Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türkçülük
Türkçülük, Türkizm və ya Pantürkizm — bütün türk xalqlarının müstəqil olub birgə dövlət qurmasını məqsəd görən siyasi düşüncədir. 1880-ci illərdə Rusiya imperiyasının türk ziyalıları arasında yaranmış və türk xalqlarının mədəni və siyasi birliyini məqsəd görən ictimai-siyasi hərəkat. == Tarix == 1804-cü ildə tatar əsilli ilahiyyatçı Kursavi İslam dinində müasirləşmə iddiasını irəli sürən bir traktat yazmışdır. Kursavi eyni zamanda Cədidçilik (ərəb. 'cədid' – 'yeni') dini təfəkkürünün əsasını qoymuşdur ki, bu düşüncə etirassız loyallıq əvəzində tənqidi təfəkkürü təşfiq etmişdir. Cədidçilik müsəlmanlar üçün təhsili, cins bərabərliyini, fərqli dinlərə qarşı tolerantlığı, türk mədəni birliyini və Avropa mədəni dəyərlərinə bağlılığı təbliğ etmişdir. 1843-cü ildə Kazan şəhərində Cədid hərəkatının əsası qoyulmuşdur. Hərəkat, yarı-dünyəvi müasirləşdirməni və təhsildə islahatları özünə məqsəd götürdüyü halda, tarxidə ilk dəfə dindən müstəqil Türk milli kimliyini irəli sürmüşdür. Görkəmli Krım tatar yazıçısı və ictimai xadimi, İsmayıl Qaspiralı, 1883-cü ildən dərc etdiyi "Tərcüman" qəzetində ilk dəfə türk xalqlarının vahid konsolidasiya halında birləşməsini irəli sürüb. Bu fikir digər krım-tatar, volqo-tatar və azərbaycan inteleqensiyasında böyük səda doğurdu.
Türkçülük günü
Türkçülər günü — 3 may 1944 tarixinin anıldığı gün. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdət Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülər günü adını almışdır. == Həmçinin bax == Türkman Şəhidlər Günü == Mənbə == Nihal Atsız, "3 Mayıs 1944", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 2. Nejdet Sancar, "Türkçülük Günü", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 3. Reha Oğuz Türkkan, Tabutluktan Gurbete, 3.bask.
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A1 - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; A - bütün növ motosikletləri idarə etmək üçün B1 - kvadrisiklləri idarə etmək üçün B - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; C1 - “D” kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; BE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C1E - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; CE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1E - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; DE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; Tramvay - tramvayları idarə etmək üçün; Trolleybus - trolleybusları idarə etmək üçün. == Azərbaycanda sürücülük vəsiqəsi == Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: sahibinin soyadı; sahibinin adı və atasının adı; sahibinin doğum tarixi və yeri; sahibinin yaşayış yeri; vəsiqəni vermiş orqanın adı; vəsiqənin verilmə tarixi və yeri; vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; vəsiqənin nömrəsi; vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; sahibinin qan qrupu və imzası; xüsusi qeydlər.Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Çürüksulu Mahmud Paşa
Çürüksulu Mahmud Paşa (1865 - 31 Temmuz 1931) — Gürcü əsilli Osmanlı əsgəri və dövlət adamı.. == Həyatı == Acarıstan Muxtar Respublikasının Kobuleti rayonunda anadan olmuşdur. 1909-cü ildə Osmanlı ordusunun Alman Qərargahınının nəzarətində olan hissəsinin modernləşdirilməsində iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda general-leytenant dərəcəsinə yüksəldi. 1913-cü ildə yaradılan Səid Həlim Paşanın rəhbərlik etdiyi İttihad və Tərəqqi hökumətində Daxili İşlər Naziri təyin edildi. == Fəaliyyəti == 1914-cü ildə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsinə daxil olmasına qarşı çıxdı. Mahmud Paşa hesab edirdi ki, Osmanlı İmperiyası müharibədə iştirak etmək üçün kifayət qədər hazırlıqlı deyil. İttihad və Tərəqqi komitəsindən müstəqil dövlət adamı kmi tanınmağa başladı. Talat Paşanın rəhbərlik etdiyi vaxtlarda Dəniz Donanmasının naziri oldu. 1918-ci ildə Osmanlı İmperiyası Məclisinin üzvü təyin edildi.
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi — Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Məktəb 2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır. == Kompleksi == 15 avqust 2012-ci ildə Naxçıvan şəhərində Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir. Məktəbdə dörd elektron lövhəli sinif, iki metodiki kabinə, iki avtotrenajor sinfi yaradılmışdır. Bütün sinif otaqları lazımi avadanlıqla təchiz edilmişdir. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnmələrinə, yol hərəkəti qaydalarını dərindən mənimsəmələrinə imkan verir. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılmış, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulmuşdur. Biri yük, digəri isə minik maşını tipli avtotrenajorlar Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunmuşdur.