Terminator 2: Axirət günü (film, 1990)
Terminator 2 (ing. Terminator 2: Judgment Day) — 1991-ci ildə ABŞ rejissoru Ceyms Kemeron tərəfindən fantastik janrda çəkilmiş filmlərdən biridir. Filmin distribütoru "TriStar Pictures" kinokompaniyasıdır. 1992-ci ildə Oskar mükafatının dörd kateqoriyası üzrə (Ən yaxşı səs, ən yaxşı səs montajı, ən yaxşı qrim və ən yaxşı vizual effektlər) mükafatı qazanmış və iki kateqoriyası üzrə (Ən yaxşı operator işi və ən yaxşı montaj) nominasiyaya layiq görülmüşdür.
Proqramçı Maylz Daysonun başçılığı altında «Kiberdayn Sistems» (ing. Cyberdyne Systems) korporasiyasının bir qrup mühəndisləri filmin ilk hissəsində məhv edilmiş T-800 robotun qalıqlarından prosessor hazırlamışlar. Bu prosessorun əsasında «Skaynet» (ing. Skynet) adlı süni yaddaş sistemi yaradılacaqdır və bu sistem idarədən çıxaraq, ABŞ-nin hərbi qüvvəsini ələ keçirəcəkdir. 1995-ci ilin avqust ayında «Skaynet» sistemi Rusiyaya nüvə silahı atacaq, Rusiya da öz növbəsində ona müqavimət göstərəcəkdir. Bu zaman "Axirət günü" yaxınlaşacaq və 3 milyard insan məhv olacaqdır.