Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Kazım Qazi Əskərzadə
Mirzə Kazım Qazi Əskərzadə (Təbriz 1823-1892 İrəvan) - “Müttəle” “Əkinçi” qəzetinin İrəvan müxbiri olmuş Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 1823-cü ildə Təbrizin "Alan Bərağuş" məhəlləsindədünyaya göz açmışdı. Ənənəvi təhsil aldıqdan sonra İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. Mirzə Kazımın mədəniyyətə, elmə hədsiz marağı onu dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin alovlu və fəal təbliğatçısı olan Qazi Əsgərzadə İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada tədrisə başladı. Adı çəkilən şəxs bir neçə dərsliyin, o cümlədən "Hesab elmi", "Sərf və Nəhv", "Bəlağət elmi"nin və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə İrəvanda vəfat etmişdir. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Müəllif, Sərdariniya Səməd. Nəşriyyat, Zərdabi LTD MMC. Nəşr yeri, Bakı.
Cabarzadə Cavid
Cavid Cabarzadə
Eşqin Cəfərzadə
Gövhər Cəfərzadə
Gövhər Hacı Məcid qızı Cəfərzadə — Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912–1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Nəzrin Cəfərzadə
Rəşad Cəfərzadə
Sevinc Cəfərzadə
Sevinc Cəfərzadə (1 iyun 1996 və ya 1 iyun 1994, Azərbaycan) – Azərbaycan millisində çıxış edən qadın futbolçu. 2021-ci ildə "Krasnodar" komandasına transfer olmuşdur. 1 iyul 1996-cı ildə Azərbaycanın Lənkəran rayonunun Viravul kəndində fəhlə ailəsində anadan olub. Dörd uşaqlı ailənin üçüncü uşağıdır. Karyerası ərzində "Zaqatala", "Fidan", "Boblingen", "Donçanka", "Kubanoçka", "Yenisey", "Krasnodar" klublarında çıxış edib. Azərbaycanın U-16 milli komandası ilə debüt oyunu Uelsə olan qarşı oyun olub.
Tarif Cəfərzadə
İshaq Cəfərzadə
İshaq Məmmədrza oğlu Cəfərzadə (14 avqust 1895, Yelizavetpol – 5 yanvar 1982, Bakı) — Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi. İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Gəncədə anadan olmuşdur. İshaq 6 yaşında mədrəsədə oxumağa başlamış, ərəb və fars dillərini öyrənmişdir. 1910-1916-cı illərdə 6 illik şəhər məktəbində təhsil alıb. 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub və 1927-ci ildə oranı başa vurub. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olub. 1926-cı ildə Azərbaycan dövlət muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlamış və ömrününü sonuna kimi orada işləyib. 1927-ci ildə Azərbaycan dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olur və 1929-1930-cu təhsil illərində təhsilini başa vurur. 1944-cü ildə "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin – Azərbaycan Milli Elmlər Akademiyasının təməlinin üzvü seçilmişdir.
İsrayıl Cəfərzadə
Əlisgəndər Cəfərzadə
Əlisgəndər Cəfərzadə (tam adı: Əlisgəndər Hacibaba oglu Cəfərzadə; 14 oktyabr 1875, Bakı – 28 yanvar 1941, Bakı) — görkəmli ictimai və maarif xadimi, naşir, mühərrir. Əlisgəndər Cəfərzadə 1875-ci ilin oktyabr ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır. Əlisgəndər Cəfərzadə Məmməd Yusif Cəfərovun böyük qardaşıdir. 1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakida Ə.Cəfərzadənin evində təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci rus-müsəlman məktəbində Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə "Nəsri-maarif" cəmiyyətində katib, 1920–1924 Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, "Azərnəşr"də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə "Azərneft"də kadr şöbəsinin rəisi işləmişdir. Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, "Nəsri-maarif" cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O 1906–1908-ci illərdə "Dəbistan" adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir. Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək", onların "əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb" inkişaf etdirməklə "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir.
Əzizə Cəfərzadə
Cəfərzadə Əzizə Məmməd qızı (29 dekabr 1921, Bakı – 4 sentyabr 2003, Bakı) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir. Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır.
Gövhər Cəfərzadə (Şövqiyyə)
Gövhər Hacı Məcid qızı Cəfərzadə — Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912–1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Kəmalə Cəfərzadə (teatrşünas)
Kəmalə Cəfərzadə —Tanınmış teatrşünas,Azərbaycanın Əməkdar mədəniyyət işçisi . == Həyatı == Kəmalə Məmməd qızı Cəfərzadə 5 avqust 1950-ci ildə Şirvan rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq" fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkcisi işləmişdir,1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib.2014-cü ildə Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində redaktor sonra isə şöbə müdiri vəzifəsində çalışıb. K.Çəfərzadə dövri mətbuatda teatr sənətinin müxtəlif sahələrindən bəhs edən məqalə, resenziya və portret yazıları ilə cıxış edir. Onun "Teatrda gənç aktyor problemi", "Gülarə Rəsulova", "Zülfidə Babayeva", "Fırtınadan əvvəlki harmoniya" (M.Əlizadə ilə birlikdə), "Teatrşünas alimin son əsəri" (M.Əlizadə ilə birlikdə), "Bir aktrisa var Bakıda (Sofya Bəsirzadə)", "Həm teatrda, həm kinoda… (Nəçibə Məlikova)", "Hüseynağa Hacıbababəyov", "Heykəltəraş Nəcəf Salamov", "Fars teatr tamaşaları", "Hind teatr tamaşaları", "Balet barədə dialoq və dialoq iştirakcıları haqqında (Rəfiqə Axundova və Maqsud Məmmədov)", "Teatrın baş rəssamı (Əyyub Fətəliyev)", "Meyerxold və Azərbaycan teatrı", "Səhnədə kecən illər (Ulduz Rəfili)", "Respublikamızın yaşıdları – Raxil Ginzburq", "Həsənağa Turabov ücün elegiya", "Sevgi dolu ömür (Firəngiz Şərifova)" və sair yazılarını qeyd etmək olar. Kəmalə Cəfərzadə bir sıra kitabların, o cümlədən Ə.Nemətzadənin "İsmayıl Dağıstanlı", Barat Şəkinskayanın "Xatirələrim", İ.Rəhimlinin "Kəsişən paralellər", "Bəşir Səfəroğlu", "Aktyora oxşamayan adam", Y.Əlioğlunun "Səhnə rampasının sehri", "Sənət cevrəsinin sakinləri", "Şuşa teatrı", Ə.Cəfərzadənin "Biz Cəfərzadələr" və s. kitabların redaktoru olmuşdur. K.Cəfərzadə xarici ölkələrdə – Türkiyə, Rusiya və Qazaxıstanda kecirilən teatr festivallarında nümayəndə kimi iştirak etmişdir. K.Cəfərzadə Teatr Xadimləri İttifaqının kecirdiyi irimiqyaslı tədbirlərin: festivalların, yaradıçılıq tədbirlərinin, konfransların təşkilində fəal iştirak edir.
Əli İsgəndər Cəfərzadə