1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
1962 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 18 mart 1962 |
Aparıcı(lar) | Mirey Delanua |
Kanal | CLT |
Keçirilən yer | Villi Luvinyi, Lüksemburq şəhəri, Lüksemburq |
Qalib mahnı | Fransa "Un Premier Amour" |
Seçki sistemi | Hər ölkədən 10 münsif vardı və onlar 3 favorit mahnıya 3, 2 və 1 xal verə bilərdi |
İştirakçıların sayı | 16 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1961 1963 ► |
# | Ölkə | Dil | Müğənni | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
1 | Finlandiya | Fincə | Marion Runq | "Tipi-tii" | Şən civilti | 7 | 4 |
2 | Belçika | Fransızca | Fud Leklerk | "Ton nom" | Sənin adın | 13 | 0 |
3 | İspaniya | İspanca | Viktor Balaqer | "Llámame" | Məni səslə | 13 | 0 |
4 | Avstriya | Almanca | Eleonor Şvarts | "Nur in der Wiener Luft" | Yalnız Vyana havasında | 13 | 0 |
5 | Danimarka | Danca | Ellen Vinter | "Vuggevise" | Lay-lay | 10 | 2 |
6 | İsveç | İsveçcə | İnqer Berqqren | "Sol och vår" | Günəş və yaz | 7 | 4 |
7 | Almaniya | Almanca | Konni Froboess | "Zwei kleine Italiener" | İki balaca italyan | 6 | 9 |
8 | Niderland | Niderlandca | De Spelbrekers | "Katinka" | Katinka | 13 | 0 |
9 | Fransa | Fransızca | İzabel Obre | "Un premier amour" | İlk sevgi | 1 | 26 |
10 | Norveç | Norveçcə | İnqer Yakobsen | "Kom sol, kom regn" | Günəş, gəl, Yağış, gəl | 10 | 2 |
11 | İsveçrə | Fransızca | Jan Filip | "Le retour" | Qayıdış | 10 | 2 |
12 | Yuqoslaviya | Serbcə | Lola Novakoviç | "Ne pali svetlo u sumrak" | Zülmətdə işıq yandırma | 4 | 10 |
13 | Böyük Britaniya | İngiliscə | Ronni Karrol | "Ring-A-Ding Girl" | Gözəlçə | 4 | 10 |
14 | Lüksemburq | Fransızca | Kamillo Felqen | "Petit bonhomme" | Balaca oğlan | 3 | 11 |
15 | İtaliya | İtalyanca | Klaudio Villa | "Addio, addio" | Sağ ol, Sağ ol | 9 | 3 |
16 | Monako | Fransızca | Fransua Deqel | "Dis rien" | Heçnə demə | 2 | 13 |