1971 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1971; fr. Concours Eurovision de la chanson 1971) — sayca 16-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə 1970 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1971-ci ildə İrlandiya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində Gaiety Theatre arenasında keçirilmişdir. Müsabiqə 1971-ci ilin 3 aprel tarixində baş tutmuşdur.
1971 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 3 aprel 1971 |
Aparıcı(lar) | Bernadett Ni Qallkuar |
Kanal | RTÉ |
Keçirilən yer | Gaiety Theatre, Dublin, İrlandiya |
Qalib mahnı | Monako "Un banc, un arbre, une rue" |
Seçki sistemi | Hər ölkədən 2 münsif var idi və hər bir münsif bütün mahnılara 1-5 arası xallar verirdi |
İştirakçıların sayı | 18 |
İlk dəfə iştirak edən ölkələr | Malta |
Yenidən iştirak edən ölkələr | Avstriya Finlandiya İsveç Norveç Portuqaliya |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1970 1972 ► |
Bu İrlandiya dövlət kanalı RTÉ-nin yayımladığı ilk rəngli proqramm olaraq tarixə düşmüşdür. 1971-ci ildə Malta adası Avroviziyaya ilk dəfə qoşuldu. Eyni zamanda Avstriya iki illik, Finlandiya, İsveç, Norveç və Portuqaliya isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Monako təmsilçisi Severin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə Avroviziya 1971-in qalibi olmuşdur. Bu Avropanın cırtdan ölkələrindən olan Monakonun Avroviziyada ilk və yeganə qalibiyyəti idi.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Avstriya | Almanca | Marianne Mendt | "Musik" | Musiqi | 16 | 66 |
02 | Malta | Maltaca | Coe Qrek | "Marija L-Maltija" | Maltalı Mariya | 18 | 52 |
03 | Monako | Fransızca | Severin | "Un banc, un arbre, une rue" | Skamya, ağac, küçə | 1 | 128 |
04 | İsveçrə | Fransızca | Peter, Syu və Mark | "Les illusions de nos vingt ans" | Bizim gənc möcüzələrimiz | 12 | 78 |
05 | Almaniya | Almanca | Katya Ebşteyn | "Diese Welt" | Bu dünya | 3 | 100 |
06 | İspaniya | İspanca | Karina | "En un mundo nuevo" | Yeni dünyada | 2 | 116 |
07 | Fransa | Fransızca | Serj Lama | "Un jardin sur la terre" | Yer üzündə bağ | 10 | 82 |
08 | Lüksemburq | Fransızca | Monik Melsen | "Pomme, pomme, pomme" | Alma, alma, alma | 13 | 70 |
09 | Böyük Britaniya | İngiliscə | Kloda Rocers | "Jack in the Box" | Cek qutudadır | 4 | 98 |
10 | Belçika | Niderlandca | Lili Kastel və Jak Reymond | "Goeiemorgen, morgen" | Sabahın xeyir, səhər | 14 | 68 |
11 | İtaliya | İtalyanca | Massimo Ranieri | "L'amore è un attimo" | Sevgi anidir | 5 | 91 |
12 | İsveç | İsveçcə | Family Four | "Vita vidder" | Ağ boşluq | 6 | 85 |
13 | İrlandiya | İngiliscə | Ancela Farrell | "One Day Love " | Bir günlük sevgi | 11 | 79 |
14 | Niderland | Niderlandca | Saskiya və Serj | "Tijd" | Zaman | 6 | 85 |
15 | Portuqaliya | Portuqalca | Tunişa | "Menina do alto da serra" | Dağın zirvəsindən qız | 9 | 83 |
16 | Yuqoslaviya | Xorvatca | Krunoslav Slabinaç | "Tvoj dječak je tužan" | Sən sevdiyin oğlan qəmgindir | 14 | 68 |
17 | Finlandiya | Fincə | Markku Aro və Koivistolaiset | "Tie uuteen päivään" | Yeni günə yol | 8 | 84 |
18 | Norveç | Norveçcə | Hanne Kroq | "Lykken er" | Xoşbəxtlik | 17 | 65 |