Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Bağırsaq çöpləri
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır. Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir.
Gözləmə (Urmiya)
Gözləmə (az-əbcəd. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Perikraton çökəlmə
Perikraton çökəlmə – platformanın, onunla həmyaş geosinklinal vilayətin sərhədi boyu bir neçə geoloji dövr ərzində mövcud olmuş və qalın çökmə süxur seriyası ilə dolmuş uzunmüddətli çökəlmə zonası. Xainə görə (1964), perikraton çökəlmə bünövrə yatımının kəskin gömülmüş va daha cavan çöküntülər inkişaf etmiş (çökmə örtüyü) enli (1000 km-dək) zolağı. Qalxan və plitələrdən sonra bünövrənin üçüncü pilləsini təşkil edən bu zolaqlar, adətən plitələrdən bünövrə yarıqları sistemi ilə ayrılır. Kənar çökəklər perikraton çökəlmə xarici hissəsində təşəkkül tapır və çox vaxt birincilərin alt struktur mərtəbəsini təşkil edir. == Həmçinin bax == Platforma Çökmə süxurlar Çökək == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Önləmə təyyarəsi
Önləmə təyyarəsi (İngiliscə: Interceptor aircraft), düşmən təyyarələrinin vəzifələrini yerinə yetirməsinə maneə olmaq üçün yaradılmış olan təyyarə növüdür. Xüsusilə də, kəşfiyyat təyyarəsi və bombardmançı kimi müdafiəsiz təyyarələrə qarşı istifadə edilirlər. Çox yüksək performans üçün yaradılmış olan yüngül önləmə təyyarələri və hər bir hava şəraitində, gecə və uzun mənzildə xidmət edə bilən daha ağır önləmə təyyarələri olmaqla iki fərqli dizayn fəlsəfəsi ilə yaradıla bilər.
Məni daha gözləmə (mahnı)
College of Dunaújváros
Dunauyvaroş Universiteti (ing. University of Dunaújváros, mac. Dunaújvárosi Egyetem) — Budapeşt yaxınlığında Dunauyvaroş şəhərində yerləşən ali məktəbdir. Son 15 ildə tələbələrin sayı artıb və hal-hazırda burada 3500 yaxın tələbə təhsil alır. 2006-cı ildən bəri universitet əcnəbi tələbələr üçün beynəlxalq proqramlar təklif edir. 1 yanvar 2017-ci ilə kimi Dunauyvaroş Kolleci (macarca "Dunaújvárosi Főiskola", ingiliscə "College of Dunaújváros") adlanırdı. == Tarixi == Dunauyvaroşda 1953-cü ildə Metallurgiya və Mexaniki Mühəndislik Texnikumun əsası qoyulmuşdu. Məqsəd, Dunay Dəmir sənayə fabrikini (Dunaferr Rt) lazımi mütəxəssislərlə təmin etmək idi. 1969-cu ildən bəri bir çox gənc mütəxəssislər institutda aldığı təhsil əsasında metallurgiya və mexaniki mühəndislik sahələrində ixisaslaşdılar və sənayə təcrübəsi qazandılar. Daha sonra Dunaferr Rt-in əhatəsi genişləndi, artıq texniki müəllimlik, mühəndis müəllimliyi kursları və informasiya texnologiyası kursları keçən kadrlar, 1990-cı ili əvvəllərindən isə iqtisadiyyat, texniki menecment, material mühənidisliyi və 2003-cü ildən kommunikasiya və mədəniyyət menecmentliyi üzrə də təhsil alanların da cəlb edilməsi başlanıldı.
Collège de France
Əvvəllər Kral Kolleci (Collège Royal) və ya İmparator Kolleci (Collège impérial) kimi tanınan və 1530-cu ildə I Fransisk tərəfindən təsis edilən Collège de France (Fransızca tələffüz: [kɔlɛʒ də fʁɑ̃s]) Fransada ali təhsil və tədqiqat müəssisəsidir. Collège de France Fransanın ən nüfuzlu tədqiqat müəssisəsi kimi tanınır.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. == Skalyar hasil == İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
The College Dropout
The College Dropout — amerikalı repçi və prodüser Kanye Vestin ilk studiya albomu. 10 fevral 2004-cü ildə Def Jam Recordings və Roc-A-Fella Records tərəfindən buraxılıb.
New College of the Humanities
New College of the Humanities — Londonda yaradılması gözlənilən və Oksford və Kembric universitetlərinə ciddi rəqib olacağı gözlənilən özəl universitet layihəsi.