ÇƏMƏNLİK

is. Çəmən olan sahə, yaşıl ot bitmiş yer.
Gördüm ki, bir rəna çəmənlikdəyəm; Dörd yanımda var al-əlvan çiçəklər. A.Səhhət.
Qulaq asdı sıra dağlar, çəmənliklər, zəmilər; Göy üzündə təyyarələr, su altında gəmilər. S.Vurğun.

Синонимы

  • ÇƏMƏNLİK bax: çəmən
  • ÇƏMƏNLİK ÇƏMƏNLİK Onu [Firəngizi] heyrət götürdü, bayaqdan bəri yamyaşıl otdan başqa heç bir şey görünməyən çəmənliyə elə bil sarı naxışlı məxmər çəkilmişdi (B
ÇƏMƏNLİ
ÇƏMƏNZAR
OBASTAN VİKİ
Çəmənlik
Çəmənlik — çox rütubətli şəraitdə çoxillik otlar bitən yaşıllıq zonası. Çəmənliklərin xarakterik xüsusiyyəti sıx otlaqların mövcudluğudur.
Çəmənlik adaçayı
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Çəmənlik bənövşəsi
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Çəmənlik canavarı
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Çəmənlik haçaquyruğu
Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü. Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir. Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir. Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar. Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar.
Çəmənlik çəkçəkisi
Çəmənlik çəkçəkisi (lat. Saxicola rubetra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Çəmənlik ürəkotu
Çəmənlik ürəkotu (lat. Cardamine pratensis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. Cardamine pratensis subsp. atlantica (Emb. & Maire) Greuter & Burdet Cardamine pratensis subsp. granulosa (All.) Arcang. Cardamine pratensis subsp. matthioli (Moretti) Nyman Cardamine pratensis subsp. paludosa (Knaf) Celak. Cardamine pratensis subsp.
Çəmənlik üçyarpaq yoncası
Çəmənlik üçyarpaq yoncası (lat. Trifolium pratense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur.
Çəmənlik və Otlaqların Yaxşılaşdırılması (1969)
Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969)
Alp çəmənlikləri
Subalp və alp çəmənlikləri yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar “istirahət” edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. == Antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır == Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır (Y.Ə.Qəribov , 1999): zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir (M.Ə.Süleymanov, 2005). Azərbaycanın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altındadır.
Subalp və alp çəmənlikləri
Subalp və alp çəmənlikləri yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar “istirahət” edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır (Y.Ə.Qəribov , 1999): zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir (M.Ə.Süleymanov, 2005). Azərbaycanın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altındadır.
Çəmənlikdə piknik
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Çəmənlikdə səhər yeməyi

Çəmənlikdə səhər yeməyi (tablo)

Çəmənlikdəki inəklər (rəsm əsəri)
Çəmənlikdəki inəklər 1883-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsmdir. Rəsm əvvəllər yalnız çox keyfiyyətsiz olmağı ilə tanınırdı.

Значение слова в других словарях