Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qərvənd
Qərvənd — Azərbaycanın Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Ayaq Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Baş Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Orta Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. İmarət Qərvənd — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Xanqərvənd — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Ayaq Qərvənd
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Baş Qərvənd
Baş Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sağ sahilində, Qarabağ düzündədir. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır. 1994-cü ilin aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 20 noyabr tarixində işğaldan azad olunmuşdur.
Orta Qərvənd
Orta Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Kənd cəbhə bölgəsinə çox yaxın yerləşdiyindən erməni əsgərləri buranı tez-tez atəşə tutur. 2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini, doqquz yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açıb. Uşaq başından yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib. Youtube-da bax :Bir kəndin nağılı.
Qərvənd (Füzuli)
Qərvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində "Yıxılmış" və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində "Şahbad" adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda "Qərvənd" formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Qərvənd bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xan Qərvənd
Xan Qərvənd — Azərbaycan Respublikasının Goranboy rayonunda Xan Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Xan Qərvənd kəndinin daxil olduğu Xan Qərvənd kənd ərazi nümayəndəliyinin mərkəzi. Bakıdan 343 km qərbdə, rayon mərkəzindən 16 km cənub-şərqdə, Goranboy-Tərtər avtomobil yolu kənarında, Qarabağ düzündədir. Şimal-qərbdən Naftalan, şimaldan rayonun Ballıqaya kəndi, cənub-şərqdən və cənubdan Tərtər rayonu ilə həmsərhəddir. Sahəsi 5431 ha, əhalisi 4014 (2009) nəfər olmaqla pambıqçılıq və taxılçılıqla məşğuldur. "Xan Qərvənd" kolxozunun əkin sahəsi 2656, otlaq 2270, dövlət aktı ilə təhkim olunmuş 5084 (ictimai torpaq 4865, həyətyanı torpaq 219) olmaqla ümumi sahəsi 7354 ha olmuşdur (1996). Mirzə Məmmədov adına orta məktəb, klub, kitabxana, xəstəxana var. Kəndin adını erkən orta əsrlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış türkdilli tayfa olan xəzərlərlə bağlayırlar. Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri də kəbər (kəbərli, kəbirli) tayfasıdır. Kəbərlər (kəbirlər) Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar.
Çəlvənd dehestanı
Çelvənd dehestanı (fars. دهستان چلوند‎) — İranda, Gilan ostanının Astara şəhristanının Ləvəndil bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 12 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
İmarət Qərvənd
İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi. Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. 1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi.
Xan Qərvənd bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmarət Qərvənd qəbristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
Çelvənd
Çelvənd dehestanı — İranda, Gilan ostanının Astara şəhristanının Ləvəndil bəxşində inzibati ərazi vahidi. Çelvənd (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Daş Hərzənd (Mərənd)
Daş Hərzənd (fars. هرزندعتيق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 603 nəfər yaşayır (163 ailə).
Çay Hərzənd (Mərənd)
Çay Hərzənd (fars. هرزندجديد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,051 nəfər yaşayır (337 ailə).
Çelvənd dehestanı
Çelvənd dehestanı (fars. دهستان چلوند‎) — İranda, Gilan ostanının Astara şəhristanının Ləvəndil bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 12 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
Bürvənd
Bürvənd — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Bürvənd oyk. Hacıqabul rayonunun eyni adlı i.ə.v-də kənd. Şirvan düzündədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 172 nəfər əhali yaşayır.
Bərzənd
Qalabərzənd (Germi)
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Hərzənd
Çay Hərzənd (Mərənd)
Kərkvənd
Kərkvənd — İranın İsfahan ostanının Mübarəkə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,002 nəfər və 1,891 ailədən ibarət idi.
Qərbənd
Qərvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində "Yıxılmış" və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində "Şahbad" adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda "Qərvənd" formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Sərkənd
Sərkənd (qaz. Сарқан) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Sərkənd rayonunun mərkəzi. Sərkənd şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 196020100 . Mulalı dəmir yolu stansiyasından 135 km şərqdə (Türksib xəttində) və Taldıkorqandan 155 km şimal-şərqdə, Cungarskiy Alatau'nun qollarında yerləşir. Şəhər mərkəzi Taldıkorqandan təxminən 155 km şimal-şərqdə yerləşir. Sərkənd haqqında ilk bəhs 1857-ci ilə aiddir. Rusiyadan gələn ilk məskunlaşma yerləri 1858-ci ildə Kopalsky və Lepsinsky bölgələrindən 22 kazak ailəsinin köçürülməsi ilə Sərkənd çayının sahillərində meydana gəldi. İlk məktəb 1872-ci ildə açıldı. 1928-ci ildə Sərkənd bölgəsi quruldu.
Zəravənd
Zəravənd (lat. Aristolochia) — i̇stiotçiçəklilər sırasının zəravəndkimilər fəsiləsinə aid bitki cinsi.
Zərkənd
Zərkənd kəndi — Basarkeçər rayonunda kənd. Kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Deyilənlərə görə kəndin ətrafı böyük meşəlik olmuşdur. 120–130 il yaşamış kənd sakinləri Məşədi Allahverdi və Cəfərqulu babaların söylədiklərinə görə, Kərbəlayı Məhəmməd kişinin evi həmin meşədən kəsilən ağaclardan tikilmiş və bizim vaxtımıza qədər gəlib çıxmışdır. Kəndin ilk adı 1890–1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır. Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirdi ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır.
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Mərənd
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir. Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir. Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir.
Çelvənd (Astara, İran)
Çelvənd (fars. چلوند‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 903 nəfər yaşayır (201 ailə).
Pərənd
Pərənd (fars. پرند‎) — İranın Tehran ostanınında yeni şəhər. Rubatkərim şəhərinin 10 km qərbində və Tehranın 35 km cənub qərbində yerləşir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Peyvənd
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.