AVTOVAĞZAL

сущ. автовокзал. Şəhərlərarası avtovağzal междугородный автовокзал
AVTOTURİZM
AVTOYÜKLƏMƏ
OBASTAN VİKİ
Avtovağzal
Avtovağzal — şəhərlərarası və şəhərətrafı avtobus marşrutları sərnişinlərinə xidmət göstərmək üçün şəhərlərdə yaradılan tikililər kompleksi. Avtovağzal sərnişin binası, daxili nəqliyyat ərazisi və vağzalyanı sahədən ibarətdir. Avtovağzal binasında bilet kassaları olan sərnişin zalı, uşaqlı sərnişinlər üçün otaq, əl yüklərinin saxlanması üçün kamera, kafe, sanitariya qovşağı, həmçinin inzibati otaqlar olur. Avtovağzalın daxili nəqliyyat ərazisində sərnişinlərin minib-düşməsi üçün perronlar, reysarası müddətlərdə avtobuslar üçün dayanacaq maşının nəzərdə keçirilməsi və kuzovunun yuyulması üçün meydança (zəruri hallarda) var. Avtovağzal ərazisində avtobusların hərəkəti dispetçer pultundan işıq siqnalları və avtomatik qurğular (avtobuslara miniyin başlanmasını və qurtarmasını qeydə alan) vasitəsilə idarə olunur. Böyük avtovağzalların dispetçer məntəqəsində televiziya qurğusu da qoyulur. == İstinadlar == == Əlavə ədəbiyyat == Avtovağzal // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Avtovağzal metrostansiyası
Avtovağzal metrostansiyası — Bakı metrosunun 19 aprel 2016-cı ildə istifadəyə verilən stansiyası. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun Koroğlu operasında Arazbarı zərbi muğamından fraqment səslənir. == Tarixi == Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun "Nəsimi" stansiyasının açılışı zamanı vermişdi. Stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işləri "Bakımetrolayihə" İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, "Avtovağzal" stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm "Avtovağzal", həm də "Memar Əcəmi" stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzalı — Bakıda, Azərbaycan Respublikasının şəhər və rayon əhalisinə sərnişindaşıma xidməti göstərən, sərnişin daşımaları sahəsində avtobus marşrutları şəbəkəsinin tənzimlənməsi kimi tədbirləri həyata keçirən dövlət əhəmiyyətli obyektlərdən biri. Bakı şəhəri marşrutlarında gün ərzində 4000-ə yaxın müxtəlif avtobuslarla sərnişinlərə xidmət göstərilir. Bakı şəhər beynəlxalq və şəhərlərarası avtovağzalından respublikanın rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500–550 avtobus yola düşür ki, bu da 350 minə qədər sərnişin daşınması deməkdir.
Bakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı — Bakıda, Azərbaycan Respublikasının şəhər və rayon əhalisinə sərnişindaşıma xidməti göstərən, sərnişin daşımaları sahəsində avtobus marşrutları şəbəkəsinin tənzimlənməsi kimi tədbirləri həyata keçirən dövlət əhəmiyyətli obyektlərdən biri. Bakı şəhəri marşrutlarında gün ərzində 4000-ə yaxın müxtəlif avtobuslarla sərnişinlərə xidmət göstərilir. Bakı şəhər beynəlxalq və şəhərlərarası avtovağzalından respublikanın rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500–550 avtobus yola düşür ki, bu da 350 minə qədər sərnişin daşınması deməkdir.
Belqrad Avtovağzalı
Belqrad Avtovağzalı (serb. Београдска аутобуска станица) — Serbiyada ən böyük sərnişin avtovağzal kompleksi. O cümlədən bir avtobus parkı və iki avtobus terminalına sahibdir. Belqrad dairəsinin Savski-Venac icmasında yerləşir. Stansiyanın təməlinin rəsmi tarixi 3 mart 1966-cı ildir. Bununla belə avtovağzal təkcə Yuqoslaviyaya deyil, həm də Cənub-Şərqi Avropanın digər ölkələrinə nəql olunan böyük Lasta avtobus şirkətinin ehtiyacları üçün qurulmuşdur. Stansiya binasının özü ilə yanaşı sərnişinləri doldurmaq və boşaltmaq üçün 40 platforma, platformaya giriş yolları, 40 bilet kassası, çağrı mərkəzi, ictimai iaşə mərkəzi, avtobuslar üçün 100 dayanacaq yeri, iki avtomobil yuyucusu sexi və yanacaqdoldurma məntəqəsi qurulur. Belqrad avtovağzalı nəqliyyat xidmətləri göstərir. Şəhərlərarası və beynəlxalq xətlər boyunca sərnişin daşıyır: Serbiyanın bütün əsas şəhərlərinə marşrutları mövcuddur. Maşrutlar bütün keçmiş Yuqoslaviya respublikalarının, Almaniya, Avstriya, Fransa, Hollandiya, Belçika, İsveçrə və digər 17 Avropa ölkələrini əhatə edir.
Böyük İstanbul avtovağzalı
Böyük İstanbul avtovağzalı (türk. Büyük İstanbul Otogarı) və ya rəsmi adı ilə İstanbul 15 iyul demokratiya avtovağzalı (türk. İstanbul 15 Temmuz Demokrasi Otogarı) — Bayrampaşa ilçəsinin sərhədləri daxilində olmasına baxmayaraq, Əsənlər mərkəzinə çox yaxın olduğu üçün İstanbulun Avropa hissəsində yerləşən və Əsənlər Avtobus Terminalı olaraq da bilinən şəhərlərarası avtobus terminalı. 1980-ci illərdə Topqapıda yerləşən İstanbul Trakya Avtovağzalının kifayət etməməsindən sonra 1987-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə Böyük İstanbul Avtobus İdaretmələri ASC arasında imzalanan müqavilə ilə fəaliyyətə başladı. Türkiyənin və Avropanın ən böyük, dünyanın ən böyük 3. avtovağzalıdır. 2014-cü il etibarilə Büyük İstanbul avtovağzalında 168 ofisdə 324 avtobus şirkəti xidmət göstərirdi. Bundan əlavə, fərqli memarlığı ilə diqqəti cəlb edən Cümhuriyyət məscidi də avtobus terminalı içərisində yerləşir. Avtovağzalın adı 15 İyul çevriliş cəhdi zamanı həlak olan vətəndaşların xatirəsinə "İstanbul 15 iyul demokratiya avtovağzalı" olaraq dəyişdirildi. == Tarixçə == 1980-ci ildə, İstanbulun Avropa hissəsində yeni bir terminal tikməyə başladı.
Priştina Avtovağzalı

Значение слова в других словарях