Tarif Qədim oğlu Cəfərzadə (1 yanvar 2002, Pəlikəş, Astara rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Tarif Cəfərzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Pəlikəş, Astara rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Pəlikəş |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Qədim Cəfərzadə |
Anası | Mehparə Rusiyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub.[1] 2019-cu ildə orta məktəbi başa vurub. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb.
Azərbaycan Ordusunun əsgəri olan Tarif Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə aldığı qəlpə yarası nəticəsində həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.