Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Creation Engine
Creation Engine (azərb. "Yaradılma" mühərrik‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan oyun mühərriki. "Creation Engine" "The Elder Scrolls V: Skyrim" və "Fallout 4" kimi rol videooyunlarında istifadə edilmişdir. == İstehsal == "Creation Engine" "Bethesda Game Studios" tərəfindən hazırlanan təşkilatdaxili oyun mühərrikdir ("XnGine" "Bethesda"nın keçmiş təşkilatdaxili mühərrikidir). "The Elder Scrolls III: Morrowind", "The Elder Scrolls IV: Oblivion" və "Fallout 3" oyunlarını "Gamebryo" mühərriki ilə yaratdıqdan sonra, "Bethesda" "Gamebryo" qrafikalarının köhnəlmiş olduğuna və gələcək oyunları olan "The Elder Scrolls V: Skyrim" üçün yeni bir mühərrik üzərində işləməyə qərar vermişdir. Başqa bir şirkət tərəfindən ("Obsidian Entertainment") yaradıldığına görə, "Fallout: New Vegas" mühərrikindəki yeniləmələrin heç biri "Creation Engine"ə köçürülməmişdir. "Skyrim" yaradıldıqdan sonra, "Bethesda" mühərrikin qrafik mərkəzini inkişaf etməyə başladı. Yenilənmiş versiya "Fallout 4"-ü yaratmaqda istifadə edilmişdir. == İstifadə edən oyunlar == The Elder Scrolls V: Skyrim (2011) Fallout 4 (2015) == İstinadlar == == Xarici keçidlər == Robert Purçis. "TESV: Skyrim powered by Creation Engine" (ingilis).
Fox Engine
Fox Engine — multiplatform bir oyun mühərrikidir. Kojima Productions tərəfindən qurulub. Hesab edilir ki, bu mühərrik videooyunların növbəti nəsili (ing. next generation) üçün nəzərdə tutulmuşdur. Mühərrikin inkişafı Metal Gear Solid 4: Guns of the Patriots tamamlanmasından sonra başlandı. Hədəf dünyada ən yaxşı mühərriki yaratmaq idi. Bu mühərrik Kojima Productions-a vaxtını əhəmiyyətli dərəcədə azaldıb, multiplatform oyunları hazırlamağa imkan verəcək. Həmçinin bu bir platforma üçün oyunların yaradılmasından imtina üçün addımdır. Mühərrik Fox adını Metal Gear oyun serialında olan uydurulmuş hərbi hissə şərəfinə alıb, həmçinin tülkü (ing. fox) Kojima Productions loqotipində təsvir edilmişdir.
Search engine
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Unreal Engine
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Məngənə
Məngənə — hissələrinin emalından tərpənməz bərkidilməsi üçün tətbiq olunan tərtibat. O, əsasən aralarında hissə bərkidilən tərpənməz və hərəkətli dodaqlardan ibarətdir. Dodaqların üzərinə yeyilmənin qarşısını almaq üçün əlavə olaraq emal olunan hissəyə uyğun formaya malik xüsusi lövhələr bərkidilir. Məngənə həm əl işlərinin (yivaçma, mişarlama, bülövləmə, təmizləmə), həm də dəzgahlarda (burğulama, frezləmə) aparılan əməliyyatların yerinə yetirilməsində geniş tətbiq olunur. Dəzgahlarda tətbiq olunan məngənələr yüksək dəqiqliyi, sərtliyi ilə fərqlənir. Məngənələrdə bərkitmə üçün lazım olan güc həm tənzimləyici vintin köməyi ilə əl ilə, həmçinin hidravlik ötürmədən istifadə etməklə yaradıla bilir. Şəkildə göstərildiyi kimi, məngənədə bərkidilmiş hissəni dəzgahın işçi sahəsində müəyyən bucaq altında döndərməklə onun bir çox səthlərini mexaniki emal etməyə şərait yaradılır. Boruların emalı üçün verilmiş ölçüyə sazlanabilən xüsusu boru məngənələrindən istifadə olunur. Onun üstün cəhəti ondan ibarətdir ki, burada yumşaq materialdan olan boruların deformasiya olunmadan emalını aparmaq olur. Rezo Əliyev.
Zəngənə
Zəngənə bu mənalarda gələ bilər: Yaşayış məntəqələri Zəngənə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Zəngənə (Məlayer) — İranın Həmədan ostanında şəhər. Şəxslər Məhəmməd xan Zəngənə — Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi. Digər Zəngənə eli — Səfəvilər dövlətində qızılbaşlarla yanaşı yaşam sürən qurum.
