Avtovağzal metrostansiyası — Bakı metrosunun 19 aprel 2016-cı ildə istifadəyə verilən stansiyası. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun Koroğlu operasında Arazbarı zərbi muğamından fraqment səslənir.
Avtovağzal metrostansiyası | ||||
---|---|---|---|---|
3-cü xətt | ||||
Bakı metrosu | ||||
Rayon | Binəqədi | |||
Yerləşməsi | 2-ci | |||
Açılış tarixi | 19 aprel 2016 | |||
İnşaat tipi | Yeraltı | |||
Platformaların sayı | 1 | |||
Çıxdığı küçələr | Sumqayıt magistralı | |||
Nəqliyyat | 83, 102, 119, 130, 135, 142, 157, 158, 199, 502, 503, 511, 515, 533, 551, 553, 567, 569, 592A, 595 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | Xocəsən, Memar Əcəmi-2 | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun "Nəsimi" stansiyasının açılışı zamanı vermişdi.[1]
Stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işləri "Bakımetrolayihə" İnstitutu tərəfindən yerinə yetirilib.
Layihəyə əsasən, "Avtovağzal" stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm "Avtovağzal", həm də "Memar Əcəmi" stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.
Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə "Avtovağzal" stansiyası kompleksinin ərazisində yerləşir.
19 aprel 2016-cı ildə Prezident İlham Əliyev və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov stansiyanın açılışında iştirak ediblər.
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |