən Avroviziya kimi böyük müsabiqəyə ev sahibliyi etməyə hazır olmadığını bəyan edərək, müsabiqəyə ev sahibliyindən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Birləşmiş Krallıq dördüncü dəfə öz üzərinə götürmüşdür. BBC ev sahibi şəhər olaraq Şotlandiyanın paytaxtı Edinburqu seçmişdir. Beləliklə Avroviziya 1972 Edinburqda yerləşən Usher konsert zalında keçirilmişdir. Müsabiqə 1972-ci ilin 25 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Viki Leandros ifa etdiyi "Après toi" mahnısı ilə Avroviziya 1972-nin qalibi seçilmişdir.
Avroviziya 1973
1973 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1973; fr. Concours Eurovision de la chanson 1973) — sayca 18-ci Avroviziya Mahnı Müsabiqəsidir. Viki Leandrosun ifa etdiyi "Après toi" mahnısı ilə 1972 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1973-cü ildə Lüksemburq müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1973 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" arenasında keçirilmişdir. Müsabiqə 1973-cü ilin 7 aprel tarixində baş tutmuşdur. 1973-cü ildə İsrail Avroviziyaya ilk dəfə qoşuldu. Avstriya və Malta isə müsabiqədə iştirakdan imtina etdi. Ümumilikdə 17 ölkənin iştirak etdiyi müsabiqədə ev sahibi olan Lüksemburqun təmsilçisi Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə İspaniya təmsilçisindən cəmi dörd xalla irəli keçərək, Avroviziya 1973-ün qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada dördüncü qalibiyyəti idi.
Avroviziya 1974
1974 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1974; fr. Concours Eurovision de la chanson 1974) — sayca 19-cu Avroviziya Mahnı Müsabiqəsidir. Ann-Mari Davidin ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə 1973 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1974-cü ildə müsabiqəyə dördüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Lüksemburqun dövlət kanalı ölkənin iki il ard-arda müsabiqəyə ev sahibliyi etməyə maliyyə cəhətdən hazır olmadığını açıqlamışdır. Beləliklə Lüksemburqun Avroviziya 1974-ə ev sahibliyi etməkdən imtina etməsi ilə birlikdə müsabiqəyə ev sahibliyini Böyük Britaniya beşinci dəfə öz üzərinə götürmüşdür. Müsabiqə İngiltərənin Brayton kurortunda Brayton Dome arenasında keçirilmişdir. Müsabiqə 1974-cü ilin 6 aprel tarixində baş tutmuşdur. 1974-cü ildə Yunanıstan Avroviziyaya ilk dəfə qoşuldu. Fransa prezidenti Jorj Pompidunun Avroviziya 1974 ərəfəsində dünyasını dəyişməsi səbəbindən ölkənin dövlət kanalı Braytonda keçirilən müsabiqədə iştirak etməmək qərarına gəldi. Fransanı müsabiqədə Dani "La vie à vingt-cinq ans" mahnısı ilə təmsil etməli idi.
Avroviziya 1975
1975 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1975; fr. Concours Eurovision de la chanson 1975) — sayca 20-ci Avroviziya Mahnı Müsabiqəsidir. Dünyaca məşhur ABBA qrupunun ifa etdiyi "Waterloo" mahnısı ilə 1974 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1975-ci ildə İsveç müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Stokholm şəhərində Stockholmsmässan arenasında keçirilmişdir. Müsabiqə 1975-ci ilin 22 mart tarixində baş tutmuşdur. 1975-ci ildə Türkiyə Avroviziyaya ilk dəfə qoşuldu. Yunanıstan isə Türkiyənin müsabiqədəki iştirakına etiraz olaraq Avroviziya 1975-də imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. Eyni zamanda Fransa bir illik, Malta isə iki illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Niderland təmsilçiləri olan Teach-In qrupu ifa etdikləri "Ding-a-Dong" adlı mahnı qalib gəlmişdirlər.
Avroviziya 1976
1976 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1976; fr. Concours Eurovision de la chanson 1976) — sayca 21-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teach-In qrupunun ifa etdiyi "Ding-a-Dong" mahnısı ilə 1975 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1976-cı ildə Niderland müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada Nederlands Congresgebouw arenasında keçirilmişdir. Müsabiqə 1957 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Kori Brokkenin aparıcılığı ilə 1976-cı ilin 3 aprel tarixində baş tutmuşdur. 1976-cı ildə Avstriya üç illik, Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Yunanıstanın müsabiqəyə qayıtması ilə Türkiyə Avroviziya 1976-da iştirakdan imtina etmişdir. Eyni zamanda İsveç və Malta adası maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdirlər. Malta 1991-ci ilədək Avroviziyaya qayıtmadı.
Avroviziya Rəqs
Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest) — Avroviziya müsabiqələrindən biri. 2007, 2008-ci illərdə Böyük Britaniyada keçirilən rəqs müsabiqəsi. Müsabiqədə telesəslərlə yanaşı münsif səsləri də hesablanır. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə qalib ölkənin növbəti il müsabiqəyə ev sahibliyi etməsi məcburi deyil.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Azərbaycan 2008 Avroviziya Mahnı Müsabiqəsində
Azərbaycan 2008 Avroviziya Mahnı Müsabiqəsində Day After Day mahnısı ilə təmsil olundu. 2 fevral 2008-ci il tarixində Heydər Əliyev adına İdman Konset Kompleksində “A Land of Fire” adlı bir şou keçirildi ki, həmin şouda 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyi məlum oldu. Həmin şoudan sonra bilindi ki, Azərbaycanı 2008 Avroviziya Mahnı Müsabiqəsində Elnur Hüseynov və Samir Cavadzadə təmsil edəcək. Müsabiqəni Azərbaycanda İctimai Televiziya yayımladı. Müsabiqəni Hüsniyə Məhərrəmova şərh etdi. Azərbaycanın verdiyi xalları isə Leyla Quliyeva səsləndirdi.
Azərbaycan 2008 Avroviziya Rəqs Müsabiqəsində
Azərbaycanı 2008 Avroviziya Rəqs Müsabiqəsində Azərbaycanı Eldar Cəfərov və Anna Sajina təmsil etdi. Sentyabrın 6-da keçirilmiş müsabiqədə Azərbaycan 5-ci yeri tutdu. Musiqi: Cütlük Sara Braytman və Stiv Harlinin ifa edəcəkləri "Opera Fantomu" adlı məşhur myuzikldan bir musiqi parçası altında rəqs edib. Musiqi Azərbaycanın milli aləti olan tarla sintez olunub. Rəqs: Qaydaya əsasən cütlüklər ancaq bir rəqs nümayiş etdirə bilərlər. Rəqsdə Pasodabl (Latın Amerikası rəqsi), "Odlar yurdu" (Milli rəqs), Rumba (Latın Amerikası rəqsi) və "Tanqo"nun (Bal rəqsi) elementləri də öz əksini tapıb. Geyim: Cütlüyün geyimləri də milli üslübda olacaq. Eldar qızılı rənglə işlənmiş velvet geyimdə, Anna isə ağ rəngli paltarda səhnəyə çıxıb.
Azərbaycan 2009 Avroviziya Mahnı Müsabiqəsində
Azərbaycanı 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə və Arəş birlikdə ifa etdikləri Always (Azərbaycanca:"Həmişə") mahnısı ilə təmsil etdilər. 2009-cu ildə milli seçimdə Azəri Star, Yeni Ulduz və bir neçə başqa televiziya mahnı müsabiqələrinin iştirakçıları olmuş müğənnilər iştirak edirdi. İctimai Televiziya isə 2009-cu il yanvarın 15-i təmsilçini dəqiqləşdirdi. Yanvarın 15-i İctimai Televiziyanın binasnda Azərbaycanı təmsil edən Aysel Teymurzadənin mətbuata tanıtım mərasimi keçirildi, lakin sonra Arəşin müəllifi olduğu mahnı ilə təmsil olunacağımız məlum olduqdan sonra həmin mahnını Arəşlə Ayselin birgə ifa edəcəkləri dəqiqləşdi. İsmayıl Ömərov – İTRYŞ-nin baş direktoru (sədr) Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru, professor İbrahim Quliyev – AMDF-nun icraçı direktoru Lalə Kazımova – Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti Murad Adıgözəlzadə – Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Mənzər Nurəliyeva – Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev – Gənclər və İdman Nazirliyinin nümayəndəsi Azərbaycan Böyük dördlük və ev sahibi Rusiyadan fərqli olaraq müsabiqədə II yarımfinalda iştirak etdi. Azərbaycanın II yarımfinaldakı çıxış nömrəsi 12-dir. Mayın 14-ü keçirilmiş II yarımfinalda Azərbaycan 180 xal toplayaraq 2-ci oldu. Mayın 16-da keçirilmiş müsabiqənin final mərhələsində isə Azərbaycan 11-ci nömrə altında çıxış etdi. Finalda Azərbaycan 207 xal toplayaraq 3-cü oldu. Azərbaycana II yarımfinalda Albaniyadan başqa bütün ölkələr səs vermişdir.