Əngənə
Əngənə — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Nazlı bəxşindəki Şimali Nazlı dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 628 nəfərdən və 168 ailədən ibarət idi.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Unreal Engine 3
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Zəngənə (Həmədan)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayer)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Puldəşt)
Zəngənə (fars. زنگنه‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (13 ailə).
Zəngənə (Sabirabad)
Zəngənə — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 2379 nəfərdir. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli zəngənə tayfasına mənsub olmuşdur.
Zəngənə eli
Zəngənə eli — Kürd ya kürd qəbiləsi. Zəngənə eli əsasən Azərbaycanda və Kirmanşahda köç-düşlə məşğul olurdu. M.H.Vəliyevə görə zəngənə tayfası XIII əsrin ortalarında Elxanilər (Hülakülər) tərəfindən Türkmənistandan köçürülmüş türk tayfalarındandır. Çubin tayfası Kəndulə tayfası Osmanvənd tayfası Namivənd tayfası Çəhər tayfası Əlibala bəy Zəngənə — I Şah Abbas Səfəvinin cilovdarı. Şeyxəli xan Zəngənə (?-1688) Şahrux sultan Zəngənə— (?-1639), Zəngənə elinin başçısı. Şahqulu xan Zəngənə (1707-1715)-ci illərdə, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində Səfəvilər dövlətinin baş vəziri. Hacı Hüseynəli xan Zəngənə— Şeyxəli xanın oğlu, sərkərdə. Əbdülbaqi xan Zəngənə— Hacı Hüseynəli xanın oğlu, elxan. Hüseynqulu xan Zəngənə — Hacı Hüseynəli xanın oğlu, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. İmamqulu xan Zəngənə — Məhəmmədrəhim bəy oğlu, Zəngənə elinin böyüklərindən, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
Bəngin (Mərənd)
Bəngin (fars. بنگين‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 992 nəfər yaşayır (265 ailə).
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Sefa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün INTERSECT A , B yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. == Həyatı == Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. 12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi. 1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı.
Məhəmməd xan Zəngənə
Məhəmməd xan Əmir Nizam Zəngənə (ö.1841) — Hacı Əli xan Zəngənə oğlu, Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin müşiri olmuşdur.Aleksandr Qriboyedovun qətlindən sonra, 1829-cu ildə Məhəmməd xan Zəngənə, Abbas mirzənin oğlu şahzadə Xosrov mirzə Qovanlı-Qacarla üzrxahlıq üçün Sankt-Peterburqa getmişdi. Tiflisdəki "Diplomatik dəftərxana" da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmməd xan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir. Nadir mirzə öz nüsxəsində yazır: "… Əmir- nizam Məhəmməd xan ölümündən 1 il qabaq Urmiyadan gəlirmis. Acı çay körpüsündən keçərkən, Təbriz qadınlarından bir neçəsi ona yaxınlaşaraq çörək qıtlığından ona şikayət edib, balaları aclıq çəkdiklərini bildirir və ağlayırlar. Təbriz qadınlarının göz yaşları Məhəmməd xana çox ağır təsir edir və deyir: " Mənə sabahadək möhlət verin" Sabahı, onun göstərişi ilə həmin ərazinin başçıları və hərbi mənsəb sahibləri çörəkçilərin hamısını tutdular. Çörəyi gizlədib narazılıq yaradan və möhtəkirlik edən o zümrənin hamisı tənbeh olundu. "Uzun saqqallıq edənlərin" çubuq cəzasından sonra hamısının saqqalı qırxıldı. Hətta , bəzilərinin qulağını kəsdilər.
Çıraqəli xan Zəngənə
Çıraqəli xan Zəngənə (?-1865) — Nasirəddin şah Qacarın münşisi. Çıraqəli xan Zəngənə elindəndir. Təbrizdə Nasirəddin şah Qacarın münşisi olmuşdu. Sonra şah onu Tehrana aparmışdı. Tehranda orduya daxil olmuş, qullarağası dəstəsində sərhəng (polkovnik) rütbəsinədək yüksəlmişdi. Siracülmülk ləqəbini daşıyırdı. Çıraqəli xan Zəngənə 1865-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010. Bāmdād, Rejāl I, pp. 300–01.
Şahqulu xan Zəngənə
Şahqulu xan Şeyxəli xan oğlu Zəngənə (XVII əsr, İsfahan – 1716) — Səfəvilər dövlətinin baş vəziri. Şahqulu xan Şeyxəli xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1680-ci ildə Kirmanşah bəylərbəyliyinin hakimi təyin edildi. 1691-ci ildən 1699-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı. Şahqulu xan Zəngənə 1707-ci ildən 1716-cı ilədək Şah Sultan Hüseyn Səfəvinin baş vəzi, etimadüddövləsi olmuşdur. Şahqulu xan Zəngənə 1716-cı ildə vəfat edib. Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şeyxəli xan Zəngənə
Şeyxəli xan Əlibala bəy oğlu Zəngənə (1609-1691) — Səfəvilər dövlətinin baş vəziri. Şeyxəli xan Əlibala bəy oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1653-cü ildə Kirmanşahın hakimi təyin edildi. Şeyxəli xan Zəngənə 1669-cu ildən 1691-ci ilədək II Şah Səfinin (Şah Süleyman Səfəvi) baş vəzi, etimadüddövləsi olmuşdu. Şeyxəli xan Zəngənə 1691-ci ildə vəfat edib. Şeyxəli xan Zəngənənin Şahqulu xan, Hüseynəli xan adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Səadətyar xan Rəngin
Səadətyar xan Təhmasibqulu xan oğlu Rəngin (1757 – 1835, Lakhnau, Britaniya Hindistanı) — Azərbaycan əsilli urdu şairi. Azərbaycan xalqının Hindistanda yaşayıb yaratmış oğullarından biri şair Səadətyar xan Rəngin (1767-1835). Atası, Təhmasibqulu bəy, xan Etiqat Cəng Nadir şah Qırxlı-Avşarın ordusuyla Hindistana getdi. Orda ordu başçısı oldu. Müqiməddövlə ləqəbini daşıyırdı. Rəngin, həyatının çoxunu Böyük Moğollar imperiyası şahzadəsi Mirzə Süleyman-Şukuhun xidmətində Luknovda keçirdi. Türk dilində yaradıcılığı, çalışmaları, "Nişab-i Türki" adında bir Türk-Urdu lüğəti və Məcmuai-Rengində bir neçə sətiri əhatə edir. Cürət, İnşallah xan İnşa, Rəngin və daha çox Dehlili şair Lakhnova gəldikdən sonra, fikir, dünyəvi görüş və yaşayış etibariylə Lakhnovlu olmuşdular. Əsgəri meydanda alanda heç bir təsiri olmayan və tamamilə ingilis müstəmləkəsi altına girən, ancaq iqtisadi cəhətdən yaxşı, sosial və siyasi açıdan sükunətin və əmniyətin hakim olduğu Laknovda nəvvablar, soylular və xalq, özlərini zövq və əyləncəyə vermiş; dünyəvi istək və arzularını, ola bildiyincə yerinə yetirmişdilər. Ənvər Çingizoğlu, Hindistanda yaşayıb-yaratmış Azərbaycan aydınları, Bakı: Mütərcim, 2014, 322 səh.
Ağ rəngin simfoniyası
Ağ rəngin simfoniyası qısametrajlı sənədli televiziya filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır. == Məzmun == Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır. Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
ENGINET
Enginet — Azərbaycanda FTTH texnologiyası əsasında telekommunikasiya həlləri və sistem inteqrasiyasının təminatçısıdır. == Tarix == Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET, fəaliyyətə 2009-cu ildə özəl sektor üçün ADSL2 + texnologiyasına əsaslanan İnternet xidmətləri təqdim etməklə başlamışdır. 2013-cü ilin dekabr ayında FTTH texnologiyası tətbiq etməklə optik xətti birbaşa evədək çəkməklə fəaliyyətə davam etdi. 2016-ci ildə şirkət “BİRLink” telekommunikasiya brendini yaratdı. Brend yerli bazarda eyni optik lifli kanal üzərindən filtrasiya edilmiş internet xidməti, İP telefoniya, İP televiziya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri təqdim etdi. Hazırda Bakıdan başqa, BİRLink Xırdalan, Sumqayıt, Şamaxı, Şirvan, Sabirabad, Gəncə, Şəmkir və Mingəçevir şəhərlərində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə fəaliyyət göstərir. == Xidmətlər == İnternet; Rəqəmsal televiziya (IPTV); Rəqəmsal telefoniya (SIP); Bulud əsaslı videomüşahidə; Filtrasiyalı internet; Statik İP ünvan; Sistem inteqrasiyası; == Texnologiya == 2013-cü abunəçinin mənzilinə (fərdi ev) bir fiber optik kabel çəkilir. Bu gün FTTH genişzolaqlı məlumat ötürmə şəbəkələri yaratmaq üçün istifadə olunan ən inkişaf etmiş texnologiyadır. Bu texnologiyadan istifadə edərək, bir mənzilə və ya ofisə fiber optik əlaqə, 1 GB / saniyəyə qədər sürətdə İnternet bağlantısı ildə şirkət ölkədə ilk dəfə olaraq yeni FTTH (evədək optika) istiqaməti üzrə xidmətlər təqdim etdi. Rabitə kanallarının FTTH üsulu ilə təşkili, xidmət təminatçının avadanlıqlarından birbaşa təmin edir.
Yengicə
Yengicə (Qəbələ) — Qəbələ rayonunda kənd. Yengicə (Şərur) — Şərur rayonunda kənd. Sırt Yengicə — Qəbələ rayonunda kənd. Yengicə (Dərələyəz) — Keşişkənd rayonunda kənd. Yengicə (Vedi) — Vedi rayonunda kənd. Yengicə (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Yengicə (Azərşəhr) — Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında kənd Yengicə (Barıq) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd Yengicə (Bukan) — Yengicə (Əcəbşir) — Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanında kənd Yengicə (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanında kənd Yengicə (Sayınqala) Yengicə (Sumay-i Şimali dehistanı) Yengicə (Vərzəqan) — Şərqi Azərbaycan ostanının Vərzəqan şəhristanında kənd Yengicə-i Sadat (Mərənd) Yengicə (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Cəngan
Cəngan (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəngan (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Cəngan (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Cəngan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Çetine
Çetinye (mont. ,serb. Цетиње/Cetinje) — Monteneqroda şəhər. Monteneqro konstitusiyasına görə, Çetinye Podqoritsa ilə birlikdə ölkənin "paytaxtlarından" biridir: burada prezidentin rəsmi iqamətgahı və Monteneqro Mədəniyyət Nazirliyi yerləşir. Şəhər vahid idarəetmə orqanı olmayan üç ayrı bələdiyyənin konqlomeratından ibarətdir. Ölkənin altıncı böyük şəhəri olan Çetinyenin əhalisi 14 min nəfərdir (2011).Lovçen massivinin ətəyi, dağarası hövzədə yerləşir. Avropanın ən yağışlı şəhərlərindən biridir. Zeta knyazı İvan Çernoyeviç tərəfindən 1484-cü ildə şəhərdə qurulan Çetinye monastırıMonteneqro şəhər rahiblərinin iqamətgahı oldu, daha sonra Monteneqro-Primorsk mitropolitinin kafedrası buraya köçrüldü və türk fəthçilərinə qarşı müqavimət mərkəzlərindən biri oldu. 1878 — 1918-ci illərdə müstəqil Monteneqronun paytaxtı olmuşdur. 1929 — 1941-ci illərdə Yuqoslaviya Krallığının Zeta banovinasının inzibati mərkəzi olmuşdur.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. == Tarixi == Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.
Hypargyrium confine
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Kerol Çenninq
Kerol Çenninq (ing.
Riçard Cenkins
Riçard Deyl Cenkins (ing. Richard Dale Jenkins, d. 4 may 1947) — Amerika teatr, kino və televiziya aktyoru.
Robert Cenkins
Robert Cenkins (ing. Robert Jenkins; ? — 1745) — İngiltərə və İspaniya arasında yaranmış müstəmləkə konfliktinin (1739–1742), "Cenkinsin qulağı uğrunda müharibə"nin protaqonisti kimi tanınan ingilis taciri və dənizçisi. 1738-ci ildə Robert Cenkins Böyük Britaniya İcmalar palatasında keçirilən iclasa içərisində spirtlənmiş insan qulağı olan şüşə qabla gəlir. O öz çıxışında onun qulağının ispan zabiti tərəfindən kəsildiyini və həmçinin ispanların dinc ingilis tacirləri ilə çox pis rəftar etdiyini bildirir. Bu dövrdə ispan gəmiləri Britaniya ticarət gəmilərini Qərbi Atlantika tərəfdə ələ keçirmişdilər. 1713-cü ildə bağlanmış Utrext sülhünə görə Böyük Britaniya ispanların Vest-Hinddə ticarət monopoliyasını tanımış və o bölgədə il ərzində yalnız 1 ticarət gəmisi yükləyib yola sala bilərdi, lakin Britaniya hökuməti Karib hövzəsində olan ingilis gəmilərinin kapitanlarını aktiv kontrabandist fəaliyyətə təşviq edirdi. Bu da bütün ispan ticarətinin dağılmasına, ticarət mübadiləsinin böyük hissəsinin ingilislərin əlinə keçməsinə səbəb olmuşdu. Bu cür vəziyyətdən qəzəblənən ispan hökuməti öz müstəmləkə hakimlərindən qaçaqmalçılara qarşı qəti mübarizə aparmağı tapşırmışdı. Nəticədə iki qüdrətli dəniz dövləti arasında elan edilməmiş ticarət müharibəsi başladı.