Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - == Tarixi == Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. == Fəaliyyəti == İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Çəmənlik
Çəmənlik — çox rütubətli şəraitdə çoxillik otlar bitən yaşıllıq zonası. Çəmənliklərin xarakterik xüsusiyyəti sıx otlaqların mövcudluğudur.
Gürcüstanda mədənçilik
Gürcüstanda mədən sənayesi yüzillər boyu mövcuddur. Bu gün Gürcüstanın mineral sənayesi manqan, mis və müxtəlif növ daşları istehsal edir. Gürcüstan iqtisadiyyatı son illərdə əhəmiyyətli bir iqtisadi inkişaf yaşasa da, dağ-mədən və metallurgiya sektorunda inkişaf nəzərə çarpmadı. == Tarix == Gürcüstanda metal mədəni e.ə. VI-V minilliklərdə mislə başladı. Qızıl mədəninin fəaliyyəti də də qədim zamanlardan bəri mövcuddur. XVII əsrdə gümüş mədənləri Gürcüstan üçün, xüsusən İmeretidə əsas zənginlik mənbəyi olaraq qalırdı, mis hasilatı isə on səkkizinci əsrin əvvəllərində Kartlidə inkişaf etmişdi.Sovet dövründə Gürcüstanda arsen, barit, bentonit, kömür, mis, diatomit, qurğuşun, manqan, zeolit və sink daxil olmaqla bir sıra minerallar çıxarılırdı. Bu mineralların çoxu az miqdarda olmasına baxmayaraq hələ 2005-ci ildə də istehsal olunurdu. Filiz ehtiyatları tükənsə də, ölkə bir əsrə yaxın yüksək dərəcəli manqan filizinin əsas istehsalçısı olmuşdur. Manqanın bir hissəsi Gürcüstan daxilində ferro ərintisi istehsalı üçün istifadə edilmişdir.
Çəmənlik adaçayı
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Çəmənlik bənövşəsi
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bənövşə cinsinə aid bitki növü.Viola arvensis Murr. — Çöl bənövşəsi (Ətirli bənövşə, ingilis bənövşəsi) Viola tricolor L. — Üçrəng bənövşə (Üççiçəkli bənövşə, alabəzək bənövşə, alabəzək gözlər, ivan-damarya) == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Çəmənlik canavarı
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Çəmənlik haçaquyruğu
Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü. == Görünüşü == Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir. Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir. == Yayılması == Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar. == Çoxalması == Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar.
Çəmənlik çəkçəkisi
Çəmənlik çəkçəkisi (lat. Saxicola rubetra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Çəmənlik ürəkotu
Çəmənlik ürəkotu (lat. Cardamine pratensis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Yarımövləri == Cardamine pratensis subsp. atlantica (Emb. & Maire) Greuter & Burdet Cardamine pratensis subsp. granulosa (All.) Arcang. Cardamine pratensis subsp. matthioli (Moretti) Nyman Cardamine pratensis subsp. paludosa (Knaf) Celak. Cardamine pratensis subsp.
Çəmənlik üçyarpaq yoncası
Çəmənlik üçyarpaq yoncası (lat. Trifolium pratense) və ya Yonca gülü — yonca cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir . == Yarpaq == Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. == Çiçək == Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. == Meyvə == Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur.
Çəmənlik və Otlaqların Yaxşılaşdırılması (1969)
Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969)