Azərbaycan 2010 Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya 2010 müsabiqəsində Azərbaycan təmsilçisinin adının nə vaxt bilinəcəyi məlum deyil. Seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçının video yazıları yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirilib. Yarımfinal mərhələsi fevralın 2-də Buta Palasda keçirilib. Seçim tam olaraq Avroviziya formatı ilə təşkil olunub. Bu mərhələ televiziya və internet vasitəsilə yayımlanıb. İştirakçılara mahnını ifa etmək üçün 3 dəqiqə vaxt verilib və səhnədə maksimum altı nəfərin olması mümkün olub. Yarımfinal konsertində altı namizəddən üçü finala keçib. Final martın ikisi Buta Palasda təşkil olunub. 3 namizəd seçilmiş dörd mahnıdan üçünü ifa ediblər. 2010-cu ilin mayında keçiriləcək Avroviziya müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün yeni milli seçim həyata keçirilib.
Azərbaycan 2011 Avroviziya Mahnı Müsabiqəsində
Azərbaycan 2011 Avroviziya Mahnı Müsabiqəsində — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Azərbaycan 2012 Avroviziya Mahnı Müsabiqəsində
2012 Avroviziya Mahnı Müsabiqəsinin yarımfinalları 22 və 24 may, finalı isə 26 may 2012-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildi. Bu, sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsi idi. 2011-ci ildə Eldar və Nigarın səsləndirdiyi "Running Scared" mahnısı ilə birinci olan Azərbaycan Avroviziya Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq ev sahibliyi hüququnu qazandı.
Azərbaycan 2014 Avroviziya Mahnı Müsabiqəsində
Azərbaycan Danimarkanın 2014-cü ildə ev sahibliyi edəcəyi Avroviziya Mahnı Müsabiqəsinə qatılacaqdır. Azərbaycan təmsilçisi İctimai Televiziya (İTV) tərəfindən təşkil olunmuş Böyük Səhnə yarışması vasitəsilə seçiləcək. Kastinqlər ərzində jüri 12 namizəd seçməli idi. Amma seçimlərin çox çətin olduğunu qeyd edən jüri heyəti bu sayı 14 namizəd yerinə qaldırdı. Aşağıdakı 14 namizəd ilkin turlarda seçilərək növbəti mərhələyə keçmişlər: 1. Wave Wave qrupu (Bakı) 2. Valeriya Hüseynzadə (Bakı) 3. Samirə Əfəndiyeva (Bakı) 4. Lalə Sultan (Bakı) 5. Xana Həsənova (Bakı) 6.
Azərbaycan 2015 Avroviziya Mahnı Müsabiqəsində
Hour Of The Wolf — Azərbaycanı 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Elnur Hüseynov ifa edib. Bəstəkarları Nikolaz Rebsçer, Niklas Lif və Lina Hanson, sözlərinin müəllifi isə Sandra Bjurman, Nikolaz Rebsçer, Niklas Lif və Lina Hansondur. Finalda 49 xalla 12-ci pillədə qərarlaşdı.
Azərbaycan 2016 Avroviziya Mahnı Müsabiqəsində
Miracle (azərb. Möcüzə‎) — Azərbaycanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Səmra Rəhimli "Miracle" mahnısı ilə Azərbaycanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Amir Ali, Yakob "Jakke" Eriksson və Henrik Vikström tərəfindən bəstələnmişdir.
Azərbaycan 2017 Avroviziya Mahnı Müsabiqəsində
Skeletons (azərb. Skeletlər‎) - azərbaycanlı müğənni DiHaj tərəfindən ifa edilmiş mahnı. Müğənni bu mahnı ilə, Azərbaycanı Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 11 mart 2017-ci ildə təqdim edilən mahnı, 15 mart 2017-ci ildə dijital yükləməyə çıxarılmışdır. Mahnı, 2011-ci ildə Azərbaycana qələbə gətirmiş Running Scared mahnısının da müəllifləri olan İsa Məlikov və Sandra Byurman tərəfindən yazılmışdır.
Azərbaycan 2018 Avroviziya Mahnı Müsabiqəsində
2018 Avroviziya Mahnı Müsabiqəsi, yarım finalları 8 və 10, finalı isə 12 May 2018-ci il tarixində Portuqaliyaın paytaxtı Lissabon şəhərində keçirildi. X My Heart (azərb. Qəlbimdən keçdim‎) — Azərbaycanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısını səsləndirən Aysel Məmmədova finala keçə bilmədi. 50% münfis, 50% SMS səsverməsi əsasında keçirilir.
Azərbaycan 2019 Avroviziya Mahnı Müsabiqəsində
2019 Avroviziya Mahnı Müsabiqəsi, yarım finalları 14 və 16, finalı isə 18 May 2019-ci il tarixində İsrailin Təl-Əviv şəhərində keçirildi. Truth (azərb. Həqiqət‎) — Azərbaycanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısını səsləndirən Çingiz Mustafayev (müğənni) finalda 302 xalla 8-ci yeri tutdu. 50% münfis, 50% SMS səsverməsi əsasında keçirilir.
Azərbaycan 2020 Avroviziya Mahnı Müsabiqəsində
2020 Avroviziya Mahnı Müsabiqəsi, yarım finalları 12 və 14, finalı isə 16 May 2020-ci il tarixində Niderlandın Rotterdam şəhərində keçiriləcək. Cleopatra (azərb. Kleopatra‎) — Azərbaycanın 2020 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısını Samirə Əfəndi səsləndirəcək. 50% münfis, 50% SMS səsverməsi əsasında keçirilir.
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyasılı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı "Odlar Yurdu"-na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısı ilə 4-cü yeri tutdu. Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov "Hold Me" mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütamadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ilsə isə Səmra Rəhimli 17-ci yeri tutdu.
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Azərbaycan Uşaq Avroviziya Mahnı Müsabiqəsində — Azərbaycan bu müsabiqədə ilk dəfə 2012-ci ildə iştirak etmişdir. Azərbaycanın ilk Uşaq Avroviziyasındakı ilk təmsilçiləri İctimai Televiziya tərəfindən seçilən Ömər Sultanov və Suada Ələkbərova olmuşdur. Niderlandın paytaxtı Amsterdamda keçirilən 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin yeganə dueti, Azərbaycan təmsilçiləri Ömər və Suada HMH arenasında 3-cü səhnə almışdır. "Girls and Boys (Dünya Sənindir)" adlı mahnı ilə çıxış edən duet nəticədə 49 xalla 11-ci yerdə qərarlaşmışdır. Növbəti illərdə müsabiqədə iştirak etməyən Azərbaycan 2018-ci ildə Uşaq Avroviziyasına geri dönmüşdür. Minskdə keçirilən müsabiqədə ölkəni "I Wanna Be Like You" mahnısı ilə Fidan Hüseynova təmsil etmişdir. 20 ölkənin iştirakı ilə keçirilən yarışmada Azərbaycan təmsilçisi 47 xalla 16-cı yerdə qərarlaşmışdır. Parisdə keçirilən Uşaq Avroviziyası 2021-də Azərbaycanı Sona Əzizova "One of Those Days" mahnısı ilə təmsil etmiş və 151 xalla 5-ci yerdə qərarlaşaraq Azərbaycanın müsabiqədə iştirakı tarixində ən yaxşı nəticəni əldə etmişdir.
Azərbaycan Avroviziya Rəqs Müsabiqəsində
Azərbaycan Avroviziya Rəqs Müsabiqəsində 2008-ci ildən etibarən iştirak edir. İndiyə qədər bir dəfə iştirak edib və həmin müsabiqədə 5-ci yer tutub. 2010-cu ildə isə müsabiqəyə ev sahibliyi edəcək.
Azərbaycan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Azərbaycan Uşaq Avroviziya Mahnı Müsabiqəsində — Azərbaycan bu müsabiqədə ilk dəfə 2012-ci ildə iştirak etmişdir. Azərbaycanın ilk Uşaq Avroviziyasındakı ilk təmsilçiləri İctimai Televiziya tərəfindən seçilən Ömər Sultanov və Suada Ələkbərova olmuşdur. Niderlandın paytaxtı Amsterdamda keçirilən 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin yeganə dueti, Azərbaycan təmsilçiləri Ömər və Suada HMH arenasında 3-cü səhnə almışdır. "Girls and Boys (Dünya Sənindir)" adlı mahnı ilə çıxış edən duet nəticədə 49 xalla 11-ci yerdə qərarlaşmışdır. Növbəti illərdə müsabiqədə iştirak etməyən Azərbaycan 2018-ci ildə Uşaq Avroviziyasına geri dönmüşdür. Minskdə keçirilən müsabiqədə ölkəni "I Wanna Be Like You" mahnısı ilə Fidan Hüseynova təmsil etmişdir. 20 ölkənin iştirakı ilə keçirilən yarışmada Azərbaycan təmsilçisi 47 xalla 16-cı yerdə qərarlaşmışdır. Parisdə keçirilən Uşaq Avroviziyası 2021-də Azərbaycanı Sona Əzizova "One of Those Days" mahnısı ilə təmsil etmiş və 151 xalla 5-ci yerdə qərarlaşaraq Azərbaycanın müsabiqədə iştirakı tarixində ən yaxşı nəticəni əldə etmişdir.
Belçika 1956 Avroviziya Mahnı Müsabiqəsində
Belçika 1956 Avroviziya Mahnı Müsabiqəsində — Belçika 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Belçikanı 1956 Avroviziya Mahnı Müsabiqəsində iki müğənni təmsil etmişdir. Fud Leklerk "Messieurs les noyés de la Seine" mahnısı ilə çıxış etmişdir. Moni Mark isə "Le plus beau jour de ma vie" mahnısını ifa etmişdir. Heç biri qalib olmamışdır. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Belçika 2010 Avroviziya Mahnı Müsabiqəsində
Belçikanı 2010 Avroviziya Mahnı Müsabiqəsində Tom Dice təmsil edəcək. O, müsabiqədə "Me and My Guitar" mahnısını ifa edəcək.
Belçika 2012 Avroviziya Mahnı Müsabiqəsində
Belçika 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Birləşmiş Krallıq Avroviziya Mahnı Müsabiqəsində
Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1957-ci ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Böyük Britaniya 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Britaniya Avroviziyada beş dəfə qələbə qazanmış, on beş dəfə ikinci, iki dəfə üçüncü və ümumilikdə iyirmi yeddi dəfə ilk beşlikdə yer almışdır. Müsabiqəyə qatıldığı ildən sonra yalnız bir dəfə 1958-ci ildə Avroviziyaya qatılmaqdan imtina etmiş və növbəti ildə yenidən müsabiqəyə geri dönmüşdür. Böyük Britaniya Almaniya, İtaliya, Fransa və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. Böyük Britaniya ilk dəfə Avroviziyada 1967-ci ildə Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə qələbə qazanmışdır. Bir il sonra 1969-cu ildə ölkəni müsabiqədə təmsil edən Lulu ifa etdiyi "Boom Bang-a-Bang" mahnısı ilə Böyük Britaniyaya ikinci qalibiyyəti gətirmişdir. Lakin həmin müsabiqədə Britaniya təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniya və Niderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar.
Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsində
Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1957-ci ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Böyük Britaniya 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Britaniya Avroviziyada beş dəfə qələbə qazanmış, on beş dəfə ikinci, iki dəfə üçüncü və ümumilikdə iyirmi yeddi dəfə ilk beşlikdə yer almışdır. Müsabiqəyə qatıldığı ildən sonra yalnız bir dəfə 1958-ci ildə Avroviziyaya qatılmaqdan imtina etmiş və növbəti ildə yenidən müsabiqəyə geri dönmüşdür. Böyük Britaniya Almaniya, İtaliya, Fransa və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. Böyük Britaniya ilk dəfə Avroviziyada 1967-ci ildə Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə qələbə qazanmışdır. Bir il sonra 1969-cu ildə ölkəni müsabiqədə təmsil edən Lulu ifa etdiyi "Boom Bang-a-Bang" mahnısı ilə Böyük Britaniyaya ikinci qalibiyyəti gətirmişdir. Lakin həmin müsabiqədə Britaniya təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniya və Niderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar.
Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində
Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Danimarka Avroviziya Mahnı Müsabiqəsində
Danimarka Avroviziya Mahnı Müsabiqəsinə 1957-ci ildə qoşulmuş və ümumilikdə 48 dəfə iştirak etmişdir. Ölkə 1966-cı ilədək hər il müsabiqədə iştirak etmiş, lakin 1967-1977-ci illərdə Avroviziyada iştirak etməmişdir. 1978-ci ildən bəri isə müsabiqədə yalnız dörd dəfə iştirak etməmişdir. Danimarka Avroviziyada iştirak etdiyi illər ərzində 3 dəfə qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan DR telekanalı Danimarkanın Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Dansk Melodi Grand Prix mahnı yarışması vasitəsilə seçir. Danimarka Avroviziyada ilk qələbəsini 1963-cü ildə Qrete və Yörqen İnqmann duetinin səsləndirdiyi "Dansevise" mahnısı ilə, ikinci qalibiyyətini 2000-ci ildə Olsen Brothers qrupunun ifa etdiyi "Fly on the Wings of Love" mahnısı ilə və ən son qalibiyyətini isə 2013-cü ildə Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə qazanmışdır. QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.