Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çalılı (Məlikan)
Çalılı (fars. چاللو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Palçıqlı
Palçıqlı (Marağa)
Balıqlı
Balıqlı (Amasiya)
Palçıqlı (Marağa)
Palçıqlı (fars. پالچقلو‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (121 ailə).
Palçıqlı (Çaroymaq)
Palçıqlı (fars. پالچقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 77 nəfər yaşayır (16 ailə).
Baliqli (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. == Tarixi == Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əski. بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Qabıqlı çayyovşanı
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.
Çapıqlı (Bicar)
Çapıqlı (fars. چپقلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (65 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çapıqlı (Qoşaçay)
Çapıqlı (fars. جبک لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Aksu-Cabaqlı qoruğu
Aksu-Cabaqlı qoruğu (qaz. Ақсу-Жабағылы қорығы; rus. Aксу-Жабаглинский заповедник) ― Mərkəzi Asiyanın ən qədim qoruğu. Qoruq Qazaxıstan Respublikasının cənub vilayətində yerləşir və Tyan-Şanın şimal-qərb dağ silsilələrini əhatə edir. Adı bölgədəki ən böyük çay olan Aksudan və ərazinin şimal hissəsində yerləşən Cabaqlı dağ silsiləsindən götürülmüşdür. == Coğrafiya == Aksu-Cabaqlı təbiət qoruğu qərbi Tyan-Şan dağlarında yerləşir. Ərazinin şərq sərhədini Qırğızıstan Respublikası, cənub sərhədini isə Maydantal çayının vadisi və Özbəkistan təşkil edir. Bölgə qərbdən Qızılqum, şimaldan isə Karatau dağları ilə əhatə olunmuşdur. Ərazi Cənubi Qazaxıstan vilayətindəki Tyul'kubaskiy və Lengerskiy rayonlarının inzibati bölgüsü daxilində yerləşir. Qoruq 131 934 hektar ərazini əhatə edir.
Cacıqlı qayaüstü təsvirləri
== Çaçıqlı qayaüstü təsvirləri == Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Onlar Gəmiqaya petroqliflərində oduğu kimi insan, heyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. heyvan təsvirləri keçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti keçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çoxu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müxtəlif işarələrlə, damğalarla birlikdə verilmişdir. Aşkar olunmuş belə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ keçisi və tısbağa təsvir olunaraq insanların dini-ideoloji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə heyvan və astral rəsmləri ilə birlikdə verilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda keçi, onun arxasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür kmədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir.
Köhnə Balıqlı (Bakalı)
Köhnə Balıqlı (başq. Иҫке Балыҡлы, rus. Старые Балыклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Axman kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Axman): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (94 %), kryaşenlər (34 %) üstünlük təşkil edir.
Yeni Balıqlı (Bakalı)
Yeni Balıqlı (başq. Яңы Останков, rus. Яңы Балыҡлы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, kənd sovetliyindən (Bakalı): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 80 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (44%), kryaşlar (44%) üstünlük təşkil edir.
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Çarıqlı milyonçu (film, 1983)
Çarıqlı milyonçu- 1983-cü il istehsalı komediya janrında film. Filmin rejissoru Qartal Tibet, ssenaristi isə İhsan Yücedir. Filmin baş rolunda Kamal Sunal və Nəcla Nazır ifa edir.