Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi

Naxçıvan Texniki Peşə və Sürücülük MəktəbiNaxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi.

Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi
Əsası qoyulub 2010
Tip orta-ixtisas təhsili müəssisəsi
Şəhər Naxçıvan
Ünvan Naxçıvan şəhəri

Tarixi[redaktə | mənbəni redaktə et]

Məktəb 2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır[1].

Kompleksi[redaktə | mənbəni redaktə et]

15 avqust 2012-ci ildə Naxçıvan şəhərində Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olmuşdur[1]. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir[1].

Məktəbdə dörd elektron lövhəli sinif, iki metodiki kabinə, iki avtotrenajor sinfi yaradılmışdır[1]. Bütün sinif otaqları lazımi avadanlıqla təchiz edilmişdir[1]. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnmələrinə, yol hərəkəti qaydalarını dərindən mənimsəmələrinə imkan verir[1].

İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır[1]. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılmış, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulmuşdur[1].

Biri yük, digəri isə minik maşını tipli avtotrenajorlar Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunmuşdur[1].

Binanın ikinci mərtəbəsində metodiki kabinələr, kompüter otağı, tibbi hazırlıq, yol hərəkəti qaydaları və ümumi hərbi hazırlıq sinifləri, müəllimlər otağı, elektron lövhəli siniflər, təlimatçı otağı və arxiv vardır[1].

Kompüter otağında İnternetə çıxışı olan 18 kompüter qoyulmuşdur[1]. Hərbi hazırlıq sinfində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesabına təhsil alan müdavimlərə ilkin hərbi biliklər tədris olunur[1]. Sinif otağında sıra, atəş və mühəndis hazırlığı qaydalarının əks olunduğu stendlər vardır[1]. Tibbi hazırlıq otağında isə yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]