Mirzə Kazım Qazi Əskərzadə

Mirzə Kazım Qazi Əskərzadə (Təbriz 1823-1892 İrəvan) - “Müttəle” “Əkinçi” qəzetinin İrəvan müxbiri olmuş[1]

Mirzə Kazım Qazi Əskərzadə
Doğum tarixi
Doğum yeri Təbriz şəhəri
Vəfat tarixi
Vəfat yeri İrəvan şəhəri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair

Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 1823-cü ildə Təbrizin "Alan Bərağuş" məhəlləsindədünyaya göz açmışdı. Ənənəvi təhsil aldıqdan sonra İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. Mirzə Kazımın mədəniyyətə, elmə hədsiz marağı onu dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin alovlu və fəal təbliğatçısı olan Qazi Əsgərzadə İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada tədrisə başladı. Adı çəkilən şəxs bir neçə dərsliyin, o cümlədən "Hesab elmi", "Sərf və Nəhv", "Bəlağət elmi"nin və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə İrəvanda vəfat etmişdir.


İrəvan müsəlman sakinli vilayət olmuşdur. Müəllif, Sərdariniya Səməd. Nəşriyyat, Zərdabi LTD MMC. Nəşr yeri, Bakı. Nəşr ili, 2014

  1. [1][ölü keçid